Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
Bıçaq dəyəndə içi qarpız kimi qıpqırmızı çıxan bu meyvə dünyada təkcə bir yerdə bitir. Başqa torpağa əkildikdə bütün xüsusiyyətini itirib ağaran meyvəni pulla belə satın almaq olmur.
Milli.Az xəbər verir ki, İtaliyanın şimalında, Florensiyadan iki saatlıq məsafədə yerləşən Apenin dağlarının ətəklərində salınmış Ville di Montecoronaro qəsəbəsində yer kürəsinin ən maraqlı bioloji irsi mövcuddur. Kəsildiyi an içi qarpız kimi parlaq qırmızı rəng alan "Pera Kokomerina" adlı əsrlik armud növü məhdud coğrafiyası ilə dünyanın ən nadir meyvələri sırasındadır.
Qeyri-adi meyvəni bənzərsiz edən ən heyrətamiz amil onun təkcə bir yerdə yetişməsidir. Bölgədən götürülən tinglər başqa bir şəhərə və ya torpağa əkildikdə həmin o qırmızı və çəhrayı toxumasını tamamilə itirir; rəngsiz, iri və sıradan bir ağ armuda çevrilir. Alimlər bu sirli dəyişikliyi məhz həmin hündür dağ dərəsində mövcud olan xüsusi mikroklimat və gecə ilə gündüz arasındakı kəskin temperatur fərqi ilə əlaqələndirirlər.
Uzun illər yerli əhalinin sıradan bir bağ meyvəsi hesab edərək istehlak etdiyi "Pera Kokomerina"nın dünyadakı təkrarolunmaz dəyəri ilk dəfə 2001-ci ildə aparılan akademik araşdırma ilə üzə çıxıb. Aparılan yoxlamalar nəticəsində dünyadakı ümumi ağac sayının 40-dan aşağı düşdüyü müəyyən edilib. Öz doğma irslərinin məhv olmaq üzrə olduğunu anlayan qəsəbə sakinləri "Pro Ville" cəmiyyətini təsis ediblər. Ağacları tək-tək sayaraq qoruma dairəsinə alan sakinlər bu gün qorunan ağacların sayını 200-ə çatdırmağı bacarıblar.
Tərkibində yüksək miqdarda təbii şəkər ehtiva edən bu qırmızı armud budaqdan qoparıldıqdan sonra demək olar ki, zamanla yarışır. Yetişdikdən sonra ən geci 4-5 gün ərzində istehlak edilməli olan məhsul təravətini uzun müddət qoruya bilmədiyi üçün uzaq bölgələrə göndərilə bilmir. Qəsəbə sakinlər bu maneəni aşmaq üçün meyvəni emal edərək xüsusi marmelad, likör və dondurma halına gətirirlər.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 406 Tarix: 03 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşArılar 35 dərəcə şaxtada belə sağ qalırlar
Arılar qışda 35 dərəcə şaxtaya baxmayaraq sağ qala bilirlər. Bunun üçün onlar bədənlərində istilik yaradan xüsusi üsuldan istifadə edirlər. xarici mediaya istinadən xəbər verir ki, yay aylarında hər yerdə rast gəldiyimiz arılar və eşşəkarıları havalar soyuyan kimi sanki birdən-birə yoxa çıxırlar. Laki
15.11.2026 271 Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər
2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ
12.11.2026 494 Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?
Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını
15.11.2026 263 Düyü bişirərkən bu səhvi etməyin
Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri
12.11.2026 510 Dünyada sahili olmayan yeganə dəniz
Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. BİG.AZ -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ə
14.11.2026 317 Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15.11.2026 444 Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın
13.11.2026 488 Avadanlıq icarəsi Xidmetler.AZ saytında
Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi
15.11.2026 923 Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək
15.11.2026 472