Gözləriniz əsl yaşınızı göstərə bilər

Gözləriniz əsl yaşınızı göstərə bilərYeni araşdırma süni intellektlə aparılan göz müayinələrinin insanların bioloji yaşlanma sürətini və bəzi gizli sistem xəstəlikləri erkən mərhələdə müəyyən edə biləcəyini ortaya qoyub.

BiG.AZ xəbər verir ki, Cənubi Koreyanın Seul milli universitetinin alimləri gözün arxa hissəsində yerləşən tor qişanı (retinanı) süni intellekt vasitəsilə analiz edən yeni üsul hazırlayıblar. Araşdırma nəticələri bu texnologiyanın insanın bioloji yaşlanma sürəti və bəzi sağlamlıq riskləri barədə məlumat verə biləcəyini göstərib.

Tədqiqat çərçivəsində təxminən 30 min retina görüntüsü ilə təlim keçən süni intellekt sistemi daha sonra 15 minə yaxın göz görüntüsü üzərində sınaqdan keçirilib. Modelin insanların xronoloji yaşını orta hesabla 2,5-2,7 il xəta ilə müəyyən etdiyi bildirilib.

Araşdırmada insanın təqvim yaşı ilə retinanın göstərdiyi bioloji yaş arasındakı fərqi ifadə edən "Retina Yaş Fərqi" göstəricisinin həyat tərzi və xroniki xəstəliklərlə əlaqəli olduğu müəyyənləşdirilib.

Nəticələrə görə, şəkərli diabeti olan insanların retinası xronoloji yaşından orta hesabla 2,52 il daha yaşlı görünür. Siqaret istifadəsinin retinanın bioloji yaşına təxminən 0,5 il, sarı nöqtə xəstəliyinin isə 0,6 il əlavə etdiyi müəyyən edilib.

Tədqiqatçılar retinanın damar quruluşuna görə beyin və ürək-damar sistemi ilə sıx əlaqəli olduğunu vurğulayıblar. Onların fikrincə, süni intellekt əsaslı bu texnologiya gələcəkdə rutin göz müayinələrinin bir hissəsinə çevrilə bilər.

Mütəxəssislər göz dibinin müayinəsinin yalnız görmə problemlərini müəyyənləşdirməklə məhdudlaşmadığını, eyni zamanda orqanizmdə erkən yaşlanma əlamətlərinin, ürək-damar risklərinin və hələ klinik simptom yaratmayan bəzi sistemik xəstəliklərin aşkarlanmasında faydalı göstərici ola biləcəyini bildirirlər.(sfera)


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 696   Tarix: 30 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

01.11.2026 1196
.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil

15.11.2026 404
.

Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?

Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo

11.11.2026 654
.

Görmə itkisinə aparan xəstəliklər hansılardır? - Video

"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub. Ən çox rast gəlinən göz xəstəlikləri hansılardır?. Katarakt əməliyyatı hansı hallarda zərurətə çevrilir və müalicədən sonra bu xəstəliyin təkrarlanma riski varmı?. Gənc yaşda katarakt aşkarlanarsa

15.11.2026 304
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25.10.2026 908
.

Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?

Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu

03.11.2026 899
.

Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı

Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə

10.11.2026 467
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25.10.2026 946
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23.10.2026 1079
.