Qışda uşaqları xəstə edən soyuq deyilmiş
"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova açıqlayıb.
Onun sözlərinə görə, bəzən valideynlər düşünürlər ki, uşaq soyuq havaya çıxsa, mütləq soyuqlayacaq:
"Amma burada əsas məsələ temperaturdan çox viruslarla təmasdır. Uşaqlarda soyuqdəymə, qrip və digər tənəffüs yolu infeksiyalarının əsas səbəbi viruslardır. Xüsusilə payız-qış aylarında uşaqlar daha çox qapalı, havasız və insanların sıx olduğu məkanlarda olduqları üçün virusların yayılması artır. Buna görə də hava imkan verirsə, uşağın hər gün açıq havada gəzməsi yaxşı vərdişdir. Ən düzgün yanaşma uşağı həddindən artıq qalın geyindirməməkdir. Uşaq qaçır, oynayır və hərəkət edirsə, çox qalın geyim onun tərləməsinə səbəb ola bilər. Tərlədikdən sonra üşüməsi isə narahatlığa səbəb ola bilər. Qeyd edim ki, ayaqlar, əllər və baş xüsusilə soyuq havada qorunmalıdır".
G. Salehova bildirib ki, uşağın sağlamlıq vəziyyətindən asılı olaraq, onun çölə çıxıb-çıxmaması barədə qərar vermək olar:
"Yüngül burun axması və ümumi vəziyyəti yaxşı olan uşaq qısa müddət açıq havada gəzə bilər. Amma yüksək hərarət, ciddi halsızlıq, nəfəsalma çətinliyi, güclü öskürək və ya ümumi vəziyyətin ağır olması zamanı uşağı gəzdirməkdənsə, istirahət və həkim qiymətləndirməsi daha vacibdir. İmmunitetin sağlam olması üçün əsas olan balanslı qidalanma, kifayət qədər yuxu, fiziki aktivlik, peyvəndlərin vaxtında aparılması və düzgün gigiyenadır. Ona görə valideynlərə tövsiyəm budur: hava soyuqdur deyə uşağı bütün gün evdə saxlamaq lazım deyil. Hava şəraitinə uyğun geyindirin, mümkün qədər açıq havada hərəkət etməsinə imkan verin və xüsusilə qapalı, havasız məkanlarda uzun müddət saxlamaqdan çəkinin. Əsas prinsip soyuq havadan qorxmayaq, uşağı hava şəraitinə uyğun geyindirək və onun ümumi vəziyyətini nəzərə alaq".
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 298 Tarix: 26 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı
Mütəxəssislər müntəzəm mütaliənin beyin sağlamlığına və ümumi rifaha müsbət təsir göstərə biləcəyini müəyyənləşdirib. Araşdırmalara görə, bunun üçün hər gün uzun saatlar kitab oxumağa ehtiyac yoxdur. Qaynarinfo xəbər verir ki, Kembric Universiteti və "Queen’s Reading Room" təşkilatının alimlər
28.09.2026 432 Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab
İdmanla məşğul olmaq sağlamlıq üçün faydalıdır, lakin havanın çirkli olduğu ərazilərdə fiziki aktivlik zamanı orqanizm daha çox zərərli hissəcik qəbul edə bilər. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, mütəxəssislər ümumilikdə idmanın faydalarının hava çirkliliyinin yaratdığı risklərdən üstün olduğun
25.09.2026 320 Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiyə olunur". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram"
20.09.2026 402 Qışda uşaqları xəstə edən soyuq deyilmiş
"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd
26.09.2026 297 Bədən niyə daim enerji xərcləyir? - Alimdən heyrətləndirən açıqlama
"İnsan bədəni heç bir fəaliyyət göstərmədikdə belə, ümumi enerjinin 40%-ə qədərini xərcləyir. Bu enerji hüceyrələri reaksiyaya daim hazır vəziyyətdə saxlamaq üçün istifadə olunur. İstər fiziki hərəkət, istər düşüncə, istərsə də xatirələr olsun - ani reaksiyanın mümkünlüyü hazırlıq prosesinin bi
04.10.2026 187 Alimlər geniş yayılmış xəstəliklərlə xərçəng arasında gözlənilməz əlaqə tapdı
Dünyada hər səkkizinci xərçəng hadisəsi, ehtimal ki, infeksiyalar nəticəsində yaranıb. Bu qənaətə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) tədqiqatçıları 2024-cü ilin məlumatlarını təhlil etdikdən sonra gəliblər. Qaynarinfo xəbər verir ki, bu barədə "Newsweek" yazır. Söhbət həmi
01.10.2026 511 Yuxusuzluq insult riskini 26 faiz artıra bilər - Alimlərdən yeni araşdırma
Yuxu pozğunluğu ilə insult riski arasında əlaqə olduğu müəyyənləşib. Alimlərin apardığı araşdırmaya görə, yuxusuzluqdan əziyyət çəkən insanlarda insult ehtimalı daha yüksəkdir. xəbər verir ki, Bolonya Neyroloji Elmlər İnstitutunun mütəxəssisləri müxtəlif tədqiqatların nəticələrini təhlil ediblər. İnsultl
29.09.2026 303 Portağal şirəsinin psixi sağlamlıq üçün gözlənilməz faydası tapıldı
Portağal şirəsi dietologiyada mübahisəli mövzulardan biridir. Bəziləri onun tərkibində çoxlu şəkər olduğunu və buna görə "faydalı" hesab edilə bilməyəcəyini düşünür. Digərləri isə onun balanslaşdırılmış qidalanmanın bir hissəsi ola biləcək vacib vitamin və qida maddələri ehtiva etdiyini vurğulayır
15.09.2026 372 Bu insanların ömrü daha qısa olur - Alimlər səbəbini AÇIQLADI
Aparılan yeni araşdırma ağır psixi pozuntulardan əziyyət çəkən insanların orta ömür uzunluğu ilə bağlı diqqətçəkən nəticələri ortaya çıxarıb. xəbər verir ki, avstraliyalı alimlərin araşdırmasına görə, ağır psixi pozuntuları olan insanlar digər əhali qrupları ilə müqayisədə orta hesabla 10 il daha a
22.09.2026 401