Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər.
Milli.Az xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasını tövsiyə edirlər.
Bildirilir ki, tiroid vəzi tərəfindən ifraz olunan T3 və T4 hormonları maddələr mübadiləsinin tənzimlənməsində mühüm rol oynayır. Bu hormonlar enerji sərfiyyatı, böyümə və inkişaf, tənəffüs və digər mühüm proseslərə təsir göstərir.
Türkiyəli professor Hakan Yabanoğlu tiroid xərçəngi hallarının son illərdə artdığını bildirib. Onun sözlərinə görə, xəstəliyin yaranmasında genetik meyillilik mühüm amillərdən biridir.
Xüsusilə ailəsində tiroid xərçəngi olan şəxslərin daha diqqətli olması tövsiyə edilir. Uşaqlıq və ya gənclik dövründə baş-boyun nahiyəsinin radiasiyaya məruz qalması da xəstəliyin məlum risk faktorları arasında göstərilir.
Tiroid xərçəngi çox vaxt səssiz inkişaf etdiyi üçün xəstələr əksər hallarda boyun nahiyəsində hiss etdikləri kütlə ilə bağlı həkimə müraciət edirlər. Boynun ön və ya yan hissəsində yeni yaranan şişkinlik, getdikcə böyüyən düyün və ya sərt struktur mütləq həkim tərəfindən qiymətləndirilməlidir.
Boğaz ağrısı və öskürək isə hər zaman tiroid xərçənginə işarə etmir. Lakin nadir hallarda səs tellərinə yaxın nahiyədə yaranan şişlər davamlı səs tutulmasına səbəb ola bilər.
Xəstəliyin qiymətləndirilməsində fiziki müayinə və ultrasəs müayinəsi mühüm yer tutur. Ultrasəs zamanı tiroid vəzindəki düyünlərin ölçüsü, quruluşu və şübhəli xüsusiyyətləri araşdırılır. Zəruri hallarda biopsiyası da aparıla bilər.
Tiroid xərçəngi təsdiqləndikdə müalicə xəstəliyin növü və mərhələsinə, şişin ölçüsünə və yayılma vəziyyətinə uyğun müəyyənləşdirilir. Bir çox hallarda əsas müalicə üsullarından biri cərrahi müdaxilədir. Əməliyyat zamanı tiroid vəzinin bir hissəsi və ya tamamı çıxarıla bilər.
Mütəxəssislər bildirirlər ki, hər kəs üçün müəyyən edilmiş standart tiroid xərçəngi skrininq yaşı yoxdur. Bununla belə, ailəsində xəstəlik keçmişi olan şəxslərin həkim nəzarətində olması vacibdir.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 777 Tarix: 26 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi
01.11.2026 1196 Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil
15.11.2026 404 Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?
Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo
11.11.2026 654 Görmə itkisinə aparan xəstəliklər hansılardır? - Video
"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub. Ən çox rast gəlinən göz xəstəlikləri hansılardır?. Katarakt əməliyyatı hansı hallarda zərurətə çevrilir və müalicədən sonra bu xəstəliyin təkrarlanma riski varmı?. Gənc yaşda katarakt aşkarlanarsa
15.11.2026 304 Diabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25.10.2026 908 Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?
Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu
03.11.2026 899 Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı
Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə
10.11.2026 467 Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25.10.2026 946 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23.10.2026 1079