Bakıya gətirmək istədiyi 10 milyon əlindən alındı - Azərbaycanlı qadına qarşı QAÇAQMALÇILIQ İDDİASI

Bakıya gətirmək istədiyi 10 milyon əlindən alındı - Azərbaycanlı qadına qarşı QAÇAQMALÇILIQ İDDİASIRusiyada külli miqdarda valyuta qaçaqmalçılığında ittiham olunan qadına hökm oxunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, proses Yekaterinburqun Oktyabrski Rayon Məhkəməsində keçirilib.

Hakim heyəti Samara vilayətinin sakini Lyubov Əsədullayevaya 10,4 milyon rublun qaçaqmalçılığına görə bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verib.

Məlumata görə, Lyubov Əsədullayeva 22 avqust 2025-ci ildə Samaradan Yekaterinburq üzərindən tranzitlə Bakıya qonaq getməyi planlaşdırıb.

Saat 18 radələrində Koltsovo hava limanında o, gömrük bəyannaməsi təqdim etmədən 130 min ABŞ dollarından çox ekvivalentdə nağd pulu gömrük sərhədindən keçirməyə cəhd edib. Rusiya qanunvericiliyinə əsasən, bu məbləğ xüsusilə külli miqdar hesab olunur.

Məhkəmə zamanı Əsədullayeva təqsirini qəbul etməyib. O bildirib ki, qaçaqmalçılıq etmək niyyətində olmayıb, gömrük qaydalarından xəbərsiz olub və təyyarəyə gecikdiyi üçün pullarla birlikdə gömrük nəzarəti zonasındakı "yaşıl dəhliz"dən keçib.

Məhkəmə 10,4 milyon rublun dövlət nəfinə müsadirə olunmasına qərar verib.

Hökm hələ qanuni qüvvəyə minməyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1030   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

5 il əvvəl çıxdığı işə qayıdır?

Xalq artisti Nazpəri Dostəliyeva universitetdəki fəaliyyətini dayandırması haqda sualları cavabsız qoyub. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" proqramında danışıb. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 11 il pedaqoji fəaliyyət göstərdiyini, 2021-c

13.11.2026 376
.

Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü

13.11.2026 332
.

İlham Əliyevin Antoniu Koşta ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta ilə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluğun

13.11.2026 266
.

"Sadakat Albora" onunla sevgili imiş

"Uzak şehir" serialında rol alan aktyorlar arasında daha bir eşqin yarandığı iddia edilib. Axşam.az xəbər verir ki, "Sadakat Albora" obrazını canlandıran aktrisa Qonca Cilasun "Erol"u ifa edən həmkarı Barış Yalçınla sevgili olduğu bildirilib. Şayiələrə səbəb cütlüyün sosia

13.11.2026 452
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

13.11.2026 277
.

Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"

"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB

13.11.2026 322
.

ABŞ-nin baş prokuroru da hərbi bazaya köçürüldü

ABŞ-nin baş prokuroru, eyni zamanda ədliyyə naziri olan Todd Blanş artıq bir neçə aydır ki, ölkənin hərbi bazalarından birində məskunlaşıb. xəbər verir ki, bu barədə "Fox News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Baş prokurorun yaşayış yerini dəyişməsinin səbəbləri açıqlanmayıb

13.11.2026 267
.

Ermənistanın Rusiyadakı səfiri Moskvadan getməyə hazırlaşır

Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanın qeyri-rəsmi olaraq vəzifəsindən və Moskvadan yaxın vaxtlarda ayrılmağa hazırlaşdığı iddia olunur. xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti mənbələrinə istinadən məlumat yayıb. Qəzet yazır ki, Arsenyanın yaxın dostlarından əld

13.11.2026 270
.

"Müəllimlərin maaşı 2 min manat ola bilər"

Müəllimlərin əməkhaqqı məsələsi Azərbaycanda təhsil sahəsində ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır. Son illərdə bu sahədə maaşların artırıldığı bildirilib. "2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfədən çox artıb. 2026-cı ilin sentyabrına olan məlumatlara görə

13.11.2026 383
.