Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab

Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavabİdmanla məşğul olmaq sağlamlıq üçün faydalıdır, lakin havanın çirkli olduğu ərazilərdə fiziki aktivlik zamanı orqanizm daha çox zərərli hissəcik qəbul edə bilər.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, mütəxəssislər ümumilikdə idmanın faydalarının hava çirkliliyinin yaratdığı risklərdən üstün olduğunu bildirirlər. Bununla belə, məşq zamanı çirkli havaya məruz qalmanı azaltmaq mümkündür.

Hava çirkliliyinin əsas təhlükələrindən biri diametri 2,5 mikrometrədək olan PM2.5 hissəcikləridir. Bu hissəciklər avtomobillərdən və digər mənbələrdən havaya yayılır, ağciyərlərə dərindən nüfuz edə və qan dövranına keçə bilir. Araşdırmalar hava çirkliliyini ürək-damar və tənəffüs xəstəlikləri, xərçəng və vaxtından əvvəl ölüm riski ilə əlaqələndirir.

Mütəxəssislərin sözlərinə görə, qaçış və intensiv velosiped sürmə zamanı insan daha sürətli və dərin nəfəs aldığı üçün gəzinti ilə müqayisədə daha çox çirkli hava qəbul edir. Şəhərlərdə azot dioksidi, kükürd dioksidi, karbonmonoksid və yer səviyyəsində ozon kimi digər çirkləndiricilər də sağlamlıq üçün risk yarada bilər.

Bununla belə, fiziki aktivlikdən tamamilə imtina etmək tövsiyə edilmir. Araşdırmalardan birinə görə, hava çirkliliyinin olduğu mühitdə idman edən insanlarda ölüm riski hərəkətsiz şəxslərlə müqayisədə 26 faiz daha aşağı olub. Daha təmiz havada məşq edənlərdə isə bu göstərici 31 faiz təşkil edib.

Mütəxəssislər xüsusilə astma, xroniki ağciyər xəstəlikləri və ürək-damar problemləri olan şəxslərin daha diqqətli davranmalı olduğunu vurğulayırlar. Çirkli hava idmanın ağciyər, damar və zehni sağlamlıq baxımından verdiyi bəzi müsbət təsirləri də zəiflədə bilər.

Çirkli havadan necə qorunmaq olar?

Mütəxəssislərin əsas tövsiyəsi məşq üçün nəqliyyatın intensiv olduğu yollardan uzaq əraziləri seçməkdir. Tədqiqatlara əsasən, əsas magistraldan cəmi bir-iki küçə uzaqlaşmaq belə çirklənməyə məruz qalmanı 20-30 faiz azalda bilər. Yan küçələrdən istifadə isə bəzi hallarda bu göstəricini 50 faizə qədər aşağı sala bilər.

İmkan daxilində pik saatlarda, xüsusilə avtomobillərin sıx olduğu vaxtlarda açıq havada məşqdən qaçmaq da faydalıdır. Günəşli və isti günlərdə ozon səviyyəsinin yüksələ biləcəyi nəzərə alınmalıdır.

Bundan başqa, yerli hava keyfiyyəti indekslərini izləmək tövsiyə olunur. Çirklənmənin yüksək olduğu günlərdə məşqi qapalı məkana keçirmək və ya park kimi daha təmiz əraziləri seçmək daha məqsədəuyğundur.

Mütəxəssislər bildirirlər ki, fərdi seçimlər məruz qalmanı müəyyən qədər azaltsa da, hava çirkliliyinin qarşısını almağın ən effektiv yolu zərərli emissiyaların mənbəyində azaldılmasıdır.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 322   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda qətliam kimi iki xəstəlik - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda son beş ildə insult və kəskin miokard infarktından 54 973 ölüm qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, beş il ərzində insultdan 33 510, kəskin miokard infarktından isə 21 463 insan həyatını itirib. İki göstəricinin illər üzrə cəmi 54 973 təşkil edib. İnfark

04.10.2026 224
.

100 yaşdan çox yaşayanların ortaq 5 sirri

Amerikalı rejissor Sem Qrin 10 il ərzində dünyanın ən yaşlı insanları ilə görüşərək onların həyat tərzini araşdırıb. Rejissor yüz ildən çox yaşayan insanların bir-birinə bənzəyən bir sıra xüsusiyyətlərinin olduğunu müəyyən edib. xarici mediaya istinadən xəbər verir ki, Sem Qrin dünyanın ən yaşlı insanlar

04.10.2026 314
.

Müalicəvi masajla klassik masajın fərqi nədir?

Müalicəvi masaj və klassik masaj tətbiq üsullarına görə oxşar görünsə də, seçilmə məqsədi fərqlidir. Müalicəvi masaj konkret ağrı, əzələ gərginliyi və hərəkət məhdudiyyəti kimi şikayətlərə uyğun tətbiq edilir. Klassik masaj isə əzələlərin boşaldılması və ümumi rahatlama məqsədi daşıyır. Müalicəvi masa

27.09.2026 200
.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hans

20.09.2026 368
.

İnsan beyninin sirri açıldı

Stanford Universitetinin alimlərinin apardığı araşdırma insan beyninin inkişafı ilə bağlı yeni nəticə ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, tədqiqatçılar beynin ön və arxa hissələrinin embrional inkişafın çox erkən mərhələsində fərqli progenitor hüceyrə qruplarından əmələ gəldiyini müəyyə

22.09.2026 340
.

Alimlər geniş yayılmış xəstəliklərlə xərçəng arasında gözlənilməz əlaqə tapdı

Dünyada hər səkkizinci xərçəng hadisəsi, ehtimal ki, infeksiyalar nəticəsində yaranıb. Bu qənaətə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) tədqiqatçıları 2024-cü ilin məlumatlarını təhlil etdikdən sonra gəliblər. Qaynarinfo xəbər verir ki, bu barədə "Newsweek" yazır. Söhbət həmi

01.10.2026 511
.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd

26.09.2026 297
.

Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı

Mütəxəssislər müntəzəm mütaliənin beyin sağlamlığına və ümumi rifaha müsbət təsir göstərə biləcəyini müəyyənləşdirib. Araşdırmalara görə, bunun üçün hər gün uzun saatlar kitab oxumağa ehtiyac yoxdur. Qaynarinfo xəbər verir ki, Kembric Universiteti və "Queen’s Reading Room" təşkilatının alimlər

28.09.2026 432
.

"Gözəllik yuxusu"nun sirləri: Səhər parlaq görünməyinizə kömək edəcək 7 axşam vərdişi

Təravətli və gümrah görünmək yalnız səhər yuxudan durduqdan sonra etdiklərinizdən ibarət deyil; hər şey bir gecə əvvəl, axşamkı baxım rutininizlə başlayır. Qaynarinfo xəbər verir ki, "HuffPost"un məlumatına görə, yatmazdan əvvəlki bu vərdişlər parlaq dəri və gözəl saçlara sahib olmağınıza

06.10.2026 108
.