Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunubUkraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub.

Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü ilk ölkə olub. Bundan əvvəl kitabın materialları "perishedcivilization.com" xüsusi internet platformasında təqdim edilib. Nəşriyyat qrupunun planlarına kitabın növbəti mərhələdə Polşa, Almaniya, Baltikyanı ölkələr, Moldova, Qazaxıstan və Özbəkistanda nəşri daxildir.

Tədqiqat Azərbaycan xalqının əcdadlarının, eləcə də azərbaycanlıların müasir Ermənistan ərazisində, ilk növbədə tarixi İrəvan quberniyası və Zəngəzurda tarixindən bəhs edir.

Kitabda əhalisini əsrlər boyu müasir azərbaycanlıların əcdadlarının təşkil etdiyi şəhər və kəndlərin tarixi, onların bölgənin yerli mədəni simasının formalaşmasındakı rolu, eləcə də sonrakı demoqrafik dəyişikliklər, zorakılıq, qovulma və deportasiya prosesləri araşdırılır.

Müəllif bu ərazilərin türk keçmişinə dair günümüzədək gəlib çatan sübutlara - məscidlərə, qəbiristanlıqlara, qalalara, abidələrə və digər mədəni irs nümunələrinə xüsusi diqqət ayırır.

Araşdırmada qeyd olunur ki, çoxsaylı erməni, Rusiya, Fransa və digər mənbələrdə əksini tapan məlumatlar müasir azərbaycanlıların əcdadlarının əsrlər boyu regionun bir sıra ərazilərində yerli əhalinin əksəriyyətini təşkil etdiyini göstərir. Onlar yaşayış məntəqələrinin yaradılması və inkişafında iştirak edib, məscid və qalalar tikib, torpaqları becərib və həmin ərazilərin mədəni simasının formalaşmasına töhfə veriblər.

Müəllif azərbaycanlıların doğma yurdlarından sıxışdırılıb çıxarılması, qırğınlar və təşkil edilmiş deportasiyaların bir neçə dalğasını araşdırır. Kitabda bildirilir ki, bu proseslər nəticəsində yüz minlərlə azərbaycanlı öz evlərindən qovulub.

Bununla paralel olaraq, onların həmin ərazilərdə mövcudluğunu təsdiqləyən maddi izlərin - məscidlərin, qəbiristanlıqların, qalaların, abidələrin və digər mədəni irs obyektlərinin məhv edildiyi və ya adlarının dəyişdirildiyi qeyd olunur.

Kuzari bu icmanın yoxa çıxmasını yalnız abstrakt tarixi proses kimi deyil, insan və sivilizasiya faciəsi kimi təqdim edir. Kitabda əsrlər boyu həmin ərazilərdə yaşamış, daha sonra isə ardıcıl zorakılıq, qovulma və deportasiya dalğaları nəticəsində regiondan demək olar ki, tamamilə sıxışdırılıb çıxarılmış xalqın tarixi izlənilir.

Müəllif tədqiqatın əsas xüsusiyyətlərindən biri kimi geniş sübut bazasını göstərir. Əsərdə ümumilikdə 1 765 mənbə sistemləşdirilib. Bunların sırasında arxiv sənədləri, erməni müəlliflərinin tarixi əsərləri, çar Rusiyası və sovet dövrünə aid rəsmi sənədlər, Fransa diplomatik materialları və digər mənbələr yer alır.

Müəllif, həmçinin vurğulayır ki, tədqiqatın əsas sübut bazasının formalaşdırılması zamanı Azərbaycan və Türkiyə tarixşünaslığına məqsədli şəkildə əsas mənbə kimi istinad etməyib.

Kitabın çap versiyası geniş multimedia bazası ilə tamamlanıb.

Buraya müasir Ermənistan ərazisində türk varlığının günümüzədək qorunub saxlanmış izlərini sənədləşdirən sahə foto və videomaterialları daxildir. Onların arasında onlarla yaşayış məntəqəsində yerləşən məscid xarabalıqları, qalalar və qədim qəbiristanlıqlara dair materiallar var.

Bundan başqa, deportasiyaları yaşamış, doğma kəndləri, ənənələri və həyat tərzi barədə xatirələrini qoruyub saxlamış şəxslərlə silsilə videomüsahibələr təqdim edilir.

Layihədə XIV əsrdən XX əsrədək regionda baş verən hadisələrin xronologiyası da hazırlanıb. Bu xronologiya müəllifin Azərbaycan əhalisinin demoqrafik baxımdan sıxışdırılıb çıxarılması ilə əlaqələndirdiyi proseslərin ilkin şərtlərini və ardıcıllığını izləməyə imkan verir.

Tədqiqatın elektron versiyası, arxiv sənədləri, videoşahidliklər və digər materiallar layihənin internet saytında təqdim olunur.

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunubUkraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunubUkraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 756   Tarix: 19 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar

10:41 199
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

12:41 230
.

Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə

Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B

11:40 184
.

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzi

11:22 259
.

"ƏDV geri al" mexanizmi bütün konsertlərə şamil oluna bilər

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, "ƏDV geri al" mexanizminin bütün konsert növlərini əhatə etməsinin təmin edilməsi təklif olunur. Qeyd edili

14:13 145
.

"Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Yazıçılar Birliyində Dilarə Nağıyevanın "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib. xəbər verir ki, nəşrdə 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı terror hücumu zamanı Vasif Tağıyevin göstərdiyi qəhrəmanlıqdan bəh

04.11.2026 375
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

04.11.2026 390
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

11:32 198
.

"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq

ABŞ-nin məşhur okean layneri "SS United States" dünyanın ən böyük süni rifini yaratmaq üçün Florida sahillərində, Meksika körfəzində batırılacaq. "Qafqazinfo" xəbər verir ki, otuz ilə yaxın Filadelfiyada sahilə lövbər salan tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən bu üsulla qiymətləndirilib

04.11.2026 364
.