Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var - Foto

Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var - FotoAmerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp cari prezidentlik müddətində əldə etdiyini düşündüyü "25 əsas nailiyyət"in siyahısını ictimaiyyətə təqdim edib. O, əvvəllər də vurğuladığı kimi, "8 irimiqyaslı müharibənin nizamlanması" bəndinə Bakı ilə İrəvan arasında əlaqələrin normallaşdırılmasını da daxil edib.

Oxu.Az xəbər verir ki, ABŞ rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Diqqətçəkən məqam odur ki, Tramp siyahıya yazdığı şərhdə hazırkı müddəti üçüncü prezidentlik dönəmi adlandırıb. Xatırladaq ki, rəsmi olaraq Donald Tramp ABŞ-nin 45-ci və 47-ci prezidentidir, yəni bu vəzifəni ikinci dəfə icra edir. Lakin o, 2020-ci il seçkilərində Co Baydenə məğlubiyyətini hələ də qəbul etmir və bu məntiqə əsaslanaraq hazırkı mandatını üçüncü hesab edir. Qeyd etmək lazımdır ki, ABŞ Konstitusiyası (1951-ci ildə təsdiqlənmiş 22-ci düzəliş) bir şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edir - Tramp isə bu ifadəni daha çox siyasi gediş kimi işlədir.

"25 əsas nailiyyət"in siyahısına aşağıdakı bəndlər daxil edilib:

1. Ölkə tarixində ən etibarlı qorunan cənub sərhədini təmin edib - iddiaya görə, son 16 ay ərzində ABŞ-yə heç bir qeyri-qanuni miqrant buraxılmayıb.

2. Təhlükəli cinayətkarların - qanunsuz miqrantların ABŞ şəhərlərinin küçələrindən uzaqlaşdırılması üçün Leyken Rayli qanununu imzalayıb.

3. Qətl səviyyəsinin müşahidələr tarixində ən böyük düşüşünə - 1900-cü ildən bəri son 125 ilin ən aşağı göstəricisinə nail olub.

4. Yaşlı amerikalılar üçün bəxşiş, əlavə iş saatları və sosial təminat ödənişlərindən verginin ləğvi də daxil olmaqla, ABŞ tarixində ən böyük vergi endiriminə imza atıb.

5. ABŞ iqtisadiyyatına Çinin illik ÜDM-i ilə müqayisə oluna biləcək məbləğdə - 19.2 trilyon dollar həcmində yeni investisiyaların cəlbi üzrə öhdəlikləri təmin edib.

Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var - Foto6. İstehsalatı ABŞ ərazisinə qaytarmaq məqsədilə tarixi tariflər tətbiq edib, o cümlədən idxal edilən mis, alüminium və polada 50%, idxal avtomobillərinə isə 25% rüsum qoyub.

7. Seçkilərdən sonra fond bazarı 80 dəfə yeni tarixi maksimumlar müəyyənləşdirib.

8. Hazırda ABŞ-də ölkə tarixinin istənilən dövründən daha çox insan işləyir.

9. ABŞ ordusuna tarixin ən böyük investisiyasını təmin edib - cari ildə 1 trilyon dollar və gələn il üçün nəzərdə tutulan 1,5 trilyon dollar.

10. Axtarışda olan Venesuela diktatoru Nikolas Maduronu ələ keçirərək məsuliyyətə cəlb edib.

11. Tehranın heç vaxt nüvə silahı əldə etməməsinə zəmanət vermək üçün İranın uran zənginləşdirmə potensialını məhv edib.

12. Narkokartellərə qarşı çoxsaylı uğurlu hərbi zərbələr endirib. Nəticədə ABŞ sərhədindən fentanil axını 60% azalıb.

13. 300%, 400%, 500% və 600% qiymət fərqlərini aradan qaldıraraq bir çox reseptli dərmanların dəyərini aşağı salmaq üçün ən əlverişli rejim müqavilələri imzalayıb.

14. "Yaşıl yeni yalan"a son qoyub, energetika sahəsində fövqəladə vəziyyət elan edərək "qaz, körpə, qaz" (Drill, Baby, Drill) prinsipini tətbiq etməyə başlayıb.

15. ABŞ avtomobil sənayesi üçün məhvedici hesab etdiyi elektromobil mandatını və digər "ağılsız" normaları ləğv edib.

16. Amerika ixracı tarixin ən yüksək səviyyəsinə qalxıb - bu il ölkə 2.3 trilyon dollarlıq mal ixracı göstəricisinə doğru irəliləyir.

17. Bütün federal hökumət və özəl sektorda Trampın fikrincə, ayrı-seçkilik xarakteri daşıyan "müxtəliflik, bərabərlik və inklüzivlik" (DEI) siyasətlərini ləğv edib.

18. Kişilərin qadın idman yarışlarında iştirakına qadağa qoyub.

19. Məktəblərdə transgenderlik ideologiyasını və kritik irq nəzəriyyəsini yasaqlayıb.

20. Hər bir yeni doğulan körpə üçün 8 000 dollardan başlayan, hər bir amerikalı uşaq üçün vergidən azad investisiya hesabları olan "Tramp hesabı"nı işə salıb.

Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var - Foto21. İlk 12 ay ərzində tarixi sülh sazişləri bağlayaraq 8 müharibəni nizamlayıb, o cümlədən Qəzzadakı müharibəni bitirib. Azərbaycan və Ermənistan arasındakı münasibətlərin tənzimlənməsi də bu bəndə daxildir.

22. Bütün sağ əsirlərin öz ailələrinə qovuşmasına, eləcə də həlak olanların cəsədlərinin qaytarılmasına nail olub.

23. Somali və digər "təhlükəli" regionlar da daxil olmaqla, ABŞ-yə bütün qaçqınların qəbulunu dayandırıb.

24. Vaşinqton, Memfis və Yeni Orleanda qanunun və asayişin bərpası üçün Milli Qvardiyanı səfərbər edib.

25. İngilis dilini Birləşmiş Ştatların rəsmi dili elan edib.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, onun amerikalı həmkarı Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşün yekunlarına əsasən, Birgə Bəyannamə imzalanıb, həmçinin ikitərəfli sülh sazişinin mətni paraflanıb. Bununla da regionumuzda uzun illərdir davam edən münaqişəyə son qoyulub və sülh prosesi rəsmən yeni siyasi mərhələyə qədəm qoyub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 741   Tarix: 19 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar

10:41 199
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

12:41 230
.

Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə

Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B

11:40 184
.

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzi

11:22 259
.

"ƏDV geri al" mexanizmi bütün konsertlərə şamil oluna bilər

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, "ƏDV geri al" mexanizminin bütün konsert növlərini əhatə etməsinin təmin edilməsi təklif olunur. Qeyd edili

14:13 145
.

"Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Yazıçılar Birliyində Dilarə Nağıyevanın "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib. xəbər verir ki, nəşrdə 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı terror hücumu zamanı Vasif Tağıyevin göstərdiyi qəhrəmanlıqdan bəh

04.11.2026 375
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

04.11.2026 390
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

11:32 198
.

"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq

ABŞ-nin məşhur okean layneri "SS United States" dünyanın ən böyük süni rifini yaratmaq üçün Florida sahillərində, Meksika körfəzində batırılacaq. "Qafqazinfo" xəbər verir ki, otuz ilə yaxın Filadelfiyada sahilə lövbər salan tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən bu üsulla qiymətləndirilib

04.11.2026 364
.