CNN: "ABŞ ordusunda süni intellekt xətası Çinlə az qala hərbi qarşıdurmaya səbəb olurdu"

CNN: "ABŞ ordusunda süni intellekt xətası Çinlə az qala hərbi qarşıdurmaya səbəb olurdu"ABŞ ordusunda bu ilin yazında, İranla müharibə zamanı yayılan kəşfiyyat hesabatı Çinlə ABŞ arasında az qala hərbi qarşıdurmaya səbəb olub.
CNN-in əldə etdiyi məlumata görə, hesabatda Yaxın Şərqdə hərəkət edən Çin gəmisinin nüvə silahı proqramı üçün komponentlər daşıdığı iddia olunurdu. Məlumatın yayılmasından sonra ABŞ hərbçiləri gəmini ələ keçirmək üçün əməliyyata hazırlaşmağa başlayıblar. Mənbələrin bildirdiyinə görə, iki ABŞ hərbçisi gəminin göyərtəsinə çıxmağa hazırlaşırdı.

BİG.AZ CNN-ə istinadən xəbər verir ki, eyni zamanda hərbi təyyarələr artıq havaya qalxmışdı. Lakin əməliyyatın başlamasına az qalmış ABŞ rəsmiləri kəşfiyyat məlumatını daha dərindən yoxlayıblar. Bundan sonra məlum olub ki, hesabat xüsusi əməliyyatlar komandanlığının analitiki tərəfindən süni intellektdən istifadə edilməklə hazırlanıb və istifadə edilən çatbot gəminin daşıdığı yükü səhv müəyyənləşdirib. CNN gəminin əslində hansı yükü daşıdığını və süni intellektin bunu nə ilə səhv saldığını müəyyən edə bilməyib. Mənbələrdən biri hesabatı "tamamilə yanlış" adlandırıb və onun "az qala müharibəyə başladığını" bildirib. Çünki ABŞ-ın Çin gəmisinə qarşı hərbi əməliyyatı iki ölkə arasında daha geniş silahlı qarşıdurmaya çevrilə bilərdi.

Süni intellekt məlumatı necə səhv müəyyənləşdirib?

CNN-in məlumatına görə, ABŞ Xüsusi Əməliyyatlar Komandanlığında çalışan analitik gəminin yük manifesti ilə bağlı kəşfiyyat məlumatlarını çatbota təqdim edib.
Bu məlumatların bir hissəsi Havayda yerləşən ABŞ Sakit Okean Xüsusi Əməliyyatlar Komandanlığından əldə edilmişdi. Süni intellekt açıq mənbələrdən olan məlumatları hökumətin məxfi siqnal kəşfiyyatı ilə birləşdirərək gəminin yükü barədə yanlış nəticəyə gəlib. Daha sonra analitik süni intellektdən həmin nəticələri standart kəşfiyyat hesabatı formasına salmaq üçün də istifadə edib. Hesabat hərbi kanallar vasitəsilə yayılıb və nəticədə sənəd adi, yoxlanılmış kəşfiyyat məlumatı kimi qəbul edilib.
ABŞ Sakit Okean Xüsusi Əməliyyatlar Komandanlığı və Pentaqon CNN-in sorğusuna cavab verməyib.

ABŞ ordusu süni intellektdən daha geniş istifadə edir

Hadisə ABŞ ordusunun süni intellektdən istifadəni sürətlə genişləndirdiyi bir vaxtda baş verib. ABŞ hərbi və kəşfiyyat strukturları süni intellektdən böyük həcmdə məlumatların təhlili, hədəflərin müəyyənləşdirilməsi, hərbi qüvvələrin yerləşdirilməsi, logistika, təchizat zəncirləri və büdcənin idarə olunması kimi sahələrdə istifadə etməyə çalışır. ABŞ müdafiə naziri Pit Heqset bu ilin yanvarında hərbi sahədə süni intellektdən istifadənin sürətləndirilməsi strategiyasını açıqlayıb. Strategiyanın məqsədlərindən biri Pentaqonda süni intellekt texnologiyalarının daha geniş tətbiqini təmin etməkdir. CNN-in efirində hadisəni şərh edən ekspertlərdən biri isə problemin süni intellektdən istifadə edilməsinin özündən daha çox, bu texnologiyanın yaratdığı məlumatların kifayət qədər yoxlanılmadan hərbi qərarlara təsir göstərə bilməsi olduğunu vurğulayıb.

CNN müxbiri Zachary Cohen də bildirib ki, ABŞ ordusunda süni intellektdən istifadə qaydaları və nəzarət mexanizmləri bütün bölmələr üzrə eyni deyil. Hadisə müharibə şəraitində süni intellekt tərəfindən hazırlanmış və ya emal edilmiş məlumatların insan tərəfindən ciddi şəkildə yoxlanılmasının əhəmiyyətini yenidən gündəmə gətirib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 935   Tarix: 19 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doğum müavinəti 1500 manat olsa, ailələrin sosial yükü azalacaqmı?

Doğum müavinətinin 600 manatdan 1500 manata çatdırılması ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımından əhəmiyyətli addım ola bilər. Çünki uşağın dünyaya gəlməsi ilə ailənin maddi xərcləri də əhəmiyyətli dərəcədə artır. Xüsusilə ilk aylarda körpənin geyim, qida, dərman və digər zəruri ehtiyaclarını

11:49 246
.

Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə

Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B

11:40 199
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

12:04 216
.

İntensiv yağış yağacaq

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

14:06 216
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

13:55 234
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

15:22 166
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

04.11.2026 428
.

Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra

15:02 211
.

Medvedevdən sərt bəyanat: "Tam qələbəyədək əzməliyik"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-da keçirilən seçkilərin nəticəsindən asılı olmayaraq, düşməni döyüş meydanında tam qələbə əldə edilənədək məğlub etməyə çağırıb. xəbər verir ki, bu barədə siyasətçi "Max" platformasında paylaşdığı geniş şərhdə bildirib. Rusiyanı

10:39 242
.