Macarıstanın 63 milyard avroluq müqaviləsi ləğv olunur - Madyar Orbandan qisas alır?
Macarıstanın yeni hökuməti ölkənin əvvəlki rəhbərliyi dövründə bağlanmış və Avropada ən böyük hesab edilən 63 milyard avroluq kommersiya müqaviləsini ləğv etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə baş nazir Peter Madyar məlumat verib. Söhbət 2022-ci ildə 35 il müddətinə imzalanmış və dəyəri 23 trilyon forint (təxminən 63 milyard avro) olan konsessiya sazişindən gedir. Müqaviləyə əsasən, ölkənin əsas avtomobil yolları "Magyar Koncesszios Infrastruktura Fejleszto" (MKIF) şirkətinin idarəçiliyinə verilməli idi.
Madyarın sözlərinə görə, aparılan yoxlamalar nəticəsində müqavilədə həm Macarıstan qanunvericiliyinin, həm də Avropa İttifaqı normalarının pozulduğu aşkar edilib. Buna görə də məsələ hüquq-mühafizə orqanlarına təqdim olunacaq. Nəqliyyat və investisiyalar naziri David Vitezi bu sazişi dövlət vəsaitlərinin mənimsənilməsi cəhdi kimi qiymətləndirib. O qeyd edib ki, sabiq baş nazirə yaxın iş adamlarına məxsus olan şirkətin yol şəbəkəsinin inkişafı üçün tələb olunan investisiyaları yatırmaq öhdəliyi müqavilədə öz əksini tapmayıb.
FİDES partiyasının parlament fraksiyası onlara qarşı irəli sürülən ittihamları rədd edərək, hazırkı Nazirlər Kabinetinin bu addımını siyasi qisas adlandırıb. Siyasətçilər həmçinin vurğulayıblar ki, müqavilənin imzalandığı vaxt indiki rəhbər şəxslər də yol təsərrüfatı ilə bağlı qurumlarda vəzifə tuturdular.
Operator şirkətin nümayəndələri də öz növbəsində bütün iddiaları təkzib ediblər. Onlar bildiriblər ki, bu razılaşma mürəkkəb iqtisadi vəziyyət dövründə avtomobil yolları infrastrukturunu işlək vəziyyətdə saxlamağa imkan yaradıb.
Xatırladaq ki, korrupsiyaya qarşı mübarizə apardığını bildirən Peter Madyarın sərvəti Viktor Orbandan on dəfə çox olub. 2025-ci ilin maliyyə hesabatlarına əsasən, Orban və həyat yoldaşının hesabında cəmi 25.6 min avro var və onların heç bir səhmi və ya qiymətli kağızı yoxdur. Madyar isə bəyannaməsində təxminən 250 min avro dəyərində aktivlər, həmçinin qiymətli kağızlar, depozitlər və fondlara edilən investisiyalar göstərib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 753 Tarix: 19 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNATO kəşfiyyat təyyarəsi Kalininqrad ətrafında ikinci dəfə dövrə vurub
ABŞ-da qeydiyyatdan keçmiş NATO kəşfiyyat təyyarəsi bu həftə Kalininqrad vilayəti ətrafında ikinci dəfə dövrə vurub. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS aviadispetçer xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki "Bombardier Artemis II" təyyarəsi Polşa, Litva hava məkanında
04.11.2026 402 Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək
Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl
12:04 211 Ərdoğan Azərbaycana gələcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək
12:41 248 Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?
ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə
15:52 128 Azərbaycanda ilk dəniz milli parkı yaradılacaq
Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində işlərə başlanılıb, xəritələşmə işləri artıq yekunlaşıb. "Trend"ə istinadən xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun "Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasınd
15:50 108 Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin
16:02 86 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində
13:55 221 Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?
Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti
14:22 219 Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d
14:50 147