"Qarabağda separatizmin kökü kəsildi" - Könül Nurullayeva

"Qarabağda separatizmin kökü kəsildi" - Könül Nurullayeva"2023-cü ilin 19-20 sentyabrı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası istiqamətində həlledici mərhələ kimi tarixə düşdü. Sentyabrın 19-da Azərbaycan Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başladı". Bu sözləri BiG.AZ-a açıqlamasında millət vəkili Könül Nurullayeva bildirib.

Onun sözlərinə görə, bir neçə saat davam edən hadisələr regionun siyasi-hərbi reallığını köklü şəkildə dəyişdi:
"2023-cü ilin sentyabrına qədər Qarabağda Azərbaycan ərazisində fəaliyyət göstərən separatçı strukturların mövcudluğu və bölgədə Ermənistan silahlı qüvvələrinin birləşmələrinin qalması təhlükəsizlik baxımından ciddi suallar yaradırdı. Azərbaycan Ordusunun mövqelərinin sistemli şəkildə atəşə tutulması, ərazilərin minalanması, yeni səngər və sığınacaqların yaradılması, hərbi mövqelərin canlı qüvvə, zirehli texnika və artilleriya ilə gücləndirilməsi, həmçinin diversiya fəaliyyətlərinin qeydə alınması Azərbaycanın səbr kasasını daşırdı. Sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa yolunda mina partlayışı nəticəsində iki mülki şəxsin, daha sonra isə Daxili Qoşunların hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində hərbçilərin həlak olması son damla oldu.

Bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəaları ilə ziddiyyət təşkil edən və regional sülhə təhlükə yaradan davranış idi. Buna cavab olaraq Azərbaycan öz tarixi torpaqlarında lokal antiterror tədbirlərinə başladı. Rəsmi şəkildə bəyan olundu ki, məqsəd Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah və ərazidən çıxarılması, hərbi infrastrukturun zərərsizləşdirilməsi, mülki əhalinin, bərpa-quruculuq işlərində çalışan şəxslərin və hərbçilərin təhlükəsizliyinin təmin edilməsi, eləcə də konstitusiya quruluşunun bərpası idi.

Beləliklə, yüksək dəqiqlikli silahlardan yalnız legitim hərbi hədəflərə qarşı istifadə olundu. Azərbaycan tərəfi mülki əhalinin və mülki infrastrukturun hədəfə alınmadığını, yaşayış məntəqələrinin yaxınlığında yerləşdirilən hərbi obyektlərdən uzaq durmaq barədə xəbərdarlıqlar etdi və humanitar yardım mexanizmlərinin yaradıldığını açıqladı.
Məqsəd genişmiqyaslı müharibə aparmaq deyil, Qarabağdakı qanunsuz silahlı birləşmələrin hərbi imkanlarını aradan qaldırmaq və Azərbaycanın konstitusiya quruluşunu bərpa etmək idi.

Əməliyyatın növbəti günü - sentyabrın 20-də - Qarabağdaki erməni sakinlərin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətindən sonra tədbirlərin dayandırılması barədə razılaşma əldə edildi.
Razılaşmanın əsas şərtləri Ermənistan silahlı qüvvələrinin Qarabağda yerləşən birləşmələrinin və qanunsuz silahlı dəstələrin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması, tam tərksilah edilməsi, sursat və ağır hərbi texnikanın təhvil verilməsi idi.

Sentyabrın 21-də Yevlaxda Azərbaycan dövlət qurumlarının nümayəndələri ilə Qarabağdakı erməni sakinlərin nümayəndələri arasında keçirilən görüşdə Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə və dövlətinə reinteqrasiyası təklif edildi. Yəni antiterror əməliyyatından sonra gündəlikdə duran əsas məsələ təhlükəsizliyin, hüquqi idarəetmənin və reinteqrasiyanın təmin edilməsi oldu. Təxminən 1 həftə sonra- sentyabrın 28-də separatçı rejimin rəhbəri Samvel Şahramanyanın imzaladığı fərmanda da qondarma "Artsax"ın mövcudluğuna son qoyulmasının elan edilməsi nəzərdə tutulurdu. Sənəddə həmçinin Qarabağ əhalisinin Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya şərtləri ilə tanış olması və gələcəkdə bölgədə qalmaq və ya qayıtmaqla bağlı qərar verməsi qeyd edilirdi. Bu sənəd separatçı idarəetmə strukturunun özünün buraxılmasını təsdiqləyən fakt idi. Beləliklə, Qarabağda separatizmin kökü kəsildi.

Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələrin mövcudluğunun sona çatması regionda kommunikasiya və iqtisadi layihələrin təhlükəsizliyi baxımından da yeni şərait yaratdı. Ən əsası, Azərbaycan Qarabağ üzərində suverenliyinin faktiki bərpasını təmin etdi. 20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günü elan edildi".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 130   Tarix: 19 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp CNN, MS NOW və Politico-nun Ağ Evdə yayımını qadağan etdiyini bildirib

ABŞ prezidenti Donald Tramp cümə günü günortadan sonra CNN, MS NOW və Politico-nu Ağ Evdən "qadağan" etdiyini bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, o, bunun "dərhal qüvvəyə mindiyini" bildirib, lakin administrasiyasının bu addımı atdığına dair heç bir əlamət yoxdur. Məsəl

09:30 238
.

Dərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI

Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb

16:15 268
.

Rusiyada ayılara görə komendant saatı tətbiq edildi

Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində qəhvəyi ayıların mütəmadi olaraq şəhər ərazisinə daxil olması və insanlara hücum etməsi səbəbindən komendant saatı tətbiq olunub. xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb. Qərara əsasən, Baykalsk sakinləri və şəhərə gələn qonaqla

19:50 114
.

Mədət Quliyev oğlu ilə toyda - Foto

Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun

12:03 284
.

"Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir

"Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilməsi nəzərdə tutulur. Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Məlumata görə, müntəzəm və ekspre

16:10 142
.

Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. "Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Həsənriz kəndində qeydə alınıb. Belə ki, Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü Mütəllimov Raqif Allahyar oğlu Həsənriz kəndində elektirik xətti çəkərkən cərəyanın vurmas

16:50 144
.

Elçin Yusubov Rumıniyada: Qarabağ şəhərləri ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

Rumıniyanın Baia Mare şəhəri ilə Xankəndi şəhəri arasında qardaşlaşma şəhərlər sazişin imzanması haqqında niyyət protokolunun imzalanması ilə əlaqədar Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov 1

13:41 165
.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

20:13 93
.

Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?

Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar

18:10 123
.