Bəhruz Quliyev: Separatizmin kitabı bağlanıb, Ermənistan bunu qəbul etməlidir

Bəhruz Quliyev: Separatizmin kitabı bağlanıb, Ermənistan bunu qəbul etməlidir"2023-cü il sentyabrın 20-si Azərbaycan tarixində yalnız hərbi Qələbə deyil, dövlət suverenliyinin tam bərpası ilə nəticələnən tarixi hadisədir. Həmin gün Azərbaycan Ordusu Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarını və qanunsuz silahlı dəstələri tərksilah etdi, konstitusiya quruluşunu bərpa etdi və Azərbaycan ərazisində yaradılmış qondarma separatçı rejimin mövcudluğuna son qoyuldu. Azərbaycan Prezidentinin sərəncamında da məhz bu əsasla 20 sentyabr Dövlət Suverenliyi Günü elan edilib.
Burada əsas məqam budur ki, Qarabağda qondarma "dövlət" heç vaxt hüquqi dövlət olmayıb. Onun silahlı dayaqları aradan qalxdıqdan sonra həmin separatçı idarəçilik də süqut etdi. Azərbaycan Prezidentinin də ifadə etdiyi kimi, bununla separatçıların kitabı bağlandı.
Bu gün Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edirsə, bu mövqe praktiki addımlarla da təsdiqlənməlidir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, deməli, Ermənistan ərazisində Azərbaycan ərazisinə münasibətdə hər hansı "qondarma hökumət", "parlament" və ya digər separatçı strukturların yenidən təşkilatlanmasına şərait yaradılması bu mövqe ilə ziddiyyət təşkil edər.
Azərbaycan sülh tərəfdarıdır, lakin sülh suverenlikdən imtina demək deyil. Qarabağda separatçı rejimə son qoyulması artıq baş vermiş tarixi və siyasi reallıqdır. Bu reallığı dəyişmək cəhdləri nə hüquqi, nə də siyasi baxımdan nəticə verə bilər.
"Ermənistan Azərbaycanın səbrini sınağa çəkməməlidir. Çünki Azərbaycan öz ərazi bütövlüyü və dövlət suverenliyi məsələsində prinsipial mövqeyini dəfələrlə nümayiş etdirib.
20 sentyabr Azərbaycanın suverenliyinin bərpasının tarixidir. Qarabağda separatizmin tarixi isə başa çatıb. Geri dönüş yoxdur." deyə, B.Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 750   Tarix: 19 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar

10:41 199
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

12:41 230
.

Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə

Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B

11:40 184
.

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzi

11:22 259
.

"ƏDV geri al" mexanizmi bütün konsertlərə şamil oluna bilər

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, "ƏDV geri al" mexanizminin bütün konsert növlərini əhatə etməsinin təmin edilməsi təklif olunur. Qeyd edili

14:13 145
.

"Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Yazıçılar Birliyində Dilarə Nağıyevanın "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib. xəbər verir ki, nəşrdə 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı terror hücumu zamanı Vasif Tağıyevin göstərdiyi qəhrəmanlıqdan bəh

04.11.2026 375
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

04.11.2026 390
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

11:32 198
.

"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq

ABŞ-nin məşhur okean layneri "SS United States" dünyanın ən böyük süni rifini yaratmaq üçün Florida sahillərində, Meksika körfəzində batırılacaq. "Qafqazinfo" xəbər verir ki, otuz ilə yaxın Filadelfiyada sahilə lövbər salan tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən bu üsulla qiymətləndirilib

04.11.2026 364
.