AAYDA-ya məxsus MMC işçilərin maaşını vermir - İddia
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan "Bakı 4 №-li Yol İstismarı" MMC-nin rəhbəri Fazil Musayevin işçilərin pulunu ödəmədiyi iddia olunur.
Tribuna.az-a bu barədə şikayətçi Nizam Mustafayev məlumat verib.
O bildirib ki, Fazil Musayev onun haqqını ödəməkdən boyun qaçırır:
"Yasamal rayonunda yerləşən "Royal Park"ın yanı, sosial evlərə gedən yolun çəkilişi üçün Fazil Musayev məndən ağır tonnajlı maşın istəmişdi. Mən də əvvəlcədən danışdığımız məbləğə əsasən maşını verdim. Lakin bu günə qədər də pulumu verməyib".
Qeyd edək ki, Fazil Musayevin adı mediaya yad deyil. Onun adı müxtəlif qalmaqallarda hallanıb.
Belə ki, havaya qatı və kəskin qoxulu tüstünün buraxılmasına görə Fazil Musayevin "Bakı 4 №-Li Yol İstismarı" MMC-sinə məxsus Balaxanı asfalt zavodu bir neçə dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xəbərdarlıq edilərək cərimələnib.
ETSN-nin xəbərdarlıq və cərimələrinə baxmayaraq, Fazil Musayev havaya qatı tüstü buraxan və havanı zəhərləyən asfalt zavodunu işlətməkdə davam edir.
Qeyd edək ki, "Bakı 4 №-Li Yol İstismarı" MMC rəhbəri Fazil Musayev AAYDA-nın keçmiş İdarə Heyətinin sədri Saleh Məmmədova yaxınlığı ilə tanınıb.
İddialara əsasən, məhz bu yaxınlığa görə Fazil Musayev dövlət vəsaitləri hesabına istehsal olunan asfaltın qanunsuz satışını da həyata keçirib.
Xatırladaq ki, iyul ayında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edilsə də, siyahıda "Bakı 4 №-li Yol İstismarı" MMC-nin adı yox idi.
Qarşı tərəfi dinləməyə hazırıq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 123 Tarix: 17 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma kompleksdə yaradılmış şərait barəd
17:17 179 Diplomatik səfər niyə erməni revanşist dairələrini narahat etdi?
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda formalaşmış yeni reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından mühüm hadisəyə çevrildi. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilat
13:13 195 İsrail HƏMAS komandirini məhv etdi - Foto
Qəzzanın şimalında HƏMAS-ın "Nuxba" bölməsinin komandiri Şərif Şadi İbrahim Labad məhv edilib. xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (ÇAXAL) məlumat yayıb. Məlumata görə, Labad 2023-cü il oktyabrın 7-də Erez keçid məntəqəsinə hücum edənlər arasında olub. Digər zərbə zamanı isə "Nuxba"
21:30 1 ELVİN ABBASOV: "Rəqəmsal aləmdəki tanınma bəzən real nailiyyəti əvəz edən psixoloji illüziyaya çevrilir"
Bu gün sosial şəbəkələrdə məşhurlaşmaq bir çox insan üçün arzuya çevrilib. Bir video, paylaşım və ya fərqli fikir qısa zamanda milyonlarla insana çata bilir. Bəs sosial şəbəkədə məşhur olmaq həqiqətən uğur göstəricisidir? . Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən "Azərbaycan İnformasiya və Kommunikasiy
13:01 180 AAYDA-ya məxsus MMC işçilərin maaşını vermir - İddia
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan "Bakı 4 №-li Yol İstismarı" MMC-nin rəhbəri Fazil Musayevin işçilərin pulunu ödəmədiyi iddia olunur. -a bu barədə şikayətçi Nizam Mustafayev məlumat verib. O bildirib ki, Fazil Musayev onun haqqını ödəməkdən boyun qaçırır:. "Yasama
20:15 1 Prezident Şamaxıda: yeni layihələr və inkişaf gündəliyi
Prezident İlham Əliyev sentyabrın 17-də Şamaxıya səfər edib. Səfər çərçivəsində rayonda həyata keçirilən layihələrlə tanışlıq olub, bir sıra obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilib. Dövlət başçısının səfəri zamanı Şamaxının sosial-iqtisadi inkişafı, turizm potensialı və bölgədə görülə
18:14 151 "Kurtlar Vadisi"ndəki Muhsin Yazıcıoğlu detalı yenidən gündəmdə
Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı aparılan araşdırma çərçivəsində məşhur "Kurtlar Vadisi Pusu" serialı da diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, serialın ssenaristləri isə iş üzrə məluma
18:45 137 Almaniya qırıcılarını Rusiya sərhədinə göndərdi
Almaniya Latviyanın hava məkanının qorunmasına dəstək məqsədilə ölkəyə 4 ədəd Eurofighter qırıcısı göndərəcək. xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, Latviyanın hökuməti Baltikyanı ölkələrin hava məkanında son aylarda pilotsuz uçuş aparatları ilə bağlı baş verən insidentlər fonund
21:00 2 Azərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Rumıniyanın Baia Mare şəhəri oldu
17 sentyabr tarixində Rumıniyanın Baia Mare şəhərinin meri Ioan Doru Denkuş və Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Baia Mare və Xankəndi şəhərləri arasında qardaşlaşma sazişin imzanması haqqında niyyət protokolu imzalayıblar
16:12 160