38 yaşlı kişi arvadını və valideynlərini öldürdü
Türkiyənin Antalya şəhərində 38 yaşlı Sefer Coşkun boşanma ərəfəsində olduğu 35 yaşlı həyat yoldaşı Ayşegül Coşkunu, 61 yaşlı qayınanası Cemile Engeli və 65 yaşlı qayınatası Ahmet Engeli ov tüfəngi ilə vuraraq öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə saat 5 radələrində Korkuteli rayonunun Karakuyu məhəlləsində baş verib. Sefer Coşkun avtomobillə boşanma prosesində olduğu həyat yoldaşı Ayşegül Coşkun və onun valideynlərinin yaşadığı evə gəlib.
Burada tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Coşkun özü ilə gətirdiyi ov tüfəngi ilə həyat yoldaşı Ayşegül Coşkuna, qayınanası Cemile Engelə və qayınatası Ahmet Engelə atəş açıb. Hər üç şəxs hadisə yerində həyatını itirib.
Məlumat daxil olduqdan sonra əraziyə çoxlu sayda jandarm və təcili tibbi yardım briqadası göndərilib. Evdə olan üç uşaq isə dövlətin himayəsinə götürülüb.
Hadisə ilə bağlı yeni detallar da məlum olub. Ahmet Engelin qızını kürəkəninin təzyiqlərindən qorumaq üçün Aksu rayonundan Korkuteliyə köçdüyü üzə çıxıb. O, həyat yoldaşını, qızını və nəvəsini də özü ilə aparıb.
Sefer Coşkun barəsində əvvəldən uzaqlaşdırma qərarının olduğu da bildirilib. Bundan başqa, onun sosial şəbəkə hesabında hədə-qorxu xarakterli paylaşımlar etdiyi müəyyənləşdirilib.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə Sefer Coşkun saxlanılıb. İstintaq davam edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 99 Tarix: 17 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Rumıniyanın Baia Mare şəhəri oldu
17 sentyabr tarixində Rumıniyanın Baia Mare şəhərinin meri Ioan Doru Denkuş və Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Baia Mare və Xankəndi şəhərləri arasında qardaşlaşma sazişin imzanması haqqında niyyət protokolu imzalayıblar
16:12 145 AQİL CAMAL: "Reytinqli sosial şəbəkə "fenomenləri" jurnalistin yazdığı mətni ortaya qoya bilməz"
Müasir dövrdə informasiya əldə etməyin yolları sürətlə dəyişir. Əvvəllər xəbərlərin əsas ünvanı televiziya, radio və qəzetlər idisə, bu gün sosial şəbəkələr milyonlarla insan üçün əsas informasiya mənbələrindən birinə çevrilib. Bəs bu dəyişiklik jurnalistikanın gələcəyinə necə təsir edir? Ənənəvi medi
15:42 193 Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
13:00 347 Rəqəmsal Çətinlik: Oktyabrın 1-dən İnternet Qiymətlərində Gözlənilən Artım və İstehlakçının Ağır Yükü
Oktyabrın 1-dən etibarən Azərbaycanda internet xidmətlərinin tariflərində artım gözlənilir. Bu dəyişiklik bir tərəfdən provayderlərin texniki və iqtisadi əsaslandırmaları ilə izah olunsa da, digər tərəfdən rəqəmsal xidmətlərdən gündəlik istifadə edən minlərlə vətəndaş üçün əlavə maddi yük yarada bilər
12:18 193 38 yaşlı kişi arvadını və valideynlərini öldürdü
Türkiyənin Antalya şəhərində 38 yaşlı Sefer Coşkun boşanma ərəfəsində olduğu 35 yaşlı həyat yoldaşı Ayşegül Coşkunu, 61 yaşlı qayınanası Cemile Engeli və 65 yaşlı qayınatası Ahmet Engeli ov tüfəngi ilə vuraraq öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə saat 5 radələrində Korkuteli rayonunu
19:15 1 İlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma kompleksdə yaradılmış şərait barəd
17:17 144 "Bu, həmrəyliyin mühüm amilidir"
"Təşkilatımızın daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu
16:22 140 Dörd ildən üç ilə: Ali təhsildə yeni model nələri vəd edir?
"Universitetdə dörd il oxumağa alışmış bir nəsil üçün "üç ilə bakalavr" fikri ilk baxışda cəlbedici səslənir. Bir il az təhsil, bir il az xərc, əmək bazarına bir il tez çıxış. Tələbənin hesabı sadədir: diplom cibdə, həyat bir il tez başlayır. Amma ali təhsildə hər şey bu qədər sadə hesablanmır
12:07 172 Prezident və xanımı "Meysari Grand Hotel & SPA"nın açılışında - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçik dövlət başçısına v
16:08 196