Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər - 3 SAATLIQ
Türkiyədə övladı məktəbə yeni başlayan valideynlər üçün maraqlı bir təşəbbüs tətbiq olunur. "Uyğunlaşma həftəsi" çərçivəsində valideynlər uşağın məktəbə ilk günlərində yanında olmaq üçün gün ərzində 3 saata qədər işdən icazə ala biləcəklər. Məqsəd uşağın yeni mühitə daha rahat uyğunlaşmasına dəstək olmaqdır. Azərbaycanda isə 15 sentyabrda sinif otağında valideynlərin iştirakına 1 saatlıq icazə verildiyi deyilir. İddialara görə, bu da sadəcə ağlayan, ana-atasını istəyən uşaqlara şamil edilir.
Türkiyənin bu modeli ölkəmizdə tətbiq oluna bilər?
Globalinfo.az-a danışan Milli Məclisin insan hüquqları komitəsinin üzvü, deputat Razi Nurullayev deyib ki, uşağın məktəbə ilk gedişi həm onun, həm də valideyn üçün kifayət qədər ciddi bir mərhələdir:
"Ona görə də bu prosesə yalnız "uşaq ağlayır, ya ağlamır" prizmasından yanaşmayaq. Türkiyədə tətbiq olunan "Uyğunlaşma həftəsi" ilə bağlı təşəbbüs maraqlı yanaşmadır. Valideynə müəyyən müddət işdən icazə verilməsi uşağın ilk günlərdə yanında olmağa və onun yeni mühitə daha rahat alışmasına imkan yaradır. Azərbaycanda isə hazırda valideynlər üçün belə imkan kifayət qədər məhduddur. Düşünürəm ki, bu məsələyə yenidən baxmaq lazımdır. Ən azı məktəbə yeni başlayan uşaqların valideynləri üçün ilk həftə ərzində müəyyən müddət işdən icazə verilməsi müzakirəyə çıxarıla bilər".
Deputat bildirib ki, burada söhbət valideynlərə əlavə imtiyaz yaratmaqdan getmir:
"Söhbət uşağın məktəb həyatına mümkün qədər rahat başlamasından gedir. Çünki bəzi uşaqlar öz narahatlığını ağlamaqla göstərir, bəziləri isə bunu ümumiyyətlə büruzə vermir. Türkiyə modelini olduğu kimi Azərbaycana gətirmək şərt deyil. Amma həmin təcrübədən yararlanaraq bizim şəraitə uyğun bir mexanizm hazırlamaq mümkündür. Əsas prinsip belə olmalıdır ki, uşağın məktəbə uyğunlaşması üçün ailəyə dəstək verilməlidir və bu, yalnız bir gün, bir saatla məhdudlaşmamalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1089 Tarix: 12 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr
18:15 1 Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüş iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciəti Baş prokuror Kamran Əliyev səsləndirib. Müraciətd
10:58 209 İslam dünyasında yeni mərhələ - Bakının mövqeyi güclənir
"Prezident İlham Əliyevin təşəbbüsləri İslam həmrəyliyinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən siyasətlə möhkəmlənir". Bunu BİG.AZ-a açıqlamasında Tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov bildirib. "İslam Əməkdaşlıq Təşkilatını
11:38 285 Payızda necə qidalanmalıyıq? - Ekspertdən vacib tövsiyələr
"Payız fəslində düzgün qidalanma orqanizmin vitamin və mineral ehtiyaclarının qarşılanması, immun sisteminin normal fəaliyyətinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu mövsümdə qida rasionumuzda təzə, mövsümi meyvə və tərəvəzlərə üstünlük verməliyik". Bunu BİG.AZ-a açıqlamasınd
14:24 200 Milli kimliyin qorunması dövlət təhlükəsizliyinin strateji istiqamətidir
Azərbaycan Prezidenti İlham Əliyevin "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi konseptual fikirlər qlobal siyasətdə dərinləşən ideoloji qarşıdurmaların mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının ideoloj
10:25 248 Sülhün yolu tarixi həqiqətlərin qəbulundan keçir
Hikmət Hacıyevin Ermənistana ünvanladığı mesaj təkcə diplomatik bəyanat deyil. Bu, doğma yurdlarından didərgin salınmış, illərlə qayıdış həsrəti ilə yaşamış insanların yaddaşında qalan ağrının, itirilmiş ömrün və tarixi ədalət gözləntisinin ifadəsidir. Sülh haqqında danışmaq mümkündür, sənədlər imzalama
11:05 204 Xuraman Əlizadəyə ağır itki
Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!
17:07 108 Ölkə başçısı beynəlxalq Forumdakı çıxışında mühüm mesajlar verdi
200-dən çox nümayəndənin qeydiyyatdan keçdiyi, 100 ölkədən 300 xarici qonağın iştirak etdiyi Bakı Forumunun təkcə elə siyasi statistikası Azərbaycanın bu platformada qazandığı nüfuzun coğrafiyasının və çəkisininin göstəricisidir. Budəfəki devizi "Ortaq gələcək naminə dialoq" olan Ümumdüny
10:21 250 Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Təsərrüfat sabunu paltar yumaq, səthləri təmizləmək və çətin ləkələri çıxarmaq üçün istifadə olunur. Lakin onun üzərində yazılan 65, 70 və 72 faiz yazılmasının mənasını hər kəs bilmir. Bu göstəricilər sabunun tərkibi və yuyucu xüsusiyyətləri ilə bağlıdır. xarici mediaya istinadla xəbər verir ki, həmi
18:45 2