Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar
Azərbaycanda akkreditə olunmuş və Qarabağ bölgəsinə səfər edən xarici diplomatik korpusun nümayəndələri Xankəndidə "AzCotton" MMC-nin tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu çərçivədə diplomatlara fabrik və istehsal prosesləri barədə məlumat verilib.
Xatırladaq ki, Azərbaycandakı xarici diplomatik korpusun nümayəndələri bu gün ikigünlük səfərə başlayıblar və bu səfər çərçivəsində onlar ölkənin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına baş çəkəcəklər.
15:21
Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri bu gün Qarabağ Universiteti ilə tanış olublar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, onlar ali təhsil müəssisəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ikigünlük səfərləri çərçivəsində ziyarət ediblər.
Rektor Şahin Bayramov diplomatlara Qarabağ Universitetinin fəaliyyəti barədə məlumat verib.
Qeyd edək ki, hazırda bu ali təhsil müəssisəsində 3 minə yaxın tələbə təhsil alır.












12:51
Diplomatik korpus Xankəndidə Zəfər parkını ziyarət edib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, diplomatik korpusun nümayəndələri Zəfər tağının fonunda xatirə fotosu çəkdirib, daha sonra Zəfər meydanına yollanıblar.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
12:18
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidəki Mədəniyyət Mərkəzini ziyarət ediblər.
Oxu.Az "Report"a istinadən əməkdaşı xəbər verir ki, qonaqlara mərkəzin fəaliyyəti, infrastrukturu və burada keçirilən mədəni tədbirlər barədə məlumat verilib.





11:25
Qarabağda səfərdə olan diplomatik korpus nümayəndələri Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan tikinti işlərinin gedişatı ilə tanış olublar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, səfər zamanı diplomatlara aparılan tikinti işləri barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, 2025-ci il iyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub.




09:16
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri başlayıb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.
Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










