"Bürclərə bağlı qalmaq, bürclərə görə insan haqqında hökm vermək qətiyyən düzgün deyil" - AYTƏN SALAMİ

"Bürclərə bağlı qalmaq, bürclərə görə insan haqqında hökm vermək qətiyyən düzgün deyil" - AYTƏN SALAMİBürclər və astroloji proqnozlar uzun illərdir insanların maraq dairəsindədir. Xüsusilə, ayın, planetlərin və digər səma cisimlərinin insan həyatına təsiri ilə bağlı proqnozlar sosial şəbəkələrdə geniş yayılır.

Bəs bəzi insanlar niyə astroloji proqnozlara həddindən artıq bağlanırlar? Doğum xəritəsi insanın gələcəyi haqda nə qədər məlumat verə bilər? Bürcünə görə insan haqda hökm vermək nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı BiG.AZ-a danışan təlimçi astroloq, "Astrologiyanı öyrənirəm" və "AstroLove" kitablarının müəllifi Aytən Salami astroloji proqnozların mahiyyəti ilə bağlı fikirlərini bölüşüb:
"Bürclərə bağlı qalmaq, bürclərə görə insan haqqında hökm vermək qətiyyən düzgün deyil" - AYTƏN SALAMİ"Əslində burada çox incə bir sərhəd, cizgi var ki doğum xəritəsi, yoxsa bürclər? Bu astrologiyada ən müzakirəli məsələlərdən biridir. Bürclərə bağlı qalmaq, bürclərə görə insan haqqında hökm vermək qətiyyən düzgün deyil. Astrologiyada bürclə insanın həyatı idarə olunmur, bürc proqnozlarına görə insanlar həyatlarını idarə edə bilməz. Bu işin çox səthi və qeyri-real tərəfidir. Amma doğum xəritəsinə görə 12 bürcümüz var, yer kürəsində 8 milyard insan var, bu insanın 12 bürcə bölünməsi, 12 xarakter, 12 tale, 12 qismət və 12 cür yaşananlar deməkdir ki, bu da absurddur. Hər birimiz individualıq və hər birimiz həm individual xarakterə sahibik, eyni zamanda fərqli həyatlar yaşayırıq. Amma doğum xəritəsinə əsasən həyatımızı yönləndirməyimiz tamamilə astologiyanın ən əsas insana verə biləcəyi köməklərdən biridir. Çünki qədim zamanlarda, keçmiş dönəmlərdə padşahlar, hökmdarlar hər zaman saraylarında münəccim başları saxlayırdı, onlar da ulduzlardan xəbər verirdi".

Astroloqun fikrincə, astrologiyanın bugünə qədər gəlib çatmasının əsas səbəblərindən biri onun tarixən alimlər və münəccimbaşılar tərəfindən öyrənilməsi olub:

"Keçmiş dönəmdə olan münəccimbaşıları və alimlər hər biri oxumuş və riyaziyyatı bilən insanlardır. Riyaziyyatı bilməyən insan astroloq ola bilməz və bu nəyə görə bu qədər önəmlidir? Çünki hər bir insanın doğum xəritəsi individualdır və orada aparılan hesab sistemləri var, riyaziyyatlar, analizlər var və biz bu analizləri astroloq olaraq edib qarşı tərəfə gələcək barədə informasiyalar verə bilirik. Amma bizim falçılardan və yaxud da ön görücülərdən fərqimiz nədir? Biz insanların bilinc altına və yaxud da ki, qərarlarına müdaxilə etmək haqqına sahib deyilik, yəni özümüzü Allahın yerinə qoya bilmərik. Biz sadəcə gələcəklə bağlantılı önəmli hadisələri görə bilirik .Ölümü, qəzanı görmək olmur, evlənmə, boşanma kimi proqnozları biz verə bilmirik. Çünki burada insan iradəsi çox önəmlidir. Çətinliklər, yaxşı hadisələr, uğur, uğursuzluq, itki filan bunları görmək mümkündür, amma bunların dəqiqliyini demək mümkün deyil".

A.Salami son olaraq onu da vurğulayıb ki, insan qarşılaşacağı hadisələri öncədən müəyyən qədər bilə bilər, amma son nəticədə seçim və iradə də mühüm rol oynayır:

"Baş verəcək hadisənin nəticəsi insanın verdiyi qərarlardan asılıdır. Astrologiya qərarı demir, astrologiya baş verəcək problemi görür. Bu sadəcə olaraq insanı hadisəyə hazırlamaq üçündür, amma bundan kənar hər bir şey insanın öz iradəsindən asılıdır".

Lalə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 884   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?

Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə

05.11.2026 238
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.

Fransada yeni iğtişaş hazırlığı: Ölkə boyunca insanlar ayağa qalxırlar

Fransada bütün ölkə boyunca yeni tətil dalğasına hazırlıq görülür. -ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat verib. Qeyd olunur ki, həmkarlar ittifaqlarının ümumxalq tətilinə çağırışı ilə yüz minlərlə insan küçələrə çıxa bilər. "Bütün Fransada yüz minlərlə insanın nümayiş

05.11.2026 187
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

05.11.2026 219
.

Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra

05.11.2026 357
.

Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul

Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə

05.11.2026 233
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

05.11.2026 237
.

İlham Əliyevdən həmkarına - Təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə

05.11.2026 258
.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

05.11.2026 256
.