"ŞƏT-in gücü coğrafi mövqe, əhali, iqtisadi faktorlar baxımından malik olduğu miqyasdadır" - millət vəkili Rizvan Nəbiyev

"ŞƏT-in gücü coğrafi mövqe, əhali, iqtisadi faktorlar baxımından malik olduğu miqyasdadır" - millət vəkili Rizvan NəbiyevAzərbaycan 2016-cı ildən ŞƏT-in dialoq tərəfdaşıdır və son illərdə təşkilatla əlaqələri daha da dərinləşdirir. Məlum olduğu kimi, Bişkekdə "ŞƏT plyus " formatında yüksək səviyyəli görüş start götürüb. Millət vəkili Rizvan Nəbiyev görüşlə bağlı BiG.AZ-a geniş açıqlama verib:
"ŞƏT-in gücü coğrafi mövqe, əhali, iqtisadi faktorlar baxımından malik olduğu miqyasdadır" - millət vəkili Rizvan Nəbiyev"Azərbaycanın ŞƏT strategiyası təşkilata sadəcə yaxınlaşmaq deyil, ŞƏT məkanının yaratdığı böyük geoiqtisadi potensialı Azərbaycanın coğrafi və infrastruktur üstünlükləri ilə bağlamaq və bununla mövcud potensialı daha da genişləndirmək kimi qiymətləndirmək olar. ŞƏT-in əsas üstünlüyü onun miqyası - əhali, bazar, resurs və istehsal imkanlarının genişliyidir. Azərbaycanın üstünlüyü isə coğrafi mövqeyi, Xəzər dənizi, enerji resursları, logistika infrastrukturu və Avropaya çıxış imkanlarıdır.

Bu iki potensialın kəsişdiyi əsas məkan Orta Dəhlizdir. Azərbaycan ŞƏT məkanını Xəzər üzərindən Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən bağlantı platforması kimi çıxış edir. ŞƏT-in öz sənədlərində də nəqliyyat dəhlizlərinin, multimodal marşrutların, logistika mərkəzlərinin və transsərhəd prosedurların inkişafı prioritet istiqamətlər kimi müəyyən edilir. Bu baxımdan Azərbaycanın məqsədi ŞƏT-in geniş iqtisadi məkanını Orta Dəhliz vasitəsilə Avropa bazarlarına bağlayan əsas tranzit və logistika qovşaqlarından birinə çevrilməkdir. Bu, Azərbaycanın təşkilatla əməkdaşlığını siyasi iştirakdan daha çox praktik iqtisadi nəticələrə - yükdaşımaların artırılması, investisiyaların cəlb edilməsi, enerji və rəqəmsal bağlantıların genişləndirilməsinə yönəldir"

Deputatın sözlərinə görə, digər mühüm istiqamət enerji bağlantısıdır. Azərbaycanın Xəzər hövzəsindəki enerji potensialı və Avropa enerji bazarlarına çıxışı ŞƏT məkanının enerji resursları ilə Avropa arasında əlavə bağlantı imkanları yaradır:

"Enerji mənbələrinin və ixracı yollarının şaxələndirilməsi Azərbaycanın ŞƏT qarşısında əsas üstünlüklərindən sayılır. Azərbaycanın enerji məsələləri kontesktində ŞƏT çərçivəsində üstünlüyü enerji istehsalının miqyasında deyil, enerji marşrutlarının şaxələndirilməsindədir. Azərbaycan enerji resurslarının Xəzər və Cənubi Qafqaz üzərindən Avropa bazarlarına çıxarılmasında mühüm bağlantı ölkəsidir. Eyni məntiq rəqəmsal infrastruktur və "Rəqəmsal İpək Yolu" layihələrinə də aiddir.

Nəticə etibarilə, Azərbaycanın əsas strateji üstünlüyü ŞƏT məkanının bir hissəsi olmaqdan daha çox, Çin və Mərkəzi Asiyanı Xəzər, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə əlaqələndirən kəsişmə nöqtəsi olmaqdır. Bu yanaşma Azərbaycanın regional tranzit ölkəsindən Avrasiyanın geoiqtisadi bağlantı mərkəzlərindən birinə çevrilməsi strategiyasını gücləndirir. Azərbaycanın ŞƏT "Plus" formatında Bişkekdə iştirakı da bu yanaşmanın siyasi-diplomatik səviyyədə davamıdır.

Bişkek sammiti çərçivəsində görüşlərin təhlili göstərir ki, Azərbaycanın ŞƏT-ə yanaşması yalnız siyasi yaxınlaşma üçün deyil, əsasən geoiqtisadi bağlantı strategiyasının genişləndirilməsi üçün əlverişli əsas yaradır. 2026-cı il sammitində 25 illiyi qeyd olunan ŞƏT-in üzv dövlətləri dünya əhalisinin 40 faizindən çoxuna, qlobal ÜDM-in təxminən dörddə birinə malikdir. Sammit gündəliyində nəqliyyat, logistika, enerji, rəqəmsal bağlantı, süni intellekt və yaşıl texnologiyalar da önə çıxıb"

Rizvan Nəbiyev onu da vurğulayıb ki, 2025-ci il Tiencin qərarı Azərbaycan-ŞƏT əməkdaşlığının institusional çərçivəsini yenilədiyi halda, 2026-cı il Bişkek Sammiti Azərbaycanın Mərkəzi Asiya ilə sürətlə dərinləşən əlaqələrini və ŞƏT məkanında artan bağlantılar siyasətini nümayiş etdirir. Eyni zamanda Azərbaycan-Ermənistan sülh gündəliyinin irəliləməsi və regional kommunikasiyaların açılması bu strategiyanın Cənubi Qafqaz ölçüsünü tamamlayır. Beləliklə, Azərbaycanın ŞƏT siyasətinin əsas geosiyasi kapitalı onun Şərqlə Qərb, Mərkəzi Asiya ilə Avropa və enerji istehsalçıları ilə istehlak bazarları arasında yaratdığı bağlantıdır:

"Tiencin 2025: münasibətlərin institusional baxımdan yeni mərhələsi

2025-ci ilin Tiencin Sammitində müşahidəçi və dialoq tərəfdaşı statuslarının vahid "SCO Partner / ŞƏT tərəfdaşı" formatında birləşdirilməsi təşkilatın tərəfdaşlıq mexanizmini yenidən qurdu. Bununla belə, hüquqi prosedurların hələ tamamlanmadığını vurğulamaq daha dəqiq olar. ŞƏT-in rəsmi məlumatına görə, yeni statusun hüquqi bazasının tam tətbiqinə qədər mövcud müşahidəçi və dialoq tərəfdaşı statusları qüvvədə qalır.

Tiencin qərarı Azərbaycanın ŞƏT-lə münasibətlərində formal status dəyişikliyindən daha çox, təşkilatın tərəfdaşlıq sisteminin yenilənməsi baxımından əhəmiyyətlidir. ŞƏT-in tərəfdaşlıq modelinin yenidən qurulması təşkilatın xarici tərəfdaşlarla münasibətlərində əvvəlki iyerarxik bölgünü yumşaldır. Bu, Azərbaycan üçün təşkilatın siyasi və iqtisadi gündəliyinə daha geniş formatda töhfə vermək imkanları yaradır. Bu proses ölkəmizin ŞƏT məkanında daha çevik və çoxşaxəli iştirakı üçün baza formalaşdırır.

Azərbaycan-ŞƏT münasibətləri: yeni mərhələnin siyasi və geoiqtisadi məzmunu

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə ŞƏT tədbirlərində iştirakı Azərbaycanın təşkilatın gündəliyinə siyasi diqqətinin davam etdiyini göstərir. Bişkek gündəliyində təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, ekologiya, süni intellekt və humanitar əməkdaşlıq gündəmin ümumi mövzularıdır. Bu isə Azərbaycanın prioritetləri ilə böyük ölçüdə üst-üstə düşür.Buna görə Bişkek Sammitinin Azərbaycan üçün ümumilikdə üç ölçüsünü müəyyən etmək olar:

1. Siyasi: Azərbaycanın ŞƏT məkanında yüksək səviyyəli siyasi iştirakını davam etdirməsi.

2. Regional: Qırğızıstan və digər Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin dərinləşdirilməsi.

3. İqtisadi, nəqliyyat və tranzit: Nəqliyyat, logistika, rəqəmsallaşma və enerji gündəliyinin inkişaf etdirilməsi.

Azərbaycanın ŞƏT məkanında əsas üstünlüyü təşkilatın əsasən Asiyanı əhatə edən böyük coğrafiyasını Avropa, Türkiyə və Cənubi Qafqazla birləşdirən tranzit, enerji və logistika imkanlarının genişlənməsinə töhfə vermək imkanına olmasıdır. ŞƏT Çin, Rusiya, Mərkəzi Asiya, İran, Hindistan və Pakistan kimi böyük dövlətləri və bazarları bir araya gətirir. Azərbaycan isə Xəzər üzərindən Avropa və Türkiyəyə çıxış nöqtəsi rolunu oynayır.

Bu baxımdan Azərbaycan üçün ŞƏT sadəcə siyasi dialoq platforması deyil, Avrasiyanın müxtəlif iqtisadi, enerji və nəqliyyat məkanlarını birləşdirən platformadır, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişmə məkanıdır. Bu platforma Orta Dəhlizin imkanlarının genişləndirilməsi və intensivliyin artrılması üçün siyasi mühitdir, Çin və Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışında alternativ istiqamətdir.

ŞƏT-in gücü coğrafi mövqe, əhali, iqtisadi faktorlar baxımından malik olduğu miqyasındadır, Azərbaycanın gücü isə müxtəlif bazarlar arasında bağlantı imkanınlarının təminindədir. Azərbaycan ŞƏT məkanını digər Avrasiya məkanları, o cümlədən Türkiyə, Qara dəniz ölkələri və ümumilikdə Avropa ilə birləşdirən dövlət kimi öz rolunu daha da gücləndirə bilər. Azərbaycan üçün ŞƏT-in əhəmiyyəti davamlı bağlantı funksiyasının inkişafına töhfəni artırmaqdır"

Millət vəkili yekunda qeyd edib ki, Azərbaycanın çoxvektorlu siyasəti: ŞƏT-i alternativ kimi deyil, əlavə platforma kimi qiymətləndirir:

"Azərbaycan üçün ən optimal yanaşma ŞƏT-i geosiyasi qarşıdurma platforması kimi deyil, çoxqütblü Avrasiyada praktiki əməkdaşlıq mexanizmi kimi qiymətləndirməsindədir. Bakı ŞƏT-i geosiyasi seçim platforması kimi deyil, iqtisadi və nəqliyyat imkanlarını artıran əlavə çoxtərəfli mexanizm kimi nəzərdən keçirir. Bu mənada Azərbaycanın ŞƏT siyasətinin mahiyyəti Şərq və Qərb arasında mövcud bağlantı imkanlarını genişləndirməkdir"

Lalə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 775   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 243
.

Dövlət Bayrağımız qürurumuzdur

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ

11:49 196
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 207
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 1
.

Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi

ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib

10:50 193
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

15:11 119
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun

11:17 207
.

Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı

Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon

05.11.2026 415
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 205
.