İnklüziv təhsildə yeni mərhələ: Azərbaycan məktəbləri hazırdırmı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
2026-2027-ci tədris ilindən Azərbaycanda inklüziv təhsilin əhatə dairəsi genişləndiriləcək. Bununla bağlı yeni ümumi təhsil müəssisələrinin siyahısı təsdiqlənib və məktəblərdə xüsusi təhsil ehtiyacı olan uşaqların digər şagirdlərlə birlikdə təhsil alması üçün müvafiq şəraitin yaradılması nəzərdə tutulub. Lakin inklüziv təhsilin yalnız yeni məktəblərdə siniflərin yaradılması ilə məhdudlaşmadığı nəzərə alınarsa, qarşıda mühüm sual dayanır: Azərbaycan məktəbləri fərqli ehtiyacları olan uşaqların keyfiyyətli təhsil alması üçün nə dərəcədə hazırdır?
Müəllimlərin hazırlığı, xüsusi pedaqoqların və loqopedlərin iştirakı, məktəb infrastrukturunun uyğunlaşdırılması və siniflərdə fərdi yanaşmanın təmin edilməsi bu prosesin əsas məsələlərindəndir.
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, xeyr, məncə, Azərbaycan məktəbləri inklüziv təhsilin genişləndirilməsinə hələ tam hazır deyil. Bunun üçün yalnız qanunun və ya qərarın qəbul edilməsi kifayət etmir. İnklüziv təhsil üçün məktəbin infrastrukturu, müəllimlərin hazırlığı, xüsusi pedaqoqlar, psixoloqlar, loqopedlər və ən əsası, hər bir uşağın fərdi ehtiyacına uyğun tədris imkanları olmalıdır. Bu sahələrdə müəyyən işlər görülsə də, bütün məktəblər üzrə vəziyyətin hələ qənaətbəxş olduğunu demək çətindir.
Məsələn, xüsusi təhsil ehtiyacı olan uşağı adi sinfə qəbul etmək mümkündür. Amma müəllim 25-30 şagirdin arasında həmin uşağın fərdi ehtiyacına lazımi diqqəti göstərə bilmirsə, sinifdə xüsusi pedaqoq və digər mütəxəssislərin dəstəyi yoxdursa, bu, əsl inklüziv təhsil deyil. Sadəcə uşağın həmin sinifdə fiziki olaraq olmasıdır. Ona görə də 2026-2027-ci ildən inklüziv təhsilin genişləndirilməsi müsbət addımdır, amma məncə, Azərbaycan məktəbləri buna tam hazır vəziyyətdə deyil.
Qarşıdakı əsas vəzifə uşaqları məktəbə gətirməkdən daha çox, məktəbi onların ehtiyaclarına uyğunlaşdırmaqdır. Çünki inklüziv təhsilin uğuru məktəblərin sayında deyil, həmin məktəblərdə xüsusi ehtiyacı olan uşaqların özlərini nə qədər rahat, təhlükəsiz və bərabərhüquqlu hiss etməsində ölçülməlidir.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 956 Tarix: 01 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi
10:13 243 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 196 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi
11:44 207 Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
16:13 1 Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi
ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib
10:50 193 MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
15:11 119 Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun
11:17 207 Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon
05.11.2026 415 Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
12:02 205