Qırğızıstan Azərbaycan üçün Mərkəzi Asiyaya açılan yeni iqtisadi qapıdır

Qırğızıstan Azərbaycan üçün Mərkəzi Asiyaya açılan yeni iqtisadi qapıdır"Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana son dövlət səfəri iki ölkə arasında iqtisadi münasibətlərin yeni mərhələyə keçməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər zamanı müttəfiqlik münasibətləri haqqında müqavilə ilə yanaşı, energetika, nəqliyyat, maliyyə, investisiya və digər sahələri əhatə edən sənədlər imzalanıb. Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitinin 200 milyon dollara qədər artırılması barədə razılaşma isə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkan yaradır".

Bunu BiG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

O, qeyd edib ki, Azərbaycan üçün Qırğızıstanın əhəmiyyəti, ilk növbədə, Mərkəzi Asiyaya çıxış imkanlarının genişlənməsi ilə bağlıdır. İqtisadi əlaqələrin inkişafı Azərbaycan şirkətlərinin region bazarlarına daxil olmasını və Qırğızıstanda müxtəlif investisiya layihələri həyata keçirməsini asanlaşdıra bilər. Eyni zamanda ölkə Mərkəzi Asiyanın digər dövlətləri ilə daha geniş iqtisadi əlaqələrin qurulması üçün əlavə platformaya çevrilə bilər:

"Nəqliyyat sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Orta Dəhlizin əsas iştirakçılarından biri olması, Qırğızıstanın isə bu sistemə daha fəal qoşulması Mərkəzi Asiya ilə Avropa arasında yükdaşımaların artmasına şərait yarada bilər. Bu, Azərbaycanın tranzit imkanlarını genişləndirməklə yanaşı, Bakı Limanı, dəmir yolları və logistika infrastrukturlarından daha səmərəli istifadəyə imkan verər.

İnvestisiya sahəsində əməkdaşlığın genişləndirilməsi də mühüm perspektivlər vəd edir. Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarının artırılması Azərbaycan kapitalının Qırğızıstanda kənd təsərrüfatı, emal sənayesi, turizm, energetika və digər sahələrə yönəldilməsinə şərait yarada bilər. Eyni zamanda Qırğızıstan məhsullarının Azərbaycan üzərindən digər bazarlara çıxarılması üçün yeni imkanlar formalaşa bilər.

Turizm də gələcəkdə mühüm əməkdaşlıq istiqamətinə çevrilə bilər. Azərbaycanın İssık-Kul sahilində inşa etdiyi beşulduzlu "Baku Resort & Spa" mehmanxanası iki ölkə arasında turizm əməkdaşlığının konkret nümunələrindən biridir. Belə layihələrin genişlənməsi Azərbaycan şirkətlərinin Mərkəzi Asiyanın turizm bazarında iştirakını artıra bilər.

Ümumilikdə, Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafı Azərbaycanın Mərkəzi Asiya ilə iqtisadi inteqrasiyasının dərinləşməsinə xidmət edir. Azərbaycan artıq yalnız enerji və tranzit ölkəsi kimi deyil, Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin qurulmasında fəal iştirak edən dövlət kimi mövqeyini gücləndirir. Qırğızıstanla əməkdaşlığın genişlənməsi də bu strategiyanın mühüm istiqamətlərindən biridir.

Bu proses Azərbaycan üçün yeni ixrac bazarları, əlavə tranzit gəlirləri, investisiya imkanları və yerli şirkətlərin xarici bazarlara çıxışı baxımından mühüm perspektivlər yaradır. Əsas məsələ isə əldə olunan razılaşmaların real biznes layihələrinə çevrilməsidir. İnvestisiya, nəqliyyat, ticarət, turizm və istehsal sahələrində nəzərdə tutulan layihələrin həyata keçirilməsi iki ölkənin iqtisadiyyatına və Azərbaycanın Mərkəzi Asiyadakı iqtisadi mövqeyinin möhkəmlənməsinə ciddi töhfə verə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 707   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 243
.

Dövlət Bayrağımız qürurumuzdur

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ

11:49 196
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 207
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 1
.

Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi

ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib

10:50 193
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

15:11 119
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun

11:17 207
.

Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı

Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon

05.11.2026 415
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 205
.