Bişkekdə mühüm görüş: Azərbaycan və Ermənistan arasında dialoq davam edir

Bişkekdə mühüm görüş: Azərbaycan və Ermənistan arasında dialoq davam edirBişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində bir sıra mühüm görüşlər keçirilib. Onların arasında ən çox diqqət çəkən görüşlərdən biri Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş olub.

Hər iki lider ŞƏT Zirvə toplantısında iştirak etmək məqsədilə Bişkekə səfər etsə də, sammit çərçivəsində Azərbaycan və Ermənistan arasında ikitərəfli görüşün keçirilməsi xüsusi siyasi əhəmiyyət daşıyır. Əvvəla, bu görüş Azərbaycan-Ermənistan münasibətlərində birbaşa dialoqun davam etdirilməsi baxımından müsbət məqamdır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, görüşün vasitəçi olmadan, birbaşa formatda keçirilməsi də diqqət çəkən məqamlardandır. Son dövrlərdə Azərbaycan və Ermənistan arasında təmasların məhz ikitərəfli müstəvidə aparılması, eləcə də belə görüşlərin beynəlxalq tədbirlər çərçivəsində əvvəlcədən razılaşdırılaraq dövlət rəsmiləri tərəfindən keçirilməsi tərəflər arasında dialoq kanallarının qorunduğunu və siyasi təmasların davam etdiyini göstərir:

"Görüş zamanı liderlər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Zirvəsinin nəticələrinə də toxunublar. Onlar ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Birgə Bəyannamənin, eləcə də "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.

Bu məqam xüsusilə əhəmiyyətlidir. Çünki tərəflər hazırda daha çox ortaq məxrəcə gəlinən və həlli mümkün olan məsələlər ətrafında müzakirələr aparırlar. Halbuki 30 ildən artıq davam edən danışıqlar prosesində ciddi fikir ayrılıqları mövcud olub və bu səbəbdən proses uzun müddət nəticəsiz qalıb. Bu baxımdan Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və uzunmüddətli sülhün formalaşdırılması istiqamətində mühüm siyasi mərhələ hesab edilə bilər.

Əslində, bu gün sülh prosesi artıq konkret praktiki nəticələrlə də müşayiət olunur. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəələrin Azərbaycan ərazisi ilə Ermənistana tranzitinin həyata keçirilməsi, eləcə də iki ölkə arasında ticarət əlaqələrinin formalaşması sülh istiqamətində atılan mühüm addımlardır.

Bişkek görüşündə Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası məsələsi də diqqətdə saxlanılıb. Tərəflər delimitasiya üzrə müvafiq dövlət komissiyalarının mühüm rolunu qeyd edərək, onların iki ölkə arasında əldə olunmuş razılaşmalara uyğun fəaliyyətlərini davam etdirməsinin vacibliyini vurğulayıblar.

Sərhədlərin delimitasiyası məsələsi uzunmüddətli və dayanıqlı sülhün təmin olunması baxımından fundamental əhəmiyyət daşıyır. Dövlətlər arasında sərhədlərin hüquqi və praktiki baxımdan müəyyənləşdirilməsi qarşılıqlı etimadın möhkəmlənməsinə və gələcəkdə mümkün mübahisələrin qarşısının alınmasına xidmət edə bilər. Bu istiqamətdə prosesin müəyyən zaman tələb etməsi mümkün olsa da, əldə olunan nəticələrin özü müsbət tendensiya kimi qiymətləndirilə bilər.

Liderlərin görüşündə TRIPP layihəsinin əhəmiyyəti də xüsusi qeyd olunub. Bu layihəyə yalnız nəqliyyat məsələsi kimi yanaşmaq düzgün olmazdı. TRIPP regionda yeni kommunikasiya imkanlarının formalaşmasına, iqtisadi əlaqələrin genişlənməsinə və Cənubi Qafqazın daha geniş regional nəqliyyat şəbəkəsinə inteqrasiyasına şərait yarada bilər.

Azərbaycan-Ermənistan münasibətləri baxımından isə yeni nəqliyyat bağlantılarının yaradılması iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsi və sülhün praktiki müstəvidə möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çünki davamlı sülh yalnız siyasi razılaşmalarla deyil, eyni zamanda iqtisadi və kommunikasiya əlaqələrinin inkişafı ilə də möhkəmlənir.

Bütövlükdə, Bişkek görüşü Azərbaycan və Ermənistan arasında birbaşa siyasi dialoqun davam etdiyini göstərən mühüm hadisə kimi qiymətləndirilə bilər. Görüşdə əvvəlki razılaşmaların müzakirə olunması, sərhədlərin delimitasiyası, nəqliyyat layihələri və iqtisadi əlaqələr kimi məsələlərin gündəmə gətirilməsi Azərbaycan-Ermənistan münasibətlərinin yalnız siyasi deyil, həm də praktiki əməkdaşlıq müstəvisinə keçdiyini göstərir.

Bu prosesin qarşıdakı mərhələdə necə inkişaf edəcəyi isə əldə olunmuş razılaşmaların nə dərəcədə ardıcıl və sürətli şəkildə həyata keçirilməsindən asılı olacaq. Əsas məsələ siyasi dialoqun davam etdirilməsi ilə yanaşı, razılaşmaların real həyatda nəticələrə çevrilməsidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 740   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 243
.

Dövlət Bayrağımız qürurumuzdur

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ

11:49 196
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 207
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 1
.

Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi

ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib

10:50 193
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

15:11 119
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun

11:17 207
.

Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı

Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon

05.11.2026 415
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 205
.