Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir

Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridirSentyabrın 1-də Qırğızıstanın Qırğızıstanın paytaxti Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti öz işinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib.
"ŞƏT-in 25 ili: Dayanıqlı sülh, inkişaf və tərəqqi naminə birlikdə" şüarı ilə keçirilən bu yüksək səviyyəli sammit regionun liderlərini və tərəfdaş dövlətləri bir araya gətirib.
Çox böyük maraq kəsb edən bu Sammitin işini işıqlandırmaq üçün 500-dən çox yerli və xarici media nümayəndəsi akkreditasiyadan keçib ki, onlardan 434-ü xarici jurnalistdir və ümumilikdə 115 media qurumunu təmsil edir.
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün coğrafi baxımdan Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında körpü rolu oynayan strateji logistika və enerji qovşağıdır. Azərbaycanın ŞƏT-lə institusional münasibətləri 2015-ci ildə rəsmiləşib.
Qeyd etmək lazımdır ki, hazırda Şanxay Əməkdaşlıq Təşkilatı özündə 10 üzv ölkəni birləşdirir. Bu ölkələrin ümumi əhalisi təxminən 3,5 milyard nəfərdir ki, bu da dünya əhalisinin təxminən 42 faizini təşkil edir. ŞƏT ölkələrinin ümumi ərazisi 36 milyon kvadratkilometrə yaxındır və bu, dünyanın quru ərazisinin təxminən 24 faizinə bərabərdir. İqtisadi göstəricilər də kifayət qədər böyükdür. ŞƏT ölkələrinin iqtisadiyyatı nominal ifadədə təxminən 27 trilyon dollar təşkil edir ki, bu da qlobal iqtisadiyyatın təxminən 23 faizidir.
Azərbaycanın ŞƏT qarşısındakı mövqeyini dəyişdirən ən mühüm hadisə Qarabağ Zəfəridir. 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni nəqliyyat bağlantısının yaradılması üçün tarixi imkanlar açır. Bakı-İrəvan sülhünün perspektivə çevrilməsi ilə Çin və Mərkəzi Asiyadan Xəzər vasitəsilə gələn yüklərin Azərbaycan-Naxçıvan-Türkiyə istiqamətində əlavə çıxış qazanması Cənubi Qafqazın kommunikasiya xəritəsini köklü şəkildə dəyişə bilər. Prezident Əliyevin Tianjində həmin bağlantını həm Orta Dəhlizin, həm də Şimal-Cənub xəttinin gələcək mühüm hissəsi adlandırması təsadüfi deyildi.
Azərbaycanın məqsədi nəqliyyat dəhlizləri üzərində əlavə iqtisadi dəyərin formalaşdırılmasıdır. Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan yalnız tranzit imkanları təqdim etmir. Ölkəmizin məqsədi nəqliyyat dəhlizləri üzərində əlavə iqtisadi dəyərin formalaşdırılmasıdır. Yəni yükün Azərbaycan ərazisindən sadəcə keçməsi deyil, logistika, anbar, emal, sənaye, xidmət və investisiya zəncirlərinin də bu marşrutlara bağlanması strateji baxımdan daha böyük əhəmiyyət kəsb edir. Bu yanaşma Azərbaycanın nəqliyyat coğrafiyasını real iqtisadi üstünlüyə çevirməsinə imkan verə bilər. Eyni yanaşmanı enerji sahəsinə də tətbiq etmək mümkündür. Azərbaycan böyük enerji istehsalçısı olmaqla yanaşı, enerji resurslarının müxtəlif istiqamətlərə çatdırılması üçün mühüm infrastruktur formalaşdırıb. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi layihələr Azərbaycanın enerji istehsal edən məkanlarla istehlak bazarları arasında bağlantı yaradan ölkə kimi rolunu nümayiş etdirir. Bu baxımdan Azərbaycanın enerji sahəsindəki təcrübəsi ŞƏT məkanında enerji təhlükəsizliyi və marşrutların şaxələndirilməsi ilə bağlı əməkdaşlıq üçün də əhəmiyyətli perspektivlər yaradır.
Beləliklə, Azərbaycan-ŞƏT əməkdaşlığının növbəti mərhələsində əsas məsələ ticarət dövriyyəsinin sadəcə artırılması deyil, daha geniş iqtisadi zəncirlərin formalaşdırılması olmalıdır. Buraya birgə investisiya layihələri, sənaye kooperasiyası, logistika mərkəzləri, rəqəmsal ticarət, nəqliyyat xidmətləri, kənd təsərrüfatı, enerji və qeyri-neft sektorunda əməkdaşlıq daxildir. ŞƏT ölkələrinin böyük bazarları Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsi üçün ciddi potensial yaradır.
Burada Azərbaycanın çoxvektorlu xarici siyasəti də mühüm üstünlükdür. Azərbaycan, eyni zamanda, Mərkəzi Asiya, Çin, Rusiya, İran, Türkiyə və Avropa ilə əməkdaşlıq edə bilir. Bu, ölkəmizə müxtəlif iqtisadi və siyasi məkanlar arasında qarşılıqlı əlaqəni gücləndirmək imkanı verir. Azərbaycanın çoxtərəfli diplomatiya sahəsində topladığı təcrübə də bu proses üçün əlavə siyasi kapital formalaşdırır. Cənubi Qafqazda sülh gündəliyinin möhkəmlənməsi isə bütün bu imkanların praktiki baxımdan reallaşdırılması üçün əlverişli şərait yarada bilər. Davamlı sülh və sabitlik nəqliyyat marşrutlarının təhlükəsizliyini artırır, yeni investisiyaların cəlb olunmasına imkan verir və regional iqtisadi inteqrasiyanı sürətləndirir. Bu baxımdan Zəngəzur dəhlizi də yalnız Azərbaycan-Türkiyə bağlantısı kimi deyil, daha geniş Avrasiya nəqliyyat sisteminin elementlərindən biri kimi qiymətləndirilməlidir.
Azərbaycan müxtəlif beynəlxalq və regional platformalarda fəal iştirak edir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, dəyişən dünya nizamında milli maraqlar qorunmaqla yanaşı, qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə hörmət, bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında yeni tərəfdaşlıq imkanları formalaşdırılmalıdır. Bu baxımdan ŞƏT platforması Azərbaycanın çoxvektorlu xarici siyasətində mühüm istiqamətlərdən birini təşkil edə bilər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə müxtəlif beynəlxalq platformalarda artan fəallığı ölkəmizin dəyişən dünya düzənində öz milli maraqlarına əsaslanan siyasət yürüdərək qlobal və regional proseslərdə fəal iştirak edən dövlət mövqeyini daha da möhkəmləndirdiyini göstərir.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 770   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 243
.

Dövlət Bayrağımız qürurumuzdur

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ

11:49 196
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 207
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 1
.

Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi

ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib

10:50 193
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

15:11 119
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun

11:17 207
.

Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı

Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon

05.11.2026 415
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 205
.