"Avrasiyanın siyasi və iqtisadi xəritəsində Şanxay Əməkdaşlıq Təşkilatının çəkisi getdikcə artır" - millət vəkili Müşfiq Cəfərov
"Avrasiyanın siyasi və iqtisadi xəritəsində Şanxay Əməkdaşlıq Təşkilatının çəkisi getdikcə artır. Bu təşkilat artıq yalnız təhlükəsizlik məsələlərinin müzakirə edildiyi platforma deyil. Burada dünyanın ən böyük beyin mərkəzləri, nəhəng iqtisadiyyatlar, enerji resursları və qlobal ticarətin mühüm istiqamətləri bir araya gəlir". Bu sözləri BiG.AZ-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov bildirib.
Onun sözlərinə görə, indi ŞƏT-in böyüyən imkanları ilə Azərbaycanın strateji coğrafiyası bir-birini tamamlayır: "Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik yubiley sammiti Avrasiyanın gələcək siyasi və iqtisadi arxitekturası baxımından mühüm nəticəsi olacaqdır. Bu gün ŞƏT təhlükəsizlik dialoqu formatından nəqliyyat, energetika, ticarət, rəqəmsal transformasiya və sənaye əməkdaşlığını əhatə edən genişmiqyaslı platformaya çevrilir. Belə bir şəraitdə Azərbaycanın da ŞƏT məkanındakı mövqeyi də mahiyyətcə yeni mərhələyə daxil olur. Artıq Azərbaycan ŞƏT coğrafiyasının qərb sərhədində dayanan adi tərəfdaşdan daha böyük strateji məna daşıyır. Ölkəmiz Çin və Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə, Qara dəniz hövzəsi və Avropa ilə birləşdirən mühüm bağlantı məkanına çevrilir. Bir sözlə Azərbaycan təşkilata doğru irəlilədikcə ŞƏT də Azərbaycan üzərindən qərbə doğru yeni iqtisadi çıxış imkanları qazanır.
Beynəlxalq və regional təşkilatlarda fəal iştirak edən Azərbaycanın da son illər ŞƏT ilə əlaqələri genişlənir. Prezident İlham Əliyevin 2024-cü ildə Astanada, 2025-ci ildə isə Tyançjində keçirilən "ŞƏT plyus" görüşlərində iştirakı Azərbaycanın artıq təşkilatın siyasi gündəliyinə daxil olduğunu göstərdi.
Azərbaycana dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar təşkilatın 2015-ci ilin iyulunda Ufada keçirilən Zirvə görüşündə qəbul edilib. Ötən müddətdə Azərbaycan təşkilat çərçivəsində keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edib. Dövlətimizin başçısı ŞƏT-in hazırda Bişkekdə keçirilən sammitinin də iştirakçısıdır. Ümumiyyətlə ŞƏT region ölkələrinin təhlükəsizlik və sabitliyi qorumaq, habelə birgə inkişafı təşviq etmək üçün mühüm əməkdaşlıq platformasıdır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 901 Tarix: 01 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi
10:13 243 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 196 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi
11:44 207 Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
16:13 1 Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi
ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib
10:50 193 MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
15:11 119 Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun
11:17 207 Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon
05.11.2026 415 Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
12:02 205