Əhalinin kredit borcu artır: Faizlərin aşağı salınması üçün nə etmək olar?

Əhalinin kredit borcu artır: Faizlərin aşağı salınması üçün nə etmək olar?"Əhalinin banklara olan kredit borcunun artmasının və kredit faizlərinin yüksəlməsinin qarşısını tamamilə inzibati yollarla almaq çətindir. Çünki kredit faizləri bankların maliyyələşmə xərcləri, riskləri, inflyasiya və bazardakı tələb-təklif nisbəti kimi bir sıra amillərdən asılıdır. Bununla belə, dövlət və Mərkəzi Bank faizlərin həddindən artıq yüksəlməsinin və vətəndaşların borc yükünün nəzarətsiz şəkildə artmasının qarşısını almaq üçün müəyyən mexanizmlər tətbiq edə bilər".

Bunu BiG.AZ-az açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

O, qeyd edib ki, ilk növbədə kredit faizlərinin formalaşması daha şəffaf olmalıdır. Bankların tətbiq etdiyi komissiyalar və digər əlavə ödənişlər də kreditin vətəndaş üçün real dəyərinin hesablanmasında nəzərə alınmalıdır. Xüsusilə istehlak kreditləri üzrə vətəndaşın gəlirinə uyğun olaraq nə qədər borclana biləcəyini müəyyən edən daha sərt gəlir-borc nisbətinin tətbiqi mümkün variantlardan biridir. Bu, insanların gəlirlərindən dəfələrlə artıq kredit götürərək sonradan borc yükü ilə üzləşməsinin qarşısını almağa kömək edə bilər:

"Kredit faizlərinin aşağı salınması üçün bank sektorunda rəqabətin gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Bankların maliyyə resurslarına çıxışı genişləndikcə və kredit bazarında alternativlər artdıqca, müştəri uğrunda rəqabət bankları daha əlverişli şərtlər təklif etməyə sövq edə bilər.

Eyni zamanda problemli kreditlərin artmasının qarşısının alınması da vacibdir. Çünki kredit portfelində risklərin yüksəlməsi bankların yeni kreditlər üzrə faiz dərəcələrinə əlavə risk payı daxil etməsinə səbəb ola bilər. Bu baxımdan həm bankların risklərinin düzgün qiymətləndirilməsi, həm də borcalanların ödəmə qabiliyyətinin nəzərə alınması kredit bazarının sağlam inkişafı üçün vacibdir.

Daha mühüm məsələlərdən biri isə əhalinin yalnız istehlak kreditlərindən asılılığının azaldılmasıdır. Əgər vətəndaş gündəlik xərclərini qarşılamaq üçün davamlı şəkildə kredit götürməyə məcbur qalırsa, bu, onun gəlirlərinin mövcud xərclərini tam qarşılamağa kifayət etmədiyini göstərə bilər.

Bu baxımdan əməkhaqqının və real gəlirlərin artırılması, xüsusilə sosial baxımdan həssas qrupların gəlirlərinin qorunması əhalinin kredit borcunun artmasının qarşısını almağın daha dayanıqlı yollarından biridir. İnsanların gəlirləri artdıqca gündəlik ehtiyaclarını kredit hesabına qarşılamaq məcburiyyəti də müəyyən qədər azala bilər.

Bununla yanaşı, maliyyə savadlılığının artırılması da kredit borcunun idarə olunmasında mühüm rol oynayır. Vətəndaş kredit götürərkən yalnız aylıq ödəniş məbləğinə deyil, kreditin ümumi dəyərinə, faiz dərəcəsinə, komissiyalara və digər ödənişlərə diqqət yetirməlidir. Kredit şərtlərinin müqayisə edilməsi və şəxsi gəlirə uyğun borclanma limitinin müəyyənləşdirilməsi gələcəkdə maliyyə çətinliklərinin qarşısını almağa kömək edə bilər.

Beləliklə, problemin həlli banklara sadəcə "faizləri artırmayın" deməklə mümkün deyil. Bunun üçün bank sektorunda rəqabətin gücləndirilməsi, kreditləşməyə nəzarətin təkmilləşdirilməsi, borcalanların hüquqlarının daha effektiv qorunması, kredit şərtlərinin şəffaflığının artırılması və əhalinin real gəlirlərinin yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir.

Belə yanaşma həm bank sektorunun maliyyə sabitliyinin qorunmasına, həm də vətəndaşların həddindən artıq borclanmasının qarşısının alınmasına imkan verə bilər. Əsas məqsəd kredit bazarını məhdudlaşdırmaq deyil, həm banklar, həm də vətəndaşlar üçün daha sağlam və dayanıqlı maliyyə mühiti formalaşdırmaq olmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 739   Tarix: 03 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir

Bayraq sevgisi vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". 2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanı

11:20 200
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunmasına başlanılmasından 17 il keçir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur

10:31 187
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 515
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

14:54 90
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 187
.

Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir

Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə

11:08 191
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

10:09 196
.

Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?

Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. BİG.AZ -a istinadən xəbər verir ki

05.11.2026 319
.

Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi

ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib

10:50 192
.