Ağrı dağında sirli anomaliyalar: Nuhun gəmisi ilə bağlı yeni iddia
Nuhun gəmisinin axtarışı zamanı Türkiyənin Ağrı dağının zirvəsi yaxınlığında yerləşən Durupınar qaya formasiyasında müxtəlif anomaliyalar aşkar edilib.
BiG.AZ xəbər verir ki, bu barədə TASS "Milliyet" qəzetinə istinadən məlumat yayıb.
Tədqiqatçılar Durupınar formasiyasında yeraltı boşluqlar və digər anomal strukturlar müəyyən etdiklərini bildiriblər. Bəzi tədqiqatçılar tərəfindən Nuhun gəmisinin mümkün yeri hesab edilən ərazidə aparılan radar skanlarının nəticələrinin yaxın iki ay ərzində əldə ediləcəyi gözlənilir.
Layihənin rəhbəri professor Cenker Atilin sözlərinə görə, mütəxəssislər ərazinin 3D modellərini hazırlayıb və yeraltı skanlar həyata keçiriblər. Tədqiqat zamanı formasiyanın daxilində xarici hissə ilə müqayisədə təxminən 40 faiz daha çox karbon aşkar edildiyi bildirilib. Araşdırmaçılar bunun üzvi maddələrin və ya ağac materialının mövcudluğuna işarə edə biləcəyini ehtimal edirlər.
Durupınar formasiyasının uzunluğunun təxminən 164 metr olduğu qeyd edilir. Tədqiqatçılar bu ölçünün Əhdi-Ətiqdə Nuhun gəmisinin təsvir edilən ölçüləri ilə uyğunluq təşkil etdiyini düşünürlər. Bununla belə, əldə olunan nəticələr hələlik həmin strukturun Nuhun gəmisi olduğunu təsdiqləmir.
Mütəxəssislər ərazidən təxminən 1000 torpaq nümunəsi götürməyi və əldə ediləcək materialları laboratoriya şəraitində araşdırmağı planlaşdırırlar. Radar skanlarının və nümunələrin analizinin nəticələrinin ərazidəki anomal strukturların mənşəyi ilə bağlı daha ətraflı məlumat verəcəyi gözlənilir.
Qeyd edək ki, Nuhun gəmisinin Ağrı dağı ərazisində yerləşməsi ilə bağlı iddialar uzun illərdir müzakirə olunur. Durupınar formasiyası da bu baxımdan müxtəlif araşdırmaların diqqət mərkəzində olub. Lakin indiyədək burada Nuhun gəmisinin qalıqlarının aşkar edildiyini təsdiqləyən elmi dəlil əldə olunmayıb.
Bu arada, Taman yarımadasında da arxeoloji tədqiqatlar zamanı qədim şərab istehsalı ilə bağlı maraqlı tapıntılar aşkarlanıb. Qədim Fanaqoriya şəhərinin şərab rayonunda tədqiqatçılar hər birinin tutumu 600-800 litr arasında olan təxminən 60 pithoi - şərabın fermentləşdirilməsi və saxlanılması üçün istifadə edilən iri gil qablar aşkar ediblər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 758 Tarix: 03 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir
Bayraq sevgisi vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". 2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanı
11:20 200 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunmasına başlanılmasından 17 il keçir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur
10:31 187 Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
05.11.2026 515 Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
14:54 90 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
11:32 187 Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir
Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə
11:08 191 Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
10:09 196 Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. BİG.AZ -a istinadən xəbər verir ki
05.11.2026 319 Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi
ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib
10:50 192