Diabet bir gündə yaranmır: Xəstəliyə aparan əsas vərdişlər
"Fast-food qidaları təkbaşına xəstəliklərin səbəbi kimi qiymətləndirmək düzgün deyil. Bu qidalar xəstəlik riskini artıran amillərdən yalnız biridir. Xüsusilə 2-ci tip diabet və digər metabolik xəstəliklərin yaranması, əsasən, uzun müddət ərzində bir neçə risk faktorunun üst-üstə düşməsi ilə əlaqəlidir".
Bunu BiG.AZ-a açıqlamasında Sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev bildirib.
O, qeyd edib ki, qidalar vasitəsilə həddindən artıq enerji qəbulu, fiziki aktivliyin az olması, artıq çəki, yuxu rejiminin pozulması, xroniki stress, siqaret istifadəsi, bəzi dərmanlar, genetik meyillilik və yaş kimi amillər xəstəliklərin yaranma riskini artıra bilər. Yəni bu kimi vərdişlərin uzun müddət davam etməsi orqanizmdə müxtəlif metabolik problemlərin formalaşmasına zəmin yaradır:
"Fast-food qidalarının mütəmadi istehlakı da bu prosesdə mühüm rol oynaya bilər. Belə məhsulların bir çoxu yüksək dərəcədə emal olunmuş qidalar qrupuna daxildir və yüksək kalorili ola bilər. Onların tərkibində duz, doymuş yağlar, bəzi məhsullarda trans yağlar və əlavə şəkər miqdarı yüksək ola bilər. Şəkərli içkilərin və böyük porsiyaların da bu qidalarla birlikdə mütəmadi qəbul edilməsi sağlamlıq üçün əlavə risk yaradır.
Fast-food məhsullarında dad və teksturanı yaxşılaşdırmaq məqsədilə müxtəlif qida əlavələrindən, o cümlədən monosodium qlutamatdan istifadə edilə bilər. Lakin konkret bir qida əlavəsini insanlarda birbaşa "asılılıq yaradan" amil kimi təqdim etmək düzgün deyil. Burada əsas məsələ yüksək kalorili və yüksək dərəcədə emal olunmuş qidaların mütəmadi və həddindən artıq istehlakının formalaşdırdığı qidalanma vərdişləridir.
Ümumdünya Səhiyyə Təşkilatı da qeyri-infeksion xəstəliklərin riskini azaltmaq məqsədilə sağlam qidalanmaya, xüsusilə sərbəst şəkərlərin, doymuş yağların və trans yağların qəbulunun məhdudlaşdırılmasına diqqət yetirilməsini tövsiyə edir.
Fast-food qidalarının mütəmadi və yüksək miqdarda qəbul edilməsi 2-ci tip diabet riskinin artmasına da təsir göstərə bilər. Lakin burada söhbət bir anda yaranan problemdən getmir. Xəstəlik riski zamanla formalaşır və müxtəlif amillərin bir-birini tamamlaması nəticəsində artır.
Məsələn, həftədə bir dəfə kiçik porsiyada fast-food qəbul edən, ümumi qida rasionu balanslı olan və fiziki aktiv həyat tərzi keçirən insanla hər gün böyük porsiyalarda fast-food və şəkərli içkilər qəbul edən, gecə saatlarında qidalanan və az hərəkət edən şəxsin risk səviyyəsi eyni deyil.
Bu baxımdan hər bir insan öz qidalanma və həyat tərzi vərdişlərini nəzərdən keçirməlidir. Gündəlik qidalanmaya, fiziki aktivliyə, yuxu rejiminə və digər həyat tərzi amillərinə qısa nəzər salmaq belə sağlamlıq üçün potensial risklərin qiymətləndirilməsində müəyyən təsəvvür yarada bilər.
Əsas məsələ fast-food qidalarını tamamilə "qadağan olunmalı məhsul" kimi təqdim etmək deyil, onların qəbul tezliyinə və porsiya ölçüsünə diqqət yetirmək, ümumi qida rasionunu balanslaşdırmaq və sağlam həyat tərzini qorumaqdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 932 Tarix: 03 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir
Bayraq sevgisi vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". 2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanı
11:20 200 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunmasına başlanılmasından 17 il keçir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur
10:31 187 Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
05.11.2026 515 Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
14:54 90 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
11:32 187 Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir
Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə
11:08 191 Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
10:09 196 Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. BİG.AZ -a istinadən xəbər verir ki
05.11.2026 319 Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi
ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib
10:50 192