AZZA-dan alınan tortla bağlı zəhərlənmə iddiası: İnsanlar nə etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

AZZA-dan alınan tortla bağlı zəhərlənmə iddiası: İnsanlar nə etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMABakıda 58 yaşlı qadının şirniyyatdan zəhərlənməsi ilə bağlı yayılan məlumat qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Zərərçəkənin ailəsinin iddiasına görə, "AZZA"nın Pirşağı filialından alınan ekler və tortda xoşagəlməz dad və qoxu olub və şirniyyatdan istifadə etdikdən sonra qadının səhhəti pisləşib. Hadisənin konkret səbəbinin müəyyənləşdirilməsi isə müvafiq araşdırmanın nəticəsindən asılıdır. Bəs istehlakçılar belə hallarla qarşılaşmamaq üçün tort, kremli şirniyyat və digər tez xarab olan məhsulları alarkən nələrə diqqət etməlidirlər?

Məhsulun son istifadə tarixi, saxlanma şəraiti, qablaşdırmanın vəziyyəti, kremdə və ya digər komponentlərdə qeyri-adi qoxu, dad və görünüşün olub-olmaması xüsusilə nəzərə alınmalıdır. Şübhəli məhsulu "dadına baxaraq yoxlamaq" da düzgün yanaşma deyil - məhsulda problem olduğundan şübhələnilirsə, onu istehlak etmək olmaz.
AZZA-dan alınan tortla bağlı zəhərlənmə iddiası: İnsanlar nə etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti, "JAFAROV" kanalının rəhbəri Elşən Cəfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, şirniyyat zəhərlənməsi iddiası: Azərbaycanda qida təhlükəsizliyinə nəzarət və məhsulların şəffaflığı niyə bu qədər vacibdir?

Bakıda 58 yaşlı qadının "AZZA" şirniyyat şəbəkəsinin mağazasından alınan tort və eklerləri qəbul etdikdən sonra səhhətinin pisləşməsi ilə bağlı yayılan məlumat cəmiyyətdə ciddi suallar doğurur.

İlk növbədə qeyd etmək istəyirəm ki, konkret hadisə üzrə kimin məsuliyyət daşıdığını aidiyyəti dövlət qurumlarının araşdırması və laboratoriya ekspertizası müəyyən etməlidir. Mən konkret müəssisəni məhkəmə və ya ekspertiza qərarı olmadan günahlandırmaq fikrində deyiləm.

Amma bu hadisə bizə daha böyük və vacib bir məsələni gündəmə gətirmək imkanı verir: Azərbaycanda istehlakçı aldığı qida məhsulunun haradan gəldiyini, nə vaxt istehsal edildiyini, tərkibində nələrin olduğunu və hansı şəraitdə saxlanıldığını nə dərəcədə asanlıqla öyrənə bilir?

Məncə, bu sahədə nəzarət və şəffaflıq mexanizmləri daha da gücləndirilməlidir.

İstehlakçı məhsulun tarixçəsini bilməlidir

Xüsusilə kremli tortlar, eklerlər və digər tez xarab olan qənnadı məhsullarında istehsal tarixi və saxlanma müddəti olduqca vacibdir.

İstehlakçı mağazada məhsulu alarkən onun nə vaxt hazırlandığını satıcıdan ayrıca soruşmağa məcbur olmamalıdır.

Bu məlumat məhsulun üzərində aydın, oxunaqlı və yoxlanıla bilən formada göstərilməlidir.

Məhsul qablaşdırılmalı, qablaşdırmanın açıldığı halda bunu müəyyən etməyə imkan verən qoruyucu etiket, plomba və ya digər təhlükəsizlik mexanizmlərindən istifadə olunması da nəzərdən keçirilməlidir.

Çünki istehlakçı məhsulu alarkən onun əvvəl açılıb-açılmadığını, nə vaxt hazırlanıb satışa çıxarıldığını və saxlanma şərtlərinin qorunub-qorunmadığını bilməlidir.

"Krem" yazmaq kifayət deyil

Digər mühüm məsələ məhsulun tərkibidir.

Məsələn, etiketdə sadəcə "krem", "qaymaq" və ya "bitki yağı" kimi ümumi ifadələrin yazılması istehlakçı üçün hər zaman kifayət qədər aydın məlumat vermir.

İstehlakçı bilməlidir ki, həmin krem nədən hazırlanıb.

Orada süd mənşəli qaymaq və süd yağı varmı?

Süd yağının əvəzedicisi istifadə olunubmu?

Bitki yağlarından istifadə olunubsa, hansı yağlardan istifadə edilib?

Palma yağı, digər bitki yağları və ya yağ-spredlər məhsulun tərkibinə daxildirsə, bunun istehlakçıya aydın şəkildə bildirilməsi vacibdir.

Burada məsələ həmin məhsulların avtomatik olaraq təhlükəli elan edilməsi deyil. Əsas məsələ istehlakçının aldadılmaması və aldığı məhsulun real tərkibini bilməsidir.

İnsan "qaymaqlı tort" aldığını düşünürsə, onun qarşısında məhsulun həqiqi tərkibi şəffaf şəkildə göstərilməlidir.

Məncə, Azərbaycanda rəqəmsal izləmə sistemi yaradılmalıdır

Mənim təklif etdiyim əsas məsələlərdən biri də qida məhsullarının rəqəmsal şəkildə izlənməsidir.

Rusiyada müəyyən məhsul kateqoriyalarında "Çestnıy Znak" kimi rəqəmsal markalanma və izlənmə sistemi tətbiq olunur.

Azərbaycan da öz milli sistemini yarada bilər.

Məsələn, hər məhsulun üzərində QR kod yerləşdirilir. İstehlakçı həmin kodu telefonla oxutduqda məhsul haqqında əsas məlumatları görə bilir:

• hansı müəssisə tərəfindən istehsal olunub;

• nə vaxt istehsal edilib;

• məhsulun tərkibi nədir;

• hansı xammaldan istifadə olunub;

• yararlılıq müddəti nə qədərdir;

• hansı şəraitdə saxlanmalıdır;

• məhsul hansı anbardan keçib;

• hansı şirkət tərəfindən daşınıb;

• hansı satış məntəqəsinə çatdırılıb.

Əlbəttə, burada bütün kommersiya məlumatlarının ictimaiyyətə açılması nəzərdə tutulmur. Amma insan sağlamlığı və qida təhlükəsizliyi üçün vacib olan məlumatlar istehlakçı üçün açıq və yoxlanıla bilən olmalıdır.

Belə bir sistem məhsulun bütün zəncirini - istehsalçıdan anbara, anbardan logistika şirkətinə, oradan isə mağazaya qədər - elektron şəkildə izləməyə imkan verə bilər.

Əgər məhsulla bağlı problem yaranarsa, onun hansı mərhələlərdən keçdiyini müəyyən etmək daha asan olar.

Bu zaman "məhsulun haradan gəldiyini bilmirik" və ya "bizə belə gəlib" kimi izahların qarşısını almaq da daha asanlaşar.

Bu sistem təkcə tortlara aid olmamalıdır

Məncə, belə bir yanaşma mümkün qədər geniş şəkildə qida məhsullarına tətbiq edilməlidir.

Süd məhsulları, kolbasa və ət məhsulları, şirniyyatlar, uşaq qidaları və digər tez xarab olan məhsulların rəqəmsal izlənməsi həm istehlakçını, həm də vicdanla işləyən sahibkarları qoruyar.

Çünki bu, yalnız istehlakçının hüququ deyil.

Bu həm də vicdanla işləyən istehsalçının hüququdur.

Bazarda keyfiyyətli və standartlara uyğun məhsul istehsal edən şirkətlərlə qaydalara əməl etməyən şirkətlər arasında fərq aydın görünməlidir.

Bu gün 58 yaşlı insan ola bilər, sabah isə uşaq

Ən ciddi məsələ isə budur.

Bu gün söhbət 58 yaşlı bir qadının səhhətinin pisləşməsindən gedir. Sabah eyni problem bir uşağın başına gələ bilər.

Uşaqlar qida təhlükəsizliyi baxımından xüsusilə həssas qrupdur.

Ona görə də dövlət nəzarətinin əsas məqsədi hadisə baş verdikdən sonra günahkarı axtarmaq yox, belə hadisələrin baş verməsinin qarşısını almaq olmalıdır.

Mən hesab edirəm ki, Azərbaycanda qida təhlükəsizliyi sahəsində daha müasir, şəffaf və rəqəmsal nəzarət mexanizmlərinə ehtiyac var.

İstehlakçı mağazaya girəndə məhsulun arxasındakı bütün zənciri görmək məcburiyyətində qalmamalıdır.

Bunun üçün texnologiya artıq mövcuddur.

Sadəcə həmin texnologiyanı istehlakçının təhlükəsizliyi üçün düzgün şəkildə tətbiq etmək lazımdır.

İnsan mağazada tort alarkən onun nə vaxt hazırlandığını, nədən hazırlandığını və haradan gəldiyini bilməlidir.

Bu, satıcının əlavə xoşməramlılığı deyil.

Bu, istehlakçının sağlamlığı və təhlükəsizliyi ilə bağlı fundamental hüquq olmalıdır.

Mənim məqsədim konkret olaraq hər hansı şirkəti ittiham etmək deyil. Məqsədim odur ki, belə hadisələrdən sonra yalnız bir müəssisənin deyil, bütövlükdə sistemin necə işlədiyi barədə suallar verək.

Çünki qida təhlükəsizliyi məsələsində ən düzgün yanaşma budur:

Problem baş verdikdən sonra reaksiya vermək yox, problemin baş verməsinə imkan verməmək.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 534   Tarix: 03 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.