"Təndir hamamı"nın məlumat lövhəsini söküblər?

"Təndir hamamı"nın məlumat lövhəsini söküblər?Bakının Mərkəzi Parkında yerləşən və "Təndir hamamı" kimi tanınan XIX əsrə aid memarlıq abidəsinin, eləcə də yaxınlığındakı qədim su quyusunun məlumat lövhələrinin yoxa çıxdığı bildirilir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Gündəlyi" məlumat yayıb.

Paylaşılan fotolardan su quyusunun ətrafındakı örtük daşlarının da qoparaq dağıldığı görünür.

Məlumata görə, "Təndir hamamı" XIX əsrdə inşa olunub. Abidə və onun yaxınlığında yerləşən su quyusu 2024-cü ildə təmir və bərpa edilib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, həmin lövhə ərazidə abadlıq işləri görülərkən qoyulub:

"Mərkəzi Parkın ərazisində yerləşən və "Təndir hamamı" (inventar nömrəsi 3757 ) kimi tanınan tikili yerli əhəmiyyətli memarlıq abidəsidir. Abidənin mövcud vəziyyətinin qorunmasına Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən nəzarət həyata keçirilir. Abidədə 2025-ci ildə bərpa işləri aparılıb.

Hazırda mərhələli şəkildə həyata keçirilən layihə çərçivəsində tarix-mədəniyyət abidələrinə məlumat lövhələrinin quraşdırılması işləri davam etdirilir. Ötən il ərzində 1282 tarix-mədəniyyət abidəsində məlumat lövhəsi quraşdırılıb. Həmin hamama da Dövlət Xidməti tərəfindən məlumat lövhəsinin quraşdırılması nəzərdə tutulur.

Hamama və onun yaxınlığında yerləşən su quyusuna məlumat xarakterli lövhə Dövlət Xidməti tərəfindən qoyulan standart lövhə deyil. Həmin lövhə ərazidə abadlıq işləri görülərkən qoyulub. Lövhənin yararsız hala salınması məsələsinin araşdırılması Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 786   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunmasına başlanılmasından 17 il keçir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur

10:31 187
.

Prezidentlə xanımı Cəbrayıla getdi

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

13:02 166
.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 342
.

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu

14:34 112
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 191
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 1
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun

11:17 205
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 105
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 515
.