Bir hərf böyük təhlükə yarada bilər: Saxta saytları necə tanımalı?

Bir hərf böyük təhlükə yarada bilər: Saxta saytları necə tanımalı?"Dələduzlar texnologiyanın yaratdığı sürət və rahatlıqdan öz məqsədləri üçün istifadə edirlər. Sosial şəbəkələr, mesencerlər, saxta internet saytları, mobil tətbiqlər və hətta süni intellekt texnologiyaları dələduzluq hallarının həyata keçirilməsində istifadə olunan əsas vasitələr sırasındadır".

Bunu BiG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildirib.

O, qeyd edib ki, WhatsApp, Telegram və Facebook kimi platformalarda dələduzlar özlərini tanış və ya etibarlı şəxs kimi təqdim edə, yaxud saxta reklamlar vasitəsilə istifadəçiləri aldada bilərlər. Bundan başqa, bankların, dövlət qurumlarının, o cümlədən "e-gov" platformasının və ya tanınmış şirkətlərin dizaynını kopyalayan saxta saytlar vasitəsilə insanların şəxsi və maliyyə məlumatları ələ keçirilə bilər:

""Play Store" və ya "App Store"da görünən bəzi mobil tətbiqlər də zərərsiz təsir bağışlasa da, arxa planda məlumatların oğurlanmasına və cihazın təhlükəsizliyinin pozulmasına səbəb ola bilər. Süni intellekt texnologiyalarından istifadə etməklə insanların səsi və görüntüsü təqlid edilərək "deepfake" məzmunlar hazırlana və bununla insanların etimadı qazanıla bilər.

Dələduzluq cəhdlərini vaxtında müəyyən etmək üçün bir sıra təhlükə siqnallarına diqqət yetirmək vacibdir. Mesajda "Hesabınız bloklanacaq!", "Dərhal ödəniş etməlisiniz!" və ya "Mükafat qazandınız, lakin təklif tezliklə başa çatır!" kimi ifadələrin olması şübhə doğurmalıdır. Dələduzların əsas məqsədlərindən biri insanı düşünməyə vaxt qoymadan qərar verməyə məcbur etməkdir.

Saytın internet ünvanına da diqqətlə baxmaq lazımdır. Rəsmi ünvandan fərqli olaraq əlavə və ya çatışmayan hərflərin olması, qeyri-adi domenlərdən istifadə edilməsi saxta platformanın göstəricisi ola bilər. Bəzən yalnız bir hərfin fərqli olması belə istifadəçini saxta sayta yönləndirə bilər.

Bank və ya dövlət qurumlarının əməkdaşları telefon və ya mesaj vasitəsilə şəxsdən şifrə, PIN və ya kartın arxasındakı CVV kodunu tələb etməməlidir. Belə məlumatların istənilməsi ciddi təhlükə siqnalıdır. Eyni zamanda, mesajlarda səhv tərcümələrə, qeyri-peşəkar yazı üslubuna və qəribə ifadələrə rast gəlinməsi də diqqətdən kənarda qalmamalıdır.

Dələduzluq riskini azaltmaq üçün ilk növbədə "dayan və düşün" prinsipinə əməl etmək lazımdır. Şübhəli mesaj və ya zəng aldıqda dərhal hərəkət etmək əvəzinə bir neçə dəqiqə gözləmək, məlumatı yoxlamaq və məntiqi qiymətləndirmək vacibdir. Əgər bankdan zəng gəldiyini düşünürsünüzsə, danışığı dayandırmaq və bankın rəsmi internet saytında göstərilən nömrə ilə özünüz yenidən əlaqə saxlamaq daha təhlükəsizdir.

Şəxsi məlumatların qorunması da xüsusi əhəmiyyət daşıyır. Şifrələri, təsdiq kodlarını, şəxsiyyət vəsiqəsinin görüntüsünü və digər həssas məlumatları sosial şəbəkələrdə və ya tanımadığınız şəxslərlə paylaşmaq olmaz.

Rəqəmsal təhlükəsizliyin təmin olunmasında texnoloji vasitələr də mühüm rol oynayır. İki mərhələli doğrulmadan (2FA) istifadə hesabların qorunmasını gücləndirir. Şifrə ələ keçirilsə belə, əlavə təsdiq tələb olunduğu üçün hesabın icazəsiz girişdən qorunma səviyyəsi artır. Telefon, kompüter və digər cihazların əməliyyat sistemlərini və tətbiqlərini mütəmadi yeniləmək, həmçinin etibarlı antivirus və təhlükəsizlik proqramlarından istifadə etmək də vacibdir.

Texnologiya həyatımızı asanlaşdırır, lakin onun yaratdığı imkanlar dələduzlar tərəfindən də istifadə oluna bilər. Buna görə rəqəmsal dünyada təhlükəsizliyin əsas şərtlərindən biri diqqətli və düşünülmüş davranmaqdır. Unutmaq olmaz ki, ən güclü müdafiə vasitələrindən biri istifadəçinin öz diqqəti və sağlam düşüncəsidir. Heç bir "təcili" mesaj və ya zəng şəxsi məlumatların və maliyyə təhlükəsizliyinin riskə atılmasından daha vacib deyil".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1024   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 213
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

12:18 222
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 214
.

Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

11:28 225
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 168
.

Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

15:36 191
.

Dövlət Bayrağımız qürurumuzdur

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ

11:49 212
.

Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim

Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca

17:03 98
.

Həkimlər niyə qaynadılmış su içməyi məsləhət görmürlər?

Tədqiqatçılar müəyyən ediblər ki, qaynadılmış su sağlamlıq baxımından filtrdən keçirilmiş sudan daha zərərli ola bilər. Bunun səbəbləri açıqlanıb. Sürixdən olan isveçrəli alimlər araşdırma apararaq qaynadılmış su ilə bağlı mövcud məlumatları sistemləşdiriblər və onun zərərli hesab edilməsinin səbəblərin

18:30 1
.