Pensiya kapitalı niyə övlada tam verilmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Vətəndaşların pensiya kapitalının gələcəkdə vərəsələrinə, o cümlədən övladlarına müəyyən hissəsinin verilməsi məsələsi yenidən diqqət mərkəzinə gəlib. İllərlə əmək fəaliyyəti göstərən və sosial sığorta haqqı ödəyən şəxslərin fərdi hesabında formalaşan pensiya kapitalının taleyi vətəndaşlar arasında da maraq doğurur.
Əsas sual isə budur: əgər vətəndaşın topladığı pensiya kapitalının bir hissəsinin övladına verilməsi mümkün olacaqsa, nə üçün həmin məbləğin tam şəkildə vərəsəyə çatdırılması nəzərdə tutulmur? Bu yanaşmanın iqtisadi və sosial əsasları nədən ibarətdir?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, pensiya kapitalının müəyyən hissəsinin vəfat etmiş şəxsin övladlarına verilməsi sosial ədalət baxımından müəyyən məntiqə malik yanaşmadır. Lakin bunun tam məbləğdə deyil, müəyyən faizlə nəzərdə tutulmasının əsas səbəbi pensiya sisteminin mahiyyəti ilə bağlıdır. Onun sözlərinə görə, pensiya kapitalı şəxsin bank hesabında saxlanılan adi pul vəsaiti deyil, gələcək pensiya ödənişlərinin hesablanması üçün formalaşan sosial sığorta göstəricisidir: "Bu vəsait həm də sığorta sisteminin ümumi maliyyə yükünün və digər öhdəliklərin təmin edilməsində nəzərə alınır. Ona görə də kapitalın tam şəkildə miras kimi verilməsi mövcud pensiya sisteminin maliyyə mexanizminə ciddi təsir göstərə bilər.
Müəyyən hissənin övladlara verilməsi isə həm vətəndaşın pensiya kapitalının ailəyə müəyyən formada ötürülməsini təmin edir, həm də dövlətin sosial sığorta sisteminin maliyyə dayanıqlığını qorumağa imkan yaradır. Burada əsas məsələ həmin faizin ədalətli müəyyənləşdirilməsi və vətəndaşların hüquqlarının mümkün qədər geniş qorunmasıdır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1023 Tarix: 25 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKonstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!
Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir
12:18 232 Kamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
17:26 86 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 212 "Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran
"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib
15:11 185 Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim
Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca
17:03 98 Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq
Azərbaycan mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Mülki və ya ticarət işləri üzrə xaricd
20:15 1 İllərlə polisdən gizlənən ailə: Ana, qız və nəvə tutuldular
Türkiyənin İstanbul şəhərində zərgərlik mağazalarından etdikləri oğurluqlara görə məhkəmədən uzun illər gizlənən bir ailənin üç üzvü - ana, qızı və nəvəsi saxlanılıblar. Onlar Sancaqtəpə rayonunda yerləşən evlərin birində saxlanılıblar. Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadınlar "alıcı"
20:45 1 Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
17:15 87 Müstəqil dövlətimizin ilk Konstitusiyası
Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü
12:18 222