İngilis dilinin qlobal hegemonluğu sona çata bilərmi?
"Çin dilinin gələcəkdə ingilis dilini tamamilə əvəz etməsi, qlobal geosiyasi balansdakı dəyişikliklərə baxmayaraq, real görünmür. Çin iqtisadi və texnoloji baxımdan nə qədər güclənsə də, dilin özünəməxsus strukturu, minlərlə heroqlifdən ibarət yazı sistemi və intonasiyaya əsaslanan tələffüz xüsusiyyətləri digər xalqların bu dili asanlıqla mənimsəməsini çətinləşdirən amillərdəndir. Bunun əksinə olaraq, ingilis dili artıq dünyanın rəqəmsal mühitinə, qlobal aviasiya sisteminə, elmi nəşrlərə və kütləvi populyar mədəniyyətə dərindən nüfuz edib. Bu səbəbdən həmin qlobal infrastrukturu tamamilə dəyişdirərək başqa bir dil üzərində yenidən qurmaq real görünmür. Çin dilinin yaxın onilliklərdə ingilis dilini qlobal liderlik mövqeyindən çıxarması ehtimalı azdır. Bununla belə, Çin dilinin qlobal biznes, logistika və diplomatiyada əhəmiyyəti getdikcə arta və ingilis dilinin yanında ən güclü beynəlxalq dillərdən birinə çevrilə bilər".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, ikinci sualla bağlı olaraq qeyd etmək lazımdır ki, rayon və kənd məktəblərində ingilis dili üzrə müəllim çatışmazlığı səbəbindən digər dillərin tədris olunması regional təhsil bərabərsizliyinin yaranmasına səbəb ola bilər. Lakin bu problemin planlı dövlət strategiyası və çevik məktəb idarəçiliyi vasitəsilə aradan qaldırılması mümkündür:
"Bunun əsas həll yollarından biri ucqar ərazilərdə fəaliyyət göstərəcək gənc ingilis dili mütəxəssisləri üçün mənzil və kirayə təminatı, eləcə də əlavə maliyyə və yüksək əməkhaqqı təşviqlərini əhatə edən xüsusi dövlət proqramlarının həyata keçirilməsidir. Eyni zamanda, uzunmüddətli həll mexanizmləri formalaşdırılanadək mövcud problemi qismən azaltmaq üçün rəqəmsal texnologiyalardan daha geniş istifadə edilə bilər. Mərkəzi məktəblərdə çalışan peşəkar müəllimlərin canlı onlayn dərslərinin kənd məktəblərindəki ağıllı lövhələr vasitəsilə şagirdlərə çatdırılması və bir neçə kəndi əhatə edən səyyar müəllim qrafiklərinin hazırlanması bu istiqamətdə effektiv addımlar ola bilər.
Belə metodiki və inzibati tədbirlər həm ucqar ərazilərdə müəllim çatışmazlığının azaldılmasına, həm də kənd məktəblərində təhsil alan uşaqların keyfiyyətli xarici dil təhsilinə çıxış imkanlarının genişləndirilməsinə xidmət edə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 829 Tarix: 25 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov
11:29 213 Müstəqil dövlətimizin ilk Konstitusiyası
Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü
12:18 222 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
11:32 214 Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
11:28 225 Zəfərin ildönümünə 2 gün qaldı - Video
İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:
14:16 168 Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
15:36 191 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 212 Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim
Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca
17:03 98 Həkimlər niyə qaynadılmış su içməyi məsləhət görmürlər?
Tədqiqatçılar müəyyən ediblər ki, qaynadılmış su sağlamlıq baxımından filtrdən keçirilmiş sudan daha zərərli ola bilər. Bunun səbəbləri açıqlanıb. Sürixdən olan isveçrəli alimlər araşdırma apararaq qaynadılmış su ilə bağlı mövcud məlumatları sistemləşdiriblər və onun zərərli hesab edilməsinin səbəblərin
18:30 1