Diyetoloqlar 50 yaşdan sonra əzələlər üçün vacib qida maddəsini açıqladı
50 yaşdan sonra əzələ kütləsini və gücünü qorumaq üçün yalnız kifayət qədər zülal qəbul etmək kifayət deyil. Diyetoloqların fikrincə, bu dövrdə D vitamini də mühüm rol oynayır. O, əzələ toxumasının formalaşması və bərpasında, əzələlərin normal fəaliyyətində və fiziki yüklənmədən sonra bərpa prosesində iştirak edir.
Qaynarinfo bu barədə "EatingWell" nəşrinə istinadən xəbər verir.
Mütəxəssislər bildirirlər ki, D vitamininin çatışmazlığı dünyada geniş yayılmış problemlərdən biridir və yaş artdıqca bu risk daha da yüksəlir. Buna dəridə D vitamini istehsalının azalması, günəşdə daha az vaxt keçirmək və qidadan daha az vitamin almaq səbəb ola bilər.
D vitamini əzələlərə necə təsir edir?
Əzələ toxumasının formalaşmasına və bərpasına kömək edir. D vitamini əzələ toxumasındakı xüsusi reseptorları aktivləşdirərək əzələlərin inkişafı və bərpası üçün vacib prosesləri dəstəkləyir. Bu, xüsusilə yaşla əlaqədar əzələ kütləsinin azaldığı 50 yaşdan sonra əhəmiyyətlidir.
Əzələlərin fəaliyyətində iştirak edir. D vitamini kalsiumun əzələ hüceyrələrinə daxil olub-çıxmasını tənzimləməyə kömək edir. Eyni zamanda orqanizmin kalsiumu mənimsəməsində mühüm rol oynayır. D vitamininin ciddi çatışmazlığı əzələ zəifliyinə və sümüklərin yumşalmasına səbəb ola bilər.
Mütəxəssislər həmçinin aşağı D vitamini səviyyəsinin yıxılma riskinin artması ilə əlaqəli olduğunu bildirirlər. Bunun əzələ funksiyası və tarazlığın qorunması ilə bağlı olduğu düşünülür.
Fiziki məşqdən sonra bərpaya dəstək ola bilər. Araşdırmalara görə, D vitamini intensiv məşqdən sonra yaranan əzələ zədələnməsi və iltihabın azalmasına kömək edə bilər. Lakin onun birbaşa ağrıkəsici təsir göstərdiyi sübut olunmayıb.
D vitaminini hansı qidalardan almaq olar?
Bu vitaminin əsas mənbələri arasında:
* qızılbalıq və forel;
* ultrabənövşəyi şüaya məruz qoyulmuş göbələklər;
* D vitamini ilə zənginləşdirilmiş süd;
* yumurtanın sarısı var.
D vitamini günəş işığının təsiri ilə də orqanizmdə yaranır. Bununla belə, günəşdən alınan miqdar mövsüm, coğrafi mövqe, yaş, dəri xüsusiyyətləri və günəşdən qoruyucu vasitələrdən istifadə kimi amillərdən asılıdır.
Mənbədə qeyd olunur ki, bir çox araşdırmaya əsasən, gündə təxminən 5-30 dəqiqə günəş işığında olmaq D vitamini istehsalına kömək edə bilər. Lakin əlavələr qəbul etməzdən əvvəl D vitamini səviyyəsini yoxlatmaq və həkimlə məsləhətləşmək tövsiyə olunur.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSevdiyiniz musiqi ağrını azalda bilər
İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr
30.10.2026 1005 Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
25.10.2026 903 Ən faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29.10.2026 1053 Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28.10.2026 1036 AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ
"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə
02.11.2026 895 Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video
"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl
17.10.2026 950 Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?
Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo
11.11.2026 654 Yumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17.10.2026 919 COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 752