SON DƏQİQƏ: Tramp İrana qarşı "iqtisadi D-Day" elan etdi - ABŞ-dan misli görünməmiş sanksiyalar

SON DƏQİQƏ: Tramp İrana qarşı "iqtisadi D-Day" elan etdi - ABŞ-dan misli görünməmiş sanksiyalarABŞ Prezidenti Donald Tramp administrasiyası İranı iqtisadi cəhətdən tam təcrid etməyə yönəlmiş yeni və daha sərt tədbirlərə başlayıb. ABŞ-ın maliyyə naziri Skott Bessent bu kampaniyanı "iqtisadi D-Day" adlandıraraq İrana qarşı "indiyədək rəqib ölkəyə qarşı tətbiq edilmiş ən böyük maliyyə hücumu"nun başladığını açıqlayıb.

BiG.AZ Reuters-ə istinadən xəbər verir ki, yeni strategiyanın əsas hədəfi təkcə İran deyil. Vaşinqton İranla ticarət edən və onun neftinin alınmasına, daşınmasına və maliyyə əməliyyatlarına kömək edən üçüncü ölkələrə və şirkətlərə də ikinci dərəcəli sanksiyalar tətbiq etməyi planlaşdırır. ABŞ bununla İranın neft gəlirlərini və beynəlxalq maliyyə kanallarını kəsməyə çalışır.

Tramp daha əvvəl bildirmişdi ki, İranla əlaqələri davam etdirən ölkələrin maliyyə qurumları, şirkətləri, hava limanları və dövlət strukturları da ciddi iqtisadi nəticələrlə üzləşə bilər.

İran: "Bunu müharibə aktı kimi qiymətləndirəcəyik"

Tehran isə ABŞ-ın yeni iqtisadi hücumuna sərt reaksiya verib. İran rəsmiləri xəbərdarlıq ediblər ki, ABŞ-ın iqtisadi kampaniyasına qoşulan ölkələrə qarşı cavab tədbirləri görüləcək. İran Milli Təhlükəsizlik Şurasının rəhbəri Möhsün Rzai bildirib ki, iqtisadi təzyiq davam edərsə, İran Fars körfəzindən neft ixracını tam dayandıra bilər.

Bu vəziyyət xüsusilə Hörmüz boğazı ilə bağlı narahatlığı artırır. Dünya enerji ticarəti üçün həyati əhəmiyyət daşıyan bu marşrutda hər hansı yeni məhdudiyyət neft qiymətlərinə və qlobal enerji bazarına ciddi təsir göstərə bilər.

İran rialı rekord həddə düşdü

ABŞ-ın yeni sanksiyalarının elan olunması ərəfəsində İran rialı da rekord minimuma enib. AP-nin məlumatına görə, dolların məzənnəsi 2 milyon rialı keçib. Ölkədə inflyasiya və ərzaq qiymətlərinin kəskin artması iqtisadi vəziyyəti daha da ağırlaşdırır.

ABŞ-ın yeni kampaniyasının Çinlə münasibətlərə də təsir göstərə biləcəyi bildirilir. Çin İran neftinin əsas alıcısı olaraq qalır və Vaşinqton Pekindəki şirkət və maliyyə qurumlarına qarşı sanksiyalar tətbiq edərsə, bu, ABŞ-Çin münasibətlərində yeni gərginlik yarada bilər.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 939   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!

Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir

12:18 232
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

17:26 86
.

Dövlət Bayrağımız qürurumuzdur

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ

11:49 212
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 185
.

Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim

Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca

17:03 98
.

Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq

Azərbaycan mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Mülki və ya ticarət işləri üzrə xaricd

20:15 1
.

İllərlə polisdən gizlənən ailə: Ana, qız və nəvə tutuldular

Türkiyənin İstanbul şəhərində zərgərlik mağazalarından etdikləri oğurluqlara görə məhkəmədən uzun illər gizlənən bir ailənin üç üzvü - ana, qızı və nəvəsi saxlanılıblar. Onlar Sancaqtəpə rayonunda yerləşən evlərin birində saxlanılıblar. Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadınlar "alıcı"

20:45 1
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

17:15 87
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

12:18 222
.