Bakıda iş rejimi ONLAYN OLA BİLƏR - Avqustun 15-dən...

Bakıda iş rejimi ONLAYN OLA BİLƏR - Avqustun 15-dən...Bakıda Yaşıl və Qırmızı metro xətlərinin ayrılması ilə bağlı aparılan işlər şəhərin mərkəzi hissəsində fəaliyyət göstərən şirkət və ofislərin iş rejiminə də təsir göstərə bilər.

Referans Media xəbər verir ki, Bakı Metropoliteninin Yaşıl və Qırmızı xətlərinin ayrılması layihəsi çərçivəsində müəyyən müddət ərzində metro hərəkətində məhdudiyyətlərin tətbiqi gözlənilir.

Hazırda Yaşıl və Qırmızı xətlər "28 May" stansiyasında birləşir və qatarlar bu sahədən sonra eyni istiqamətdə hərəkəti davam etdirir. Layihənin əsas məqsədlərindən biri isə gələcəkdə xətlərin müstəqil fəaliyyət göstərməsinə imkan yaratmaqdır.

Bu dəyişikliklərin xüsusilə "Nizami", "28 May", "Sahil", "İçərişəhər" və digər mərkəzi ərazilərdə yerləşən ofislərdə çalışan əməkdaşların gündəlik gediş-gəlişinə təsir göstərə biləcəyi ehtimal olunur.

Nəqliyyat yükünün artması və işə gedib-gəlmə müddətinin uzanması fonunda bəzi şirkətlərin əməkdaşlar üçün hibrid iş modelinə keçidi nəzərdən keçirə biləcəyi gözlənilir.

Belə ki, şirkətlər həftənin müəyyən günlərində əməkdaşların ofisdən, digər günlərində isə məsafədən işləməsinə şərait yarada bilər. Xüsusilə iş prosesinin böyük hissəsi onlayn həyata keçirilə bilən İT, media, maliyyə, konsaltinq və digər sahələrdə bunun daha real variant olduğu bildirilir.

Bununla yanaşı, şirkətlərin işə başlama və işdən çıxma saatlarını dəyişməsi, növbəli və ya çevik iş qrafiki tətbiq etməsi də alternativ variant kimi nəzərdən keçirilə bilər.

Qeyd edək ki, Bakı Metropoliteni Qırmızı və Yaşıl xətlərin mövcud infrastrukturunun plana alınması, GIS xəritələrinin və 3D rəqəmsal modelinin hazırlanması ilə bağlı da 2026-cı ilin aprelində tender elan edib./Bakıvaxtı.az/


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 842   Tarix: 16 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sahibkarların ən çox etdiyi vergi səhvləri: Hansı yanlışlıqlar cəriməyə səbəb ola bilər?

"Sahibkarlıq fəaliyyətində gəlir əldə etmək qədər vergi öhdəliklərinin düzgün və vaxtında yerinə yetirilməsi də mühüm əhəmiyyət daşıyır. Təcrübə göstərir ki, bəzi sahibkarlar vergi qanunvericiliyinin tələblərini kifayət qədər bilmədikləri, mühasibat uçotuna lazımi diqqət yetirmədikləri və ya sənədləşm

07.09.2026 238
.

Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın başlayıb - VİDEO

Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın başlayıb. -ın məlumatına görə, yanğının güclü külək səbəbindən genişləndiyi bildirilir. Yanğının ərazidə hansı səbəbdən baş verdiyi və xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur

07.09.2026 148
.

Almaniyada ifrat sağçı AfD seçkidə böyük qələbə qazandı

Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilər ölkənin siyasi mənzərəsində ciddi dəyişiklik nümayiş etdirib. Financial Times yazır ki, ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyası seçkidə ən böyük siyasi qüvvəyə çevrilib, lakin parlamentdə mütləq çoxluq əldə edə bilməyib

07.09.2026 206
.

İran Cənubi Koreyaya xəbərdarlıq edib ki, Hörmüzdəki mövcudluğu ABŞ-a dəstək kimi qəbul ediləcək və bunun "nəticələri" olacaq

İran Xarici İşlər Nazirliyinin sözçüsü bazar ertəsi günü X/Twitter-də paylaşım edərək bildirib ki, Cənubi Koreyanın Hörmüz körfəzi və boğazındakı əməliyyatlarda hərbi iştirakı və ya iştirakı ABŞ-ın "təcavüzünə" dəstək kimi qiymətləndiriləcək və ciddi nəticələrə səbəb olacaq. BİG.AZ The Jerusale

07.09.2026 192
.

Kişilər niyə pivəni bu qədər sevirlər? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Bir çox kişi üçün bir stəkan pivə sadəcə içki deyil - bu, dostlarla görüşmək, futbol izləmək, işdən sonra dincəlmək və ya hətta kişi mədəniyyətinin bir hissəsidir. Bununla belə, gəlin pivənin niyə belə bir ehtiras oyatdığını və elmin bu barədə nə dediyini araşdıraq. Pivə sevgisi çox vaxt bizə adi bi

07.09.2026 188
.

Seda Sayan 7 milyon manat qazanacaq

Türkiyəli müğənni Seda Sayan reklam layihələrindən əldə edəcəyi yüksək qonorarla gündəmə gəlib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı 4 fərqli markanın reklamında yer alaraq kamera qarşısına keçəcək. Bildirilib ki, Seda Sayan hər bir reklam layihəsinə görə 50 milyon lirə qonorar alacaq

07.09.2026 157
.

1,8 kilometrdə 200 min insan - Dünyanın ən izdihamlı çimərliyi

Çində yerləşən Dameyşa çimərliyi dünyanın ən izdihamlı çimərliklərindən biri hesab olunur. Bəzi günlər burada insanların sayı o qədər çox olur ki, istirahət edənlər nəinki qum üzərində boş yer tapmaqda, hətta dənizə çatmaqda belə çətinlik çəkirlər. xarici mediaya istinadla xəbər verir ki, Şençjen şəhərind

07.09.2026 189
.

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır. 1 unsiya qızılın qiyməti 7 605,49 manat təşkil edi

07.09.2026 140
.

Prezident Əziz Səncəri təltif etdi

Kimya üzrə Nobel mükafatçısı Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə gör

07.09.2026 194
.