Hava niyə vaxtından tez soyudu? -Açıqlama

Hava niyə vaxtından tez soyudu? -AçıqlamaAvqust ayının əvvəli olsa da, hava vaxtından tez sərinləşib. Ümumilikdə isə bu il yay mövsümündə əvvəlki illərlə müqayisədə şiddətli istilərin daha az müşahidə edildiyi diqqət çəkir.

Havaların belə keçməsi mövsüm üçün nə dərəcədə normaldır və qarşıdakı günlərdə bizi hansı hava şəraiti gözləyir?

Ekoloq Sadiq Həsənov Demokrat.az-a açıqlamasında söyləyib ki, bu il kəskin istilər olmasa da, hava o qədər də mülayim keçməyib:

"Bu, Azərbaycan, xüsusilə də Bakı-Abşeron üçün xarakterik iqlim və temperatur göstəriciləridir. Adətən avqust ayının əvvəllərində, iyul ayının sonlarında havanın temperaturu 40 dərəcəyə qədər çatırdı. Bu il isə temperatur bir qədər aşağı oldu. Ancaq havalar o qədər də sərin keçmədi, ümumilikdə isti hava müşahidə edildi. Yəni bunu normal iqlim şəraiti kimi qiymətləndirə bilərik. Bu il hava nə çox yüksək, nə də çox aşağı temperaturla müşahidə olundu. İqlim orta göstəricilərə uyğun keçdi. Külək məsələsinə gəldikdə isə nəzərə alaq ki, Bakı-Abşeron yarımadası Xəzər dənizinin içərisinə doğru uzanmış vəziyyətdədir. Buna görə də həm şimaldan, həm cənubdan, həm şərqdən, həm də qərbdən gələn hava kütlələrinin təsirinə məruz qalır. Burada formalaşan küləklər, əsasən, Xəzər dənizinin şimalında, Rusiya və Qazaxıstan əraziləri arasında formalaşan hava kütlələri ilə əlaqədardır. Temperaturun yüksəlməsi zamanı torpaq daha tez qızır və tez də soyuyur. Xəzər dənizi isə gec qızır və gec soyuyur. Bunun nəticəsində atmosfer təzyiqində fərq yaranır".

Ekoloq bildirib ki, normal halda atmosfer təzyiqi təxminən bir atmosfer olur:

"Lakin müəyyən hallarda burada 0,35-0,38, bəzən isə 0,40 atmosferə qədər təzyiq fərqi yarana bilir. Bunu millibarla ifadə etsək, 1035, 1037 və 1033 millibar kimi göstəricilər müşahidə olunur. Şimalda təzyiqin daha yüksək olması nəticəsində Xəzri küləkləri yaranır və bu küləklər şimaldan cənuba doğru əsir. Xəzər dənizi uzunsov formada olduğuna görə Xəzri küləkləri şimaldan başlayaraq cənuba doğru hərəkət edir. Bu küləklərin sürəti bəzən saniyədə 30-35, hətta 40 metrə qədər çata bilir. Bu da Bakı üçün xarakterik iqlim xüsusiyyətlərindən biridir. Xəzər dənizinin cənub hissəsində isə külək Elburs dağlarına toxunduqdan sonra İran ərazisində, Xəzərin cənub sahillərində istiqamətini dəyişərək geri qayıdır və Gilavar küləyi yaranır. Buna cənub küləyi də deyilir. Yəni Bakı-Abşeron yarımadası Xəzər dənizinin içərisinə doğru uzandığı üçün həm şimaldan, həm də cənubdan gələn küləklərin daimi təsirinə məruz qalır. Qış aylarında isə vəziyyət bir qədər fərqli olur. Bu dövrdə arktik hava kütlələri gəlir. Həmin soyuq hava kütlələri Böyük Qafqaz sıra dağlarına toxunaraq Xəzər dənizinin şimalındakı dar keçiddən dənizə daxil olur. Cənubdan gələn siklonlar isə Aralıq dənizi və Afrika istiqamətindən hərəkət edən hava kütlələri ilə əlaqədardır və onlar da Bakı-Abşeronun iqliminin formalaşmasına təsir göstərir. İndiki halda müşahidə etdiyimiz hava şəraiti Bakı-Abşeron üçün normal və xarakterik iqlim göstəricilərinə uyğundur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 896   Tarix: 16 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi

10:37 238
.

Məşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?

Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib

13.11.2026 353
.

Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind

10:35 178
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 439
.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

15:00 0
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 171
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 477
.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 356
.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 173
.