Kartdan-karta ianə köçürmələri dayandırılır? - AÇIQLAMA

Kartdan-karta ianə köçürmələri dayandırılır? - AÇIQLAMAAvqustun 1-dən etibarən kartdan-karta köçürmələrə tətbiq olunan yeni məhdudiyyətlər şəxsi bank kartları vasitəsilə həyata keçirilən yardım kampaniyalarının gələcəyi ilə bağlı suallar yaradıb. Belə ki, indiyədək müalicə xərcləri, təhsil və digər sosial ehtiyacların qarşılanması üçün vətəndaşlar əsasən şəxsi kart hesablarını paylaşaraq çoxsaylı şəxslərdən ianə toplayıblar. Yeni qaydaların tətbiqi fonunda belə kampaniyaların hansı mexanizmlə davam etdiriləcəyi və sosial məqsədli köçürmələrin məhdudiyyətlərdən necə qorunacağı məsələsi aktuallaşıb. Digər tərəfdən, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Kraudfandinq haqqında" Qanun vəsaitlərin xüsusi platformalar üzərindən daha sistemli və şəffaf şəkildə toplanması üçün yeni imkanlar yaradır. Bu baxımdan, yeni mexanizmin ənənəvi kartdan-karta yardım kampaniyalarını nə dərəcədə əvəz edə biləcəyi və vətəndaşlar üçün praktik tətbiqinin necə təşkil olunacağı diqqət çəkir.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, kartdan-karta köçürmələrə tətbiq olunan yeni qaydalar əslində əvvəllər ayrı-ayrı banklar tərəfindən tətbiq edilən məhdudiyyətlərin vahid şəkildə ümumiləşdirilməsidir.

Onun sözlərinə görə, yeni qaydalar bütün əməliyyatlara deyil, yalnız riskli hesab olunan köçürmələrə şamil edilir.

"Əvvəllər də banklar tərəfindən müəyyən məhdudiyyətlər və qaydalar tətbiq olunurdu. Yeni qaydalar isə əsasən riskli qrup və ya riskli əməliyyat hesab olunan köçürmələrə aid ediləcək".

Deputat qeyd edib ki, yardım və sosial kampaniyalar bu kateqoriyaya daxil deyil:

"İstər yardım kampaniyaları, istərsə də digər sosial kampaniyalar kartdan-karta əməliyyatlarla bağlı riskli əməliyyatlar hesab olunmur. Riskli əməliyyat sayılmadıqları üçün banka əvvəlcədən məlumat verməklə həmin kampaniyaları hər hansı məhdudiyyət olmadan həyata keçirmək mümkün olacaq. Bu baxımdan, xüsusilə təhsil, sosial və səhiyyə sahələri üzrə təşkil olunan kampaniyaların keçirilməsində hər hansı maneənin yaranacağı gözlənilmir".

V.Bayramov vurğulayıb ki, bu kampaniyalarla bağlı əsas tələb bankın məlumatlandırılması ola bilər:

"Qeyd etdiyimiz kimi, həmin kampaniyalar riskli hesab edilmir. Buna görə də banklar tərəfindən onlara məhdudiyyət tətbiq olunacağı gözlənilmir. Sadəcə, bununla bağlı banka məlumat verilməsi tələb oluna bilər".

Deputat bildirib ki, kartdan-karta köçürmələrə tətbiq olunan yeni qaydalar "Kraudfandinq haqqında" qanunla ziddiyyət təşkil etmir:

""Kraudfandinq haqqında" qanunda xüsusi platformaların yaradılması nəzərdə tutulur. Bu platformalar vasitəsilə startaplar və sahibkarlar maliyyə cəlb edə, onlayn səhmlərin yerləşdirilməsini, həmçinin bəzi hallarda yardım və ianələrin toplanmasını həyata keçirə biləcəklər.

Kraudfandinq platformaları Mərkəzi Bankın reyestrində qeydiyyata alınacaq. Rəsmi qeydiyyatdan keçdikləri, rəsmi fəaliyyət göstərdikləri və bank hesablarına malik olduqları üçün həmin platformalar üzərindən aparılan əməliyyatlara hər hansı məhdudiyyət tətbiq olunması nəzərdə tutulmur. Bu əməliyyatlar kartdan-karta köçürmələrdən kənar həyata keçirilən transferlərdir. Ona görə də kartdan-karta əməliyyatlarına tətbiq edilən qaydalar heç bir halda "Kraudfandinq haqqında" qanunla ziddiyyət təşkil etmir", - deyə V.Bayramov əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 814   Tarix: 16 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi

10:37 238
.

Məşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?

Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib

13.11.2026 353
.

Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind

10:35 178
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 439
.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

15:00 0
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 171
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 477
.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 356
.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 173
.