Bu gündən metronun "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti dayandırılıb
"Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində bu gündən etibarən "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb.
BiG.AZ xəbər verir ki, AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC tərəfindən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb. Tikinti işlərinin təxminən 10-11 ay davam edəcəyi planlaşdırılır.
Layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na uyğun icra olunur.
Bakı metrosunun gələcək inkişafı üçün strateji zərurət olan layihənin əsas məqsədi Qırmızı və Yaşıl xətlər arasında asılılığa son qoymaq, stansiyalarda sıxlığı azaltmaq, qatarlararası intervalı minimuma endirmək və hərəkətin dayanıqlılığını təmin etməkdir.
Hazırda "28 May" stansiyasının platformasında fərqli istiqamətlərə gedən minlərlə sərnişin eyni sahəni paylaşır. Bu isə xüsusilə pik saatlarda normadan artıq yüklənməyə və sərnişinlərin qatarlara minib-düşməsində ciddi çətinliklərə səbəb olur.
Layihə tamamlandıqdan sonra "İçərişəhər" istiqamətinə gedən sərnişinlər "28 May", "Dərnəgül" istiqamətinə gedənlər isə "Cəfər Cabbarlı" stansiyasının platformasından istifadə edəcəklər. Bununla yanaşı, "28 May" və "Cəfər Cabbarlı" stansiyalarını birləşdirən və tikintisi artıq yekunlaşmaq üzrə olan ikinci sərnişin pilləkəni stansiyalar arasında daha rahat və sürətli keçidə imkan verəcək.
Metroda hərəkətin dayandırılması ilə əlaqədar sərnişin daşımalarında yarana biləcək əlavə yükün qarşılanması məqsədilə AYNA tərəfindən də dəstəkləyici tədbirlər görülüb.
Belə ki, AYNA tərəfindən bir gün əvvəl, avqustun 14-də 6 yeni ekspres avtobus marşrutu fəaliyyətə başlayıb.
M1 marşrutu "Elmlər Akademiyası" və "28 May" metrostansiyalarını, M2 "İnşaatçılar", "Nizami" və "28 May" stansiyalarını, M3 "20 Yanvar", "Nizami" və "28 May" stansiyalarını, M4 "20 Yanvar" və "Koroğlu" stansiyalarını, M5 "20 Yanvar" və "Gənclik" stansiyalarını, M6 isə "Elmlər Akademiyası" və "Gənclik" stansiyalarını birləşdirir.
Eyni zamanda, 20 müntəzəm marşrutda, yəni 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli marşrutlarda avtobusların sayının artırılması həyata keçirilib.
Bundan başqa, bu gündən "28 May" Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqələri dəyişdirilərək Səməd Vurğun bağının ətrafında təşkil olunub. Belə ki, 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların isə Puşkin küçəsində təyin edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 966 Tarix: 15 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEtibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi
10:37 238 Məşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?
Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib
13.11.2026 353 Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind
10:35 178 Polad Həşimovun anasının vəziyyəti necədir?
Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs
13.11.2026 439 Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi
Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə
15:00 0 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb
11:06 171 "Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"
Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula
13.11.2026 477 Tovuzda hamilə bıçaqlanıb
Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır
13.11.2026 356 Ağdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
11:18 173