Müasir müharibənin yeni üzü: Dronlar, raketlər və süni intellekt

Müasir müharibənin yeni üzü: Dronlar, raketlər və süni intellekt"Bu gün dünyaya nəzər saldıqda mənzərə kifayət qədər narahatedicidir. ABŞ-İran, Ukrayna-Rusya, Yaxın Şərq və digər regionlarda davam edən münaqişələr və yeni münaqişə ocaqlarının yaranma ehtimalı göstərir ki, müasir müharibənin xarakteri köklü şəkildə dəyişir. Artıq savaş yalnız tankların, artilleriyanın və canlı qüvvənin qarşı-qarşıya gəlməsi deyil. İndi həm diplomatik, siyasi həm də dronlar, raketlər, peyk sistemləri, elektron müharibə, süni intellekt və kibertexnologiyalar döyüş meydanının əsas elementlərinə çevrilib."

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert qeyd edib ki, "III Dünya müharibəsi artıq başlayıb" demək siyasi baxımdan ehtiyat tələb edən yanaşmadır. Çünki III Dünya müharibəsi klassik mənada dünya güclərinin bir-birinə qarşı genişmiqyaslı, formal müharibəsi deməkdir. Bu gün isə daha çox ayrı-ayrı müharibələrin və regional qarşıdurmaların bir-biri ilə geosiyasi, iqtisadi, texnoloji və hərbi baxımdan əlaqələndiyi yeni bir mərhələni müşahidə edirik.

Amma bir reallıq danılmazdır ki, dünyada müharibənin yeni texnoloji modeli formalaşıb. Ukrayna və İran cəbhəsi bunun ən bariz nümunəsidir. Burada dronlar kəşfiyyatdan tutmuş zərbə əməliyyatlarına qədər geniş spektrdə istifadə olunur. Raketlər və pilotsuz uçuş aparatları artıq yalnız əlavə vasitə deyil, müharibənin strateji alətlərindən birinə çevrilib. Aparılan təhlillərə görə, 2026-cı ildə Rusiya-Ukrayna, ABŞ-İran müharibəsində uzaqmənzilli raket və dron kampaniyaları döyüşün əsas istiqamətlərindən biridir və ucuz, kütləvi istehsal olunan dronlar hava hücumlarının miqyasını ciddi şəkildə artırıb.

Burada mühüm məqam ondan ibarətdir ki, dron müharibənin "ucuzlaşdırılmış" silahıdır, amma təsiri heç də ucuz deyil. Bir neçə min dollarlıq və ya nisbətən aşağı qiymətli pilotsuz aparat milyonlarla dollarlıq hava hücumundan müdafiə raketini işə salmağa məcbur edə bilər. Beləliklə, müharibə artıq təkcə "kim daha güclü silaha malikdir?" sualı ilə deyil, "kim daha ucuz vasitə ilə qarşı tərəfə daha böyük xərc yükləyə bilir?" sualı ilə də ölçülür. Bu, hərbi strategiyada tamamilə yeni yanaşmadır.

Digər tərəfdən, dronlar müharibənin coğrafiyasını da dəyişir. Artıq cəbhə xətti ilə arxa cəbhə arasında əvvəlki kimi sərt sərhəd yoxdur. Ukraynanın min kilometrlərlə uzaqdakı strateji obyektlərə dron zərbələri endirməsi, Rusiyanın isə uzaqmənzilli raket və dronlarla Ukraynanın enerji, logistika və digər infrastrukturuna zərbələr vurması bunun göstəricisidir.

Yaxın Şərqdəki proseslər də eyni tendensiyanı nümayiş etdirir. Raket və dronların genişmiqyaslı tətbiqi göstərir ki, gələcəyin müharibəsi artıq yalnız hava qüvvələrinin dominantlığı üzərində qurulmayacaq. Kütləvi və dəqiq zərbə imkanları, süni intellekt, elektron mübarizə və pilotsuz sistemlərin inteqrasiyası yeni hərbi doktrinaların əsasını təşkil edir.

"Ona görə də mən hesab edirəm ki, "III Dünya müharibəsi dron və raketlərlə aparılır" ifadəsini birbaşa hüquqi-siyasi fakt kimi yox, müasir müharibənin mahiyyətini ifadə edən metafora kimi qəbul etmək daha doğrudur.
Əslində, qarşıda daha təhlükəli bir mərhələ dayanır: müxtəlif regional müharibələrin texnologiya, silah təchizatı, iqtisadi sanksiyalar, kiberhücumlar və hərbi ittifaqlar vasitəsilə bir-birinə bağlanması. Bu zaman müharibə bir ölkənin sərhədlərindən çıxaraq qlobal sistemə təsir göstərir.

Bu gün göydə uçan dron, uzaq məsafədən buraxılan raket və ya kiberhücumun arxasında bəzən minlərlə kilometr uzaqdakı siyasi qərar dayanır. Deməli, müasir müharibənin əsas xüsusiyyəti yalnız silahın dəyişməsi deyil, müharibənin özünün qloballaşmasıdır.

III Dünya müharibəsinin klassik mənada başlayıb-başlamadığını tarix müəyyən edəcək. Lakin bir həqiqət artıq göz qabağındadır ki, III Dünya müharibəsi olmasa belə, III Dünya müharibəsinin texnoloji elementləri artıq dünyanın müxtəlif münaqişələrində sınaqdan keçirilir. Və bu, bəşəriyyət üçün çox ciddi xəbərdarlıqdır."- deyə, B.Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 937   Tarix: 14 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 356
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 182
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 171
.

Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü

13.11.2026 391
.

Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi

Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar

13.11.2026 311
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 477
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 439
.

Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU

Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi

13.11.2026 330
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 204
.