Mənzil alarkən bu səhvə yol verməyin - "Söküləcək" deyilən binalarla bağlı xəbərdarlıq

Mənzil alarkən bu səhvə yol verməyin - "Söküləcək" deyilən binalarla bağlı xəbərdarlıq""Yeni tikili, yoxsa köhnə tikili: vətəndaş üçün hansı daha sərfəlidir?" sualını yalnız "yeni" və "köhnə" anlayışları ilə müəyyənləşdirmək düzgün deyil. Əsas məsələ mənzilin real bazar dəyəri ilə onun alıcıya verdiyi üstünlüklər arasındakı nisbətdir".

Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.

O, qeyd edib ki, yeni tikililər adətən daha müasir planlaşdırma, yeni kommunikasiya sistemləri, lift, parkinq və müasir infrastruktur imkanları ilə seçilir. Köhnə tikililərin üstünlüyü isə çox vaxt onların yerləşdiyi ərazi və formalaşmış infrastrukturla bağlı olur. Bəzən 30-40 illik binada yerləşən mənzil şəhərin ən əlverişli nöqtəsində olur və yeni tikilidəki mənzildən daha likvid hesab edilə bilər:

"Ona görə də vətəndaşa "yeni tikili alın" və ya "köhnə tikili alın" demək düzgün olmaz. Əsas məsələ konkret mənzilin qiyməti, yerləşməsi, hüquqi statusu, texniki vəziyyəti və alıcının ehtiyaclarıdır.

Median qiymətin daha yüksək olması isə yalnız bazardakı ümumi qiymət səviyyəsini göstərir. Yeni tikilidə mənzilin qiymətinə əlavə olaraq lift, həyət, parkinq, təhlükəsizlik, yeni kommunikasiya sistemləri və digər imkanlar daxil ola bilər. Lakin alıcı bu üstünlüklərin hamısından istifadə etmirsə, onlar üçün ödədiyi əlavə məbləğin iqtisadi faydası olmaya bilər.

Digər tərəfdən, köhnə tikilidə mənzil ilkin olaraq daha ucuz görünə bilər. Amma mənzil ciddi təmir tələb edirsə, təmir xərcləri nəzərə alındıqda son nəticədə yeni tikilidən daha baha başa gələ bilər.

Yeni tikilidə xüsusilə binanın hüquqi statusu, tikinti sənədləri, mənzilin çıxarışı və mülkiyyət hüququ diqqətlə yoxlanılmalıdır. Köhnə tikilidə isə çıxarışla yanaşı, mülkiyyət tarixçəsi, yüklülük və digər hüquqi məsələlər araşdırılmalıdır.

Yeni tikililərdə əsas risklərdən biri tikinti şirkətindən və layihənin hüquqi statusundan asılılıqdır. Alıcı yalnız mənzilin daxili görünüşünə və təmirinə diqqət yetirməməlidir. Şirkətin əvvəlki layihələri, binanın istismara verilməsi, sənədləşmə, kommunal məsələlər və mülkiyyət hüququ mütləq araşdırılmalıdır.

Digər mühüm məsələ mənzilin təhvil vəziyyətidir. "Yeni tikili" ifadəsi vətəndaşda avtomatik olaraq problemsiz və yaşayışa hazır mənzil təsəvvürü yarada bilər. Halbuki mənzil təmirsizdirsə, onun yaşayış üçün hazır vəziyyətə gətirilməsi əlavə və kifayət qədər böyük xərc tələb edə bilər.

Eyni zamanda, "köhnə bina" avtomatik olaraq "söküləcək bina" demək deyil. Burada əsas məsələ konkret binanın hüquqi və texniki statusudur. Əgər ərazidə rəsmi yenidənqurma və ya söküntü planı varsa, bu, mənzilin gələcək dəyərinə ciddi təsir göstərə bilər.

Digər tərəfdən, bəzi alıcılar məhz söküntü potensialına görə köhnə tikilidə mənzil almağa üstünlük verirlər. Lakin burada ən təhlükəli yanaşma şayiələrə əsaslanmaqdır. "Deyirlər, bu bina söküləcək, ona görə alıram" məntiqi ilə daşınmaz əmlak almaq risklidir.

Daşınmaz əmlakla bağlı qərar şifahi məlumatlara deyil, rəsmi sənədlərə və təsdiqlənən məlumatlara əsaslanmalıdır. Nəticə etibarilə, mənzilin yeni və ya köhnə olması onun sərfəliliyini təkbaşına müəyyən etmir. Əsas məsələ qiymət, lokasiya, hüquqi status, texniki vəziyyət, əlavə xərclər və həmin mənzilin alıcının ehtiyaclarına nə dərəcədə uyğun olmasıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1022   Tarix: 14 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 356
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 182
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 171
.

Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü

13.11.2026 391
.

Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi

Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar

13.11.2026 311
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 477
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 439
.

Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU

Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi

13.11.2026 330
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 204
.