Mobil bazarda rəqabət niyə zəifdir? - Əsas səbəblər açıqlanır

Mobil bazarda rəqabət niyə zəifdir? - Əsas səbəblər açıqlanır"Yeni operatorun mobil rabitə bazarına daxil olmasının qarşısında duran əsas maneələri bir neçə qrupda ümumiləşdirmək olar".

Bunu BiG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildirib.

O, qeyd edib ki, mobil rabitə bazarı məhdud resurslara əsaslanan sahələrdən biridir. Yeni operatorun bazara daxil olması üçün yalnız texnoloji imkanların olması kifayət etmir. Bunun üçün dövlətdən radiofrekans spektrindən, yəni müəyyən tezliklərdən istifadə hüququ verən lisenziyanın alınması tələb olunur:

"Radio tezlikləri sonsuz resurs deyil. Mövcud operatorlar tezliklərin böyük hissəsindən artıq istifadə edirlər. Bu səbəbdən yeni operator üçün boş və uyğun tezliklərin tapılması çətin ola bilər. Bundan əlavə, belə lisenziyaların əldə edilməsi kifayət qədər yüksək maliyyə vəsaiti tələb edir.

Digər mühüm məsələ infrastruktur xərcləridir. Yeni operatorun bütün ölkəni əhatə edən antenalar və rabitə şəbəkəsi qurması üçün milyardlarla dollar investisiya tələb oluna bilər. Bu isə yüksək riskli və uzunmüddətli investisiya deməkdir.

Dövlət tənzimləmələri də bazara giriş imkanlarına ciddi təsir göstərir. Dövlətlər adətən telekommunikasiya sektorunu strateji sahə kimi qiymətləndirirlər. Hazırda bir çox ölkədə mobil rabitə bazarı bir neçə böyük operator arasında bölünüb. Dövlət yeni oyunçunun bazara daxil olması ilə mövcud balansın pozulmasından və ya infrastruktur təhlükəsizliyi ilə bağlı risklərin yaranmasından ehtiyat edə bilər.

Tənzimləyici qurumların bu prosesdə rolu da böyükdür. Azərbaycanda rəqabət mühitinin tənzimlənməsi və antiinhisar siyasətinin həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət qurumları fəaliyyət göstərir. Yeni operatorun bazara daxil olması üçün müəyyən edilən lisenziya şərtləri və rəqabət qaydaları isə kifayət qədər mürəkkəb ola bilər.

Mövcud böyük operatorların bazardakı mövqeyi də yeni rəqiblərin meydana çıxmasına təsir edən amillərdəndir. Böyük operatorlar bazarda üstünlüklərini qorumaq üçün ciddi maliyyə və institusional imkanlara malikdirlər. Onlar müştəriləri uzunmüddətli müqavilələrlə öz xidmətlərində saxlaya və yeni rəqiblərin bazara daxil olmasını çətinləşdirən şərtlərin formalaşmasına təsir göstərə bilərlər.

Bazarda yeni rəqiblərin olmaması isə mövcud operatorların qiymət müəyyənləşdirmə gücünü artırır. Rəqabət zəiflədikdə operatorlar enerji, avadanlıq, lisenziya və əməkhaqqı kimi xərcləri qarşılamaqla yanaşı, mənfəət əldə etmək üçün xidmət qiymətlərini yüksək səviyyədə saxlaya bilirlər.

Bazara yeni operatorun daxil olması üçün bir sıra şərtlərin təmin edilməsi vacibdir. İlk növbədə, tezliklərin daha əlçatan və münasib şərtlərlə bölüşdürülməsi təmin edilməlidir. Eyni zamanda, yeni operatorlar üçün vergi güzəştləri və digər investisiya stimullarının yaradılması mümkündür. Rəqabət qanunvericiliyinin daha aktiv tətbiqi, mövcud operatorların bazardakı üstün mövqelərindən sui-istifadəsinin və qiymət manipulyasiyalarının qarşısının alınması da mühüm əhəmiyyət daşıyır.

Nəticə etibarilə, yeni operatorun bazara daxil olması üçün yalnız istək kifayət etmir. Bunun üçün uyğun və boş tezliklərin mövcudluğu, lisenziya xərclərinin məqbul səviyyədə olması, investisiya imkanlarının yaradılması və dövlətin yeni rəqabət mühitini dəstəkləməsi vacibdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 959   Tarix: 14 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 356
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 182
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 171
.

Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü

13.11.2026 391
.

Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi

Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar

13.11.2026 311
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 477
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 439
.

Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU

Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi

13.11.2026 330
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 204
.