Uşaqların psixoloji sağlamlığı dövlət siyasətinin mühüm istiqamətidir

Uşaqların psixoloji sağlamlığı dövlət siyasətinin mühüm istiqamətidirUşaqlar cəmiyyətin gələcəyi, dövlətin ən mühüm sosial sərvətlərindən biridir. Onların sağlam, təhlükəsiz və sağlam psixoloji mühitdə böyüməsi yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin və dövlətin qarşısında duran mühüm vəzifələrdəndir. Müasir dövrdə uşaqların psixoloji müdafiəsi xüsusilə aktuallaşıb. Ailə münasibətləri, məktəb mühiti, həmyaşıdlarla ünsiyyət, informasiya bolluğu və sosial şəbəkələr uşaqların dünyagörüşünə və emosional vəziyyətinə ciddi təsir göstərə bilir.

Azərbaycan dövləti tərəfindən həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biri də uşaqların hüquqlarının və mənafelərinin qorunması, onların hərtərəfli inkişafı üçün əlverişli şəraitin yaradılmasıdır. Bu siyasət uşaqların yalnız maddi və fiziki təhlükəsizliyini deyil, onların mənəvi və psixoloji rifahını da əhatə edir.
Uşaqların hüquqları etibarlı şəkildə qorunur.

.
Uşaqların psixoloji təhlükəsizliyinin təmin olunmasının əsas şərtlərindən biri onların hüquqlarının qanunvericiliklə qorunmasıdır. Azərbaycan qanunvericiliyində uşaqların hüquq və mənafelərinin müdafiəsi, zorakılıqdan və ayrı-seçkilikdən qorunması, təhsil və səhiyyə xidmətlərinə çıxışının təmin edilməsi ilə bağlı mühüm müddəalar mövcuddur.
Bu istiqamətdə dövlət qurumlarının fəaliyyəti uşağın üstün mənafeyi prinsipinə əsaslanır. Uşağın fikrinə hörmət edilməsi, onun şəxsiyyət kimi formalaşmasına şərait yaradılması və təhlükəsiz mühitdə böyüməsinin təmin olunması xüsusi əhəmiyyət daşıyır.

Ailə uşağın ilk psixoloji mühitidir

Uşağın psixoloji inkişafında ailənin rolu əvəzsizdir. Valideynlərin övladları ilə düzgün ünsiyyət qurması, onların problemlərini dinləməsi və emosional ehtiyaclarına diqqət yetirməsi sağlam şəxsiyyətin formalaşmasına mühüm təsir göstərir.Ailədə sevgi, qarşılıqlı hörmət və etimad mühitinin olması uşağın özünəinamının formalaşmasına kömək edir. Əksinə, davamlı münaqişə, təzyiq və laqeydlik uşağın emosional vəziyyətinə mənfi təsir göstərə bilər. Bu səbəbdən dövlətin ailələrin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər mühüm əhəmiyyət daşıyır.

Məktəblərdə psixoloji mühitin əhəmiyyəti

Uşaqların psixoloji sağlamlığının qorunmasında məktəb də xüsusi rol oynayır. Məktəb yalnız bilik verilən müəssisə deyil, həm də uşağın sosiallaşdığı, dostluq münasibətləri qurduğu və şəxsiyyət kimi formalaşdığı mühüm mühitdir.
Məktəbdə müəllim, valideyn və psixoloq əməkdaşlığı gücləndirilməlidir. Uşağın davranışında və emosional vəziyyətində baş verən dəyişikliklərə vaxtında diqqət yetirmək, onun problemlərini dinləmək və zəruri hallarda peşəkar dəstək göstərmək vacibdir.

Bu baxımdan məktəb psixoloqlarının fəaliyyətinin gücləndirilməsi, müəllimlərin psixoloji maarifləndirilməsi və valideynlərlə mütəmadi əməkdaşlıq uşaqların müdafiəsində mühüm vasitələrdir

Sosial şəbəkələr yeni çağırışlar yaradır

Müasir texnologiyalar uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib. İnternet və sosial şəbəkələr təhsil, informasiya və ünsiyyət baxımından geniş imkanlar yaratsa da, uşaqlar üçün müəyyən psixoloji və sosial risklər də formalaşdıra bilər.
Kiberzorakılıq, zərərli məzmun, yad şəxslərlə təhlükəli ünsiyyət və sosial şəbəkələrdən həddindən artıq istifadə uşaqların emosional rifahına mənfi təsir göstərə bilər. Bu səbəbdən uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətində getdikcə daha çox diqqət tələb edən məsələlərdəndir.
2026-cı ildə Azərbaycanda 16 yaşına çatmayan uşaqların bəzi sosial şəbəkələrdə fərdi hesab açması ilə bağlı məhdudiyyətlərin müəyyənləşdirilməsi də uşaqların rəqəmsal mühitdə müdafiəsi baxımından müzakirə olunan mühüm addımlardandır. Burada əsas məqsəd uşaqların informasiya mühitində üzləşə biləcəyi risklərin azaldılması və onların təhlükəsizliyinin gücləndirilməsidir.

Maarifləndirmə əsas şərtlərdən biridir

Uşaqların psixoloji sağlamlığının qorunması yalnız problemlər yarandıqdan sonra müdaxilə ilə məhdudlaşmamalıdır. Əsas məqsəd risklərin əvvəlcədən müəyyənləşdirilməsi və qarşısının alınmasıdır.
Bu baxımdan valideynlərin, müəllimlərin və uşaqlarla işləyən digər şəxslərin psixoloji biliklərinin artırılması mühüm əhəmiyyət daşıyır. Uşağın yaş xüsusiyyətlərini bilmək, onun emosiyalarını düzgün anlamaq və problemlərinə sağlam yanaşmaq bir çox çətinliyin qarşısının alınmasına imkan verir.

Uşaqların gələcəyi bizim məsuliyyətimizdir

Azərbaycanın dövlət uşaq siyasətinin əsas məqsədlərindən biri uşaqlar üçün sağlam və təhlükəsiz mühit yaratmaqdır. Bu məqsədə çatmaq üçün hüquqi müdafiə, sosial təminat, təhsil, səhiyyə, psixoloji xidmətlər və ailə institutunun gücləndirilməsi bir-biri ilə əlaqəli şəkildə həyata keçirilməlidir.

Uşağın özünü təhlükəsiz hiss etdiyi ailə, məktəb və cəmiyyət onun gələcək həyatının möhkəm təməlini formalaşdırır. Dövlət tərəfindən atılan addımların səmərəliliyi isə ailə və cəmiyyətin fəal iştirakı ilə daha da artır.
Unutmaq olmaz ki, uşağın psixoloji sağlamlığına göstərilən diqqət əslində ölkənin gələcəyinə göstərilən diqqətdir. Bu gün sağlam düşüncəli, hüquqları qorunan, özünə güvənən və cəmiyyətə faydalı şəkildə yetişən uşaqlar sabah Azərbaycanın inkişafına töhfə verən vətəndaşlar olacaqlar.

Təranə Paşayeva
Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 788   Tarix: 14 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 356
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 182
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 171
.

Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü

13.11.2026 391
.

Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi

Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar

13.11.2026 311
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 477
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 439
.

Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU

Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi

13.11.2026 330
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 204
.