"Söyərəm də, o tərəfə də keçərəm" - "Boulevard Hotel"dəki qətl İŞİ
Bakı Ağır Cinayətlər Məhkəməsində iş yoldaşını bıçaqla qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən Seymur Manafov özünü təqsirli bildiyini deyib.
Məhkəmə daha sonra şahid ifadələri ilə davam edib.
Şahid M.F bildirib ki, təqsirləndirilən Seymur Manafov və qətlə yetirilən Şəmistan Əliyevlə iş yoldaşı olublar:
"Həmin gün yeməkdə idik, sonra getdik siqaret çəkməyə. Qayıdanda gördüm aləm qarışıb, dava var. Şəmistan ona pis söyüş söydü. Seymur buna etiraz etdi ki, yeməkdən gec qayıtdım deyə məni söyə bilməzsən. Bir onu gördüm ki, Seymur şkafdan bıçaq götürüb qaça-qaça gəlir. Şəmistanın yanında dayanmışdım, onu sakitləşdirməyə çalışırdım. Seymurun əlində bıçaq bu cür gəlməyini görəndə qorxub qırağa çəkildim. O, bıçağı iki dəfə Şəmistana soxdu. Aləm bir-birinə qarışmışdı, əməkdaşlarımız hadisə yerinə gəlib çıxdılar. Mən Şəmistanı yerə uzatdım, gödəkcəmi çıxarıb onun yarasına basdım, təcili yardım çağırdıq".
Şahid V.R bildirib ki, həmin gün Şəmistan icazə aldığına görə işə gec gəlib:
"Mən camaşırxanaya düşəndə, səs eşitdim, elə bildim ki, maşınların səsidir. Yaxınlaşanda Seymurun Şəmistana sənə neçə dəfə demişəm ki, mənimlə söyüşlə danışma? dediyini eşitdim. Şəmistan qayıtdı ki, mən heç vaxt sənin şəxsinə, ailənə söymədim. Bu söz Seymuru əsəbiləşdirdi, o, bu nə danışıqdır? Sən istəsən də şəxsimə söyə bilməzsən dedi. Bunu deyən kimi Seymurun qaçdığını gördüm. O, özündə deyildi deyə ardınca getdim. O, şkafdan götürdüyü bıçağı iki dəfə Şəmistana vurdu. Rəhmətlik əsə-əsə də olsa, ayaq üstündə idi, sonra birdən yerə çökdü. Onun dili qatlanmışdı, güc-bəla ilə çıxartdım. Oraya gələn digər iş yoldaşlarımız onun yarasına dəsmal tutmuşdular. Hər ikisi iş yoldaşım olub. Şəmistanla dörd-beş aydır ki, bir yerdə işləyirdik. Seymuru isə uşaqlıqdan tanıyıram. Birlikdə İkinci Qarabağ müharibəsində döyüşlərdə iştirak etmişik".
Şahid A.P "Boulevard Hotel"də iki ildir ki, işlədiyini deyib:
"Həmin gün işdə idim, dəsmalları qatlayırdım. Seymur və Şəmistanın səslərini eşidib nə baş verdiyini öyrənmək üçün onlara yaxınlaşdım. Seymur deyirdi sənə neçə dəfə demişəm mənə söyüş söymə?. Şəmistan da ona qayıtdı ki, söyərəm də, o tərəfə də keçərəm".
Növbəti proses 20 avqust saat 17:00- təyin olunub.
Xatırladaq ki, hadisə 2026-cı ilin yanvar ayının 25-i saat 19:00 radələrində "Ağ şəhər" bulvarında yerləşən "Boulevard Hotel"də qeydə alınıb.
Hoteldə ofisiant işləyən 30 yaşlı paytaxt sakini Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb. Hadisənin hotelin digər ofisiantı 34 yaşlı Abşeron sakini Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
S.Manafov polis əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı cinayət işi başlanıb, Seymur Manafov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 881 Tarix: 13 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTovuzda hamilə bıçaqlanıb
Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır
13.11.2026 356 Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy
10:31 182 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb
11:06 171 Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü
13.11.2026 391 Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi
Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar
13.11.2026 311 "Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"
Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula
13.11.2026 477 Polad Həşimovun anasının vəziyyəti necədir?
Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs
13.11.2026 439 Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU
Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi
13.11.2026 330 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
11:22 204