Naxçıvan regional logistika mərkəzinə çevrilə bilər - əsas şərtlər

Naxçıvan regional logistika mərkəzinə çevrilə bilər - əsas şərtlər"Zəngəzur dəhlizinin açılması və Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə daha rahat nəqliyyat bağlantısının təmin olunması regionun iqtisadiyyatında ciddi canlanma yaratmaq üçün real imkanlar yaradır. Lakin bu, avtomatik olaraq baş verməyəcək".

Bunu BiG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

O, qeyd edib ki, dəhliz ilk növbədə Naxçıvanın uzun illər üzləşdiyi nəqliyyat və logistika məhdudiyyətlərinin aradan qaldırılmasına imkan verə bilər. Nəticədə yükdaşıma xərcləri və çatdırılma müddəti azala, yerli məhsulların həm Azərbaycanın digər bölgələrinə, həm də Türkiyə və digər xarici bazarlara çıxışı asanlaşa bilər:

"Ən böyük iqtisadi nəticə logistika, ticarət, kənd təsərrüfatı, emal sənayesi, turizm və xidmət sektorlarında özünü göstərə bilər. Naxçıvanın Türkiyə ilə birbaşa nəqliyyat bağlantısının güclənməsi burada istehsal olunan məhsullar üçün yeni bazarlar açmaqla yanaşı, Türkiyədən və digər ölkələrdən investisiyaların cəlb olunmasını da asanlaşdıra bilər.

Dəhliz Naxçıvanın regional tranzit və logistika mərkəzinə çevrilməsi üçün də yeni imkanlar yaradır. Regionun Azərbaycan-Türkiyə-İran istiqamətində yerləşməsi bu potensialı daha da artırır.

Prezidentin Naxçıvanda müxtəlif iqtisadi obyektlərin açılışlarında iştirak etməsi də prosesin yalnız gələcək nəqliyyat layihəsinə bağlanmadığını göstərir. Yəni məqsəd əvvəlcədən istehsal və xidmət potensialını formalaşdırmaq, nəqliyyat bağlantıları yaxşılaşdıqda isə həmin müəssisələrin daha geniş bazarlara çıxışını təmin etməkdir.

Amma əsas məsələ Naxçıvana yolun açılması ilə kifayətlənməməkdir. Burada investor üçün əlverişli biznes mühiti, enerji və su təminatı, müasir logistika infrastrukturu, sənaye və aqroparkların inkişafı, vergi və digər təşviq mexanizmləri, peşəkar kadr hazırlığı və yerli məhsulların ixrac imkanları paralel şəkildə genişləndirilməlidir.

Əks halda, yeni nəqliyyat bağlantısı mövcud iqtisadi potensialı tam şəkildə reallaşdırmaya bilər.

Əgər bu şərtlər təmin olunarsa, Zəngəzur dəhlizinin açılması Naxçıvan üçün sadəcə nəqliyyat layihəsi deyil, iqtisadi dönüş nöqtəsi ola bilər.

Xüsusilə regionun coğrafi mövqeyi nəzərə alınaraq Naxçıvanın Azərbaycan-Türkiyə-İran istiqamətində mühüm ticarət və logistika qovşağına çevrilməsi real perspektivdir. Bunun nəticəsində yeni müəssisələrin yaradılması, investisiyaların artması, məşğulluğun genişlənməsi və əhalinin gəlirlərinin yüksəlməsi üçün əlavə imkanlar yarana bilər.

Yəni Zəngəzur dəhlizinin Naxçıvan üçün əsas əhəmiyyəti yalnız yolun qısalmasında deyil. Əsas məsələ bu bağlantının istehsala, investisiyaya, ixraca və yeni iş yerlərinə çevrilə bilməsidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 790   Tarix: 13 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 356
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 182
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 171
.

Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü

13.11.2026 391
.

Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi

Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar

13.11.2026 311
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 477
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 439
.

Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU

Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi

13.11.2026 330
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 204
.