Mobil rabitə bazarında xarici şirkətlərin qarşısını nə kəsir?

Mobil rabitə bazarında xarici şirkətlərin qarşısını nə kəsir?"Xarici mobil operatorların Azərbaycanda fəaliyyət göstərməməsi məsələsinə "buraxılmırlar" və ya "istəmirlər" kimi sadə yanaşmaq düzgün olmaz. Bu, daha çox bazarın həcmi, investisiya mühiti və iqtisadi hesablamalarla bağlı məsələdir".

Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib.

O, qeyd edib ki, məsələn, Vodafone, Orange və T-Mobile kimi iri şirkətlər yeni bazara daxil olarkən ilk növbədə əhalinin sayını, potensial gəliri, tələb olunan investisiyanın həcmini və bazardan əldə edə biləcəkləri payı hesablayırlar:

"Mobil rabitə elə bir sektordur ki, burada böyük həcmdə investisiya tələb olunur. Şirkət hesab edirsə ki, qoyacağı vəsaitin geri dönüşü onu qane etməyəcək, həmin bazara daxil olmaqda maraqlı olmaya bilər.

Digər tərəfdən, telekommunikasiya sektoru istənilən ölkədə strateji sahə hesab olunur. Burada söhbət yalnız zəng və internet xidmətlərindən getmir. Dövlət qurumlarının rabitəsi, fövqəladə hallar zamanı kommunikasiya, milli təhlükəsizlik və kritik infrastruktur da telekommunikasiya sistemlərindən asılıdır.

Bu səbəbdən bir çox ölkələrdə mobil rabitə bazarı adi biznes sahəsindən fərqli olaraq daha ciddi şəkildə tənzimlənir.

Ancaq açıq demək lazımdır ki, istifadəçilərin əsas gözləntisi daha münasib qiymət və daha keyfiyyətli xidmətdir. Qiymətlər artdıqca insanlar təbii olaraq düşünürlər ki, bazarda daha çox oyunçu olsaydı, bəlkə də rəqabət güclənərdi.

Bu, müəyyən mənada məntiqli yanaşmadır. Çünki rəqabət olan yerdə şirkətlər müştərini itirməmək üçün xidmət keyfiyyətini və təkliflərini yaxşılaşdırmağa çalışırlar.

Lakin təkcə xarici operatorun bazara daxil olması qiymətlərin avtomatik olaraq aşağı düşəcəyi anlamına gəlmir. Telekommunikasiya bazarında tezliklərin ayrılması, şəbəkənin qurulması, enerji xərcləri, avadanlıqların alınması və texniki xidmət kimi çox böyük maliyyə yükü mövcuddur.

Bu səbəbdən məsələ yalnız operatorların sayından ibarət deyil. Əsas məsələ bazarda rəqabət üçün iqtisadi və tənzimləyici şəraitin nə dərəcədə əlverişli olmasıdır.

Əgər yeni operator üçün bazara giriş şərtləri, investisiya imkanları və gözlənilən gəlirlilik cəlbedicidirsə, xarici şirkətlərin marağı da arta bilər. Eyni zamanda, istehlakçı üçün əsas nəticə operatorun xarici və ya yerli olması deyil, daha keyfiyyətli xidmət, daha geniş seçim və daha münasib qiymətdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 735   Tarix: 13 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 356
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 182
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 171
.

Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü

13.11.2026 391
.

Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi

Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar

13.11.2026 311
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 477
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 439
.

Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU

Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi

13.11.2026 330
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 204
.