"Hibrid ipoteka" Azərbaycanda mənzil problemini həll edə bilərmi?

"Hibrid ipoteka" Azərbaycanda mənzil problemini həll edə bilərmi?"Azərbaycanda mənzil məsələsinin həllində artıq yalnız klassik ipoteka modelinə baxmaq kifayət deyil. Bir çox ailə üçün əsas problem aylıq ödənişdən daha çox ilkin ödənişi formalaşdırmaqdır".

Bunu BiG.AZ-a açıqlamasında iqdisadçı Asif İbrahimov bildirib.

O, qeyd edib ki, bu səbəbdən dövlət ipotekası, bank maliyyələşməsi, dövlət zəmanəti və vətəndaşın vəsaitini birləşdirən hibrid ipoteka modelinin ciddi şəkildə müzakirəyə çıxarılmasına ehtiyac var:

"Hazırda Azərbaycanda "hibrid ipoteka" ayrıca standart məhsul kimi mövcud deyil. Lakin belə bir model üçün lazım olan mexanizmlərin bir hissəsi artıq fəaliyyət göstərir. Dövlət ipotekası, güzəştli ipoteka və İpoteka və Kredit Zəmanət Fondunun zəmanət sistemi mövcuddur.

2026-cı ilin ilk yarısında Fondun vəsaiti hesabına 226,3 milyon manat məbləğində 2 242 ipoteka krediti verilib.

Deməli, məsələ tamamilə yeni sistem yaratmaqdan çox, mövcud mexanizmləri bir-biri ilə inteqrasiya etməkdir.

Məsələn, 200 min manatlıq mənzilin alınması zamanı 20 min manatını vətəndaş, 140 min manatını dövlət ipotekası, 40 min manatını isə kommersiya bankı maliyyələşdirə bilər. Dövlət və ya Fond isə əlavə bank tranşının müəyyən hissəsinə zəmanət verə bilər.

Belə modelin qarşısında, əlbəttə, hüquqi və maliyyə məsələləri var. Eyni mənzil üzərində dövlət ipotekası ilə kommersiya bankının əlavə kreditinin girov hüquqları, kredit ödənilmədikdə tərəflərin tələblərinin ardıcıllığı və dövlət zəmanətinin həcmi qanunvericiliklə dəqiq müəyyənləşdirilməlidir.

Lakin bunlar "mümkün deyil" səbəbi deyil. Bunlar hüquqi və maliyyə dizaynı məsələləridir.

Digər mühüm məsələ bankın üzərinə düşən riskdir. Bank əlavə kredit verirsə, bunun qarşılığında riskin müəyyən hissəsinin zəmanətlə bölüşdürülməsi lazımdır. Hazırkı sistemdə zəmanətli ipoteka mexanizminin mövcud olması göstərir ki, dövlət və bank arasında risk bölgüsü prinsipi Azərbaycanda tamamilə yeni deyil.

Amma hibrid ipotekanın ən böyük təhlükələrindən biri mənzil qiymətlərinin daha da yüksəlməsi ola bilər.

Əgər dövlət kredit imkanlarını genişləndirir, lakin mənzil təklifi eyni səviyyədə qalırsa, bazara əlavə vəsait daxil olduqca satıcıların qiymətləri artırmaq imkanı yaranır. Bu halda dövlət vətəndaşa daha çox kredit verir, vətəndaş isə həmin kreditlə daha bahalı mənzil alır.

Ona görə də hibrid ipoteka mənzil tikintisinin və münasib qiymətli mənzil təklifinin artırılması ilə paralel həyata keçirilməlidir.

Burada müstəqil qiymətləndirmə də xüsusi əhəmiyyət daşıyır. Məsələn, 200 min manatlıq mənzilin həqiqətən 200 min manat bazar dəyəri varmı? Əgər real bazar dəyəri 170 min manatdırsa, dövlətin və bankın 200 min manat üzərindən maliyyələşmə aparması riskli və iqtisadi baxımdan əsaslandırılmamış olar.

Buna görə kredit məbləği ilə yanaşı, mənzilin real bazar dəyərinə də ciddi nəzarət mexanizmi yaradılmalıdır.

Mən hesab edirəm ki, Azərbaycanda "Hibrid İpoteka" pilot proqramının hazırlanmasının vaxtıdır.

Model ilk mərhələdə ilk dəfə mənzil alan ailələr, orta gəlirli vətəndaşlar və münasib qiymətli yeni tikililər üzrə sınaqdan keçirilə bilər.

Burada tərəflərin funksiyaları belə bölüşdürülə bilər: dövlət uzunmüddətli maliyyələşməni, bank əlavə kredit tranşını, Fond risk zəmanətini, vətəndaş isə ilkin ödənişi təmin edir.

Pilot proqramın nəticələri isə problemli kreditlərin səviyyəsi, dövlət zəmanətinin fiskal riski, mənzil qiymətlərinin dinamikası və ailələrin borc yükü kimi göstəricilər əsasında qiymətləndirilməlidir.

Əslində Azərbaycanda hibrid ipotekanın qarşısında keçilməz maneə yoxdur. Bunun üçün hüquqi çərçivə hazırlanmalı, risklər bölüşdürülməli, dövlətin, bankın, Fondun və vətəndaşın məsuliyyəti dəqiq müəyyənləşdirilməlidir.

Əsas məqsəd sadəcə daha çox kredit vermək olmamalıdır. Məqsəd vətəndaşa daha aşağı ilkin ödənişlə, gəlirinə uyğun aylıq ödənişlə və real bazar qiyməti əsasında mənzil sahibi olmaq imkanı yaratmaqdır.

Əgər bu üç şərt təmin olunarsa, "Hibrid İpoteka" sadəcə yeni kredit məhsulu deyil, mənzil bazarında əlçatanlığı artıran real mexanizmə çevrilə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 784   Tarix: 13 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 356
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 182
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 171
.

Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü

13.11.2026 391
.

Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi

Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar

13.11.2026 311
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 477
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 439
.

Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU

Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi

13.11.2026 330
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 204
.