Süni intellekt peşələri əvəz edəcək, yoxsa onları dəyişdirəcək?

Süni intellekt peşələri əvəz edəcək, yoxsa onları dəyişdirəcək?Süni intellektin inkişafı artıq bəzi peşə sahiblərini qorxudur. Gələcəkdə bir sıra peşələri əvəz edə biləcəyi düşünülür. Bu, nə dərəcədə doğru yanaşmadır?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən İnformasiya resursları üzrə mühəndis-tətqiqatçı, Bəhruz Əliyev bildirib ki, tarixə nəzər saldıqda görürük ki, oxşar qorxular hər böyük texnoloji dəyişiklik zamanı yaşanıb. Sənaye inqilabı, avtomatlaşdırma, kompüterlərin geniş yayılması - bütün bu mərhələlərdə insanların müəyyən peşələrin yox olacağı ilə bağlı narahatlıqları olub. Həqiqətən də, bəzi peşələr zamanla aradan çıxıb. Məsələn, telefon operatorları və makinaçılar kimi peşələr artıq əvvəlki formada mövcud deyil. Lakin eyni zamanda əvvəllər heç olmayan çoxsaylı yeni peşələr də yaranıb:

"Süni intellektlə bağlı əsas fərq ondadır ki, bu dəfə texnoloji dəyişiklik daha çox fiziki əməyə deyil, zehni əməyə təsir göstərir. Yazı, tərcümə, analiz, dizayn, proqramlaşdırma kimi sahələr süni intellektin təsir etdiyi əsas istiqamətlər sırasındadır. Bu isə onu göstərir ki, keçmişdə baş verən proseslər bu dəfə tam olaraq eyni şəkildə təkrarlanmaya bilər.

Reallıqda isə ən çox rast gəlinən proses peşələrin tamamilə əvəzlənməsi deyil, transformasiyasıdır. Çünki hər bir peşə onlarla fərqli tapşırıqdan ibarətdir və süni intellekt, adətən, həmin tapşırıqların yalnız müəyyən hissəsini avtomatlaşdırır.

Məsələn, tərcüməçilər maşın tərcümələrini redaktə edən və mətnin məzmununu, üslubunu və kontekstini qiymətləndirən mütəxəssislərə çevrilə bilərlər. Hüquqşünaslar isə sənədlərin axtarışı və ilkin təhlilini süni intellektə həvalə etməklə daha çox vaxtlarını strategiyanın hazırlanmasına və mürəkkəb hüquqi məsələlərə ayıra bilərlər. Yəni "peşə yox olur" demək əvəzinə, çox vaxt "peşənin məzmunu dəyişir" demək daha doğru yanaşmadır.

Bununla belə, bəzi sahələrdə iş yerlərinin sayının azalması real riskdir. Xüsusilə təkrarlanan və standart tapşırıqlara əsaslanan işlər - müştəri dəstəyi, sadə mətnlərin hazırlanması, məlumatların daxil edilməsi kimi istiqamətlər süni intellekt tərəfindən daha asan avtomatlaşdırıla bilər.

Burada əsas problem texnologiyanın özü deyil, dəyişikliklərin sürətidir. İnsanların yeni bacarıqlar qazanmağa və yenidən ixtisaslaşmağa vaxtı çatacaqmı? Əsl sual, məncə, məhz budur.

Ona görə də ən ağlabatan yanaşma nə panikaya düşmək, nə də bu dəyişiklikləri görməzdən gəlməkdir. Daha doğru yol uyğunlaşmaqdır. Süni intellekt alətlərindən istifadə etməyi öyrənmək, eyni zamanda insanlara xas olan və texnologiyanın tam əvəz edə bilmədiyi bacarıqları - tənqidi düşüncə, ünsiyyət, məsuliyyət daşımaq, yaradıcılıq və kontekstual mühakimə qabiliyyətini inkişaf etdirmək lazımdır.

Çox güman ki, gələcəkdə süni intellektin insanları birbaşa əvəz etməsindən daha çox, süni intellektdən istifadə edən mütəxəssislərin bu texnologiyadan istifadə etməyən mütəxəssisləri əvəz etməsi prosesi ilə qarşılaşacağıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 769   Tarix: 13 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 356
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 182
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 171
.

Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü

13.11.2026 391
.

Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi

Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar

13.11.2026 311
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 477
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 439
.

Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU

Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi

13.11.2026 330
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 204
.