İpoteka, yoxsa kirayə? Ev almaq istəyənlər bunu hesablamalıdır

İpoteka, yoxsa kirayə? Ev almaq istəyənlər bunu hesablamalıdırMənzil bazarında vətəndaşların qarşısında duran ən aktual maliyyə suallarından biri budur: aylıq gəlirin bir hissəsini illərlə kirayəyə ödəmək daha doğrudur, yoxsa həmin vəsaiti ipotekaya yönəldərək mənzil sahibi olmaq?

İlk baxışda cavab sadə görünür: kirayə ödəyən şəxs sonda ev sahibi olmur, ipoteka ödəyən isə müəyyən müddətdən sonra daşınmaz əmlaka sahib olur.

Lakin 2026-cı ilin bazar şərtlərində bu yanaşma artıq təkbaşına kifayət etmir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib ki, vətəndaşın qarşısında yalnız aylıq ödəniş məsələsi dayanmır. İlkin ödəniş, kredit faizi, sığorta, təmir xərcləri, mənzilin bazar qiyməti, kirayə haqqının dinamikası, gəlirin sabitliyi və həmin əmlakın gələcəkdə nə qədər likvid olacağı da nəzərə alınmalıdır:

"Kirayə insana çeviklik verir. İpoteka isə mülkiyyət yaratmaq imkanı verir.

Əgər insanın sabit gəliri, kifayət qədər ilkin ödənişi və uzunmüddətli yaşayış planı varsa, ipoteka daha məntiqli seçim ola bilər.

Amma gəlir qeyri-sabitdirsə, ilkin ödəniş üçün bütün yığım xərclənəcəksə və aylıq kredit ödənişi ailə büdcəsini ciddi şəkildə sıxacaqsa, kirayədə qalmaq daha sağlam maliyyə qərarı ola bilər.

İpoteka ödənişinin hamısı sizin kapitalınız deyil.

Ödənişin müəyyən hissəsi əsas borcu azaldır, digər hissəsi isə kredit faizinə gedir. Buna görə də "hər ay ödədiyim pul evə yatır" yanaşması tam doğru deyil.

Burada başqa mühüm məqam da var: ipoteka götürərkən yalnız bu günkü gəlirə deyil, gələcək maliyyə vəziyyətinə də baxmaq lazımdır.

Ən böyük risk mənzilin qiymətinin düşməsi deyil. Əsas risk ailənin gəlirinin kredit ödənişini qarşılaya bilməməsidir.

İpoteka uzunmüddətli maliyyə öhdəliyidir. İş yerini itirmək, gəlirin azalması, ailə xərclərinin artması və ya gözlənilməz böyük xərc kredit ödənişini problemə çevirə bilər.

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, aylıq ipoteka ödənişi borcalanın məcmu aylıq gəlirinin 70 faizini keçməməlidir.

Amma vətəndaş bunu "70 faizə qədər kredit götürmək mənim üçün rahatdır" kimi başa düşməməlidir. Bu, maksimum həddir və maliyyə rahatlığının göstəricisi deyil.

Əslində sağlam maliyyə qərarı üçün kredit ödənişindən sonra ailənin gündəlik xərclərini, kommunal ödənişləri, nəqliyyat və ərzaq xərclərini, digər borcları, həmçinin gözlənilməz vəziyyətlər üçün ehtiyat vəsaiti qarşılamaq imkanının qalması vacibdir.

Ona görə də "kirayə pulu ilə öz evimi alım" qərarı emosional deyil, hesablanmış qərar olmalıdır.

Burada əsas sual "kirayə ödəyirəmsə, niyə ipoteka ödəməyim?" deyil.

Əsas sual budur: mən bu ipotekanı uzun illər ərzində maliyyə sabitliyimi pozmadan ödəyə biləcəyəmmi?

Əgər cavab müsbətdirsə, ipoteka uzunmüddətli perspektivdə mülkiyyət yaratmaq üçün əlverişli seçim ola bilər. Əks halda, daha münasib qiymətli mənzil tapmaq, ilkin ödəniş üçün yığım formalaşdırmaq və gəlir sabitliyini artırmaq daha doğru strategiya ola bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 928   Tarix: 13 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 356
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 182
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 171
.

Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü

13.11.2026 391
.

Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi

Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar

13.11.2026 311
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 477
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 439
.

Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU

Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi

13.11.2026 330
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 204
.