Dilqəm Əsgərovla oğlu yenə dalaşdı - Nəyi bölüşə bilmirlər?- Video

Dilqəm Əsgərovla oğlu yenə dalaşdı - Nəyi bölüşə bilmirlər?- VideoKeçmiş girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının ona xəsarət yetirdiyini iddia edir.

"Qafqazinfo" xəbər verir ki, Kürdoğlu Əsgərov Gencexeber.az-a müraciətində hadisənin Şəmkir rayonunun Çinarlı kəndində baş verdiyini bildirib.

K.Əsgərovun sözlərinə görə, atası onun yaşadığı evə gələrək mülk məsələsinə görə 15 min manat pul tələb edib. Daha sonra isə avtomobilində olan dəmir parçası ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək xəsarət yetirib.

O əlavə edib ki, hadisədən əvvəl avtomobilində atasının yazdığı bir qeyd də tapıb. Qeyddə ayın sonuna qədər 13 min manat pul tələb edildiyi yazılıb.

Qeyd edilib ki, ata ilə oğul arasındakı münaqişəyə Şəmkirdəki ev səbəb olub. Kürdoğlu Əsgərovun sözlərinə görə, atası həmin evdən pay tələb edib. O, hadisəyə dair görüntüləri də yayıb. Görüntülərdə ata-oğulun həyətdə mübahisə etdiyi, D.Əsgərovun əlində küt alət olması diqqət çəkir.

K.Əsgərov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, vətəndaşın müraciəti əsasında Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb, izahatı alınıb və müvafiq ekspertiza təyin edilib: "Təyin olunan ekspertizanın rəyindən və aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Xatırladaq ki, tərəflər arasında daha əvvəllər də oxşar münaqişələr baş verib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 153   Tarix: 13 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi vaxt bilindi

Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub. Bu barədə -ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, hazırda platformanın tikintisi yekunlaşmaq üzrədir

11:19 129
.

Həyətində tapdığı daşın əslində nə olduğunu görüb şoka düşdü

ABŞ-da yaşayan bir cütlük həyətlərində məşhur Art Deco sənətçisi ilə əlaqəli ola biləcək nəhəng heykəl aşkar edib. xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb. Qreq Qetvud San-Fransiskonun Russian Hill məhəlləsində yerləşən evinin həyətində abadlıq işləri apararkən torpağı

11:16 137
.

"Yeni ulduz" qayıdır

İllər əvvəl yayımlanan məşhur "Yeni ulduz" layihəsi yenidən başlayır. Axşam.az-ın əldə etdiyi məlumata görə, "SOY" prodakşının ərsəyə gətirdiyi layihə bu dəfə ARB TV-də yayımlanacaq. "Yeni ulduz" yeni televiziya mövsümündə tamaşaçıların qarşısına çıxacaq. Qeyd edək ki, "SOY"

10:12 166
.

Bu payız 7 məşhur turizm məkanına getmək məsləhət görülmür: Səbəblər nədir?

Bir tərəfdən, həddindən artıq turizm həmin istiqamətlərə və onların sakinlərinə zərər vurur, adi həyat tərzini pozur və resursları tükəndirir. Digər tərəfdən, turistlərin özləri də izdihamlı məkanlardan və yüksək qiymətlərdən tam zövq ala bilmirlər. Qaynarinfo xəbər verir ki, bununla yanaşı, bəzi məkanları

12.08.2026 237
.

Rayonlarda şimşək çaxır, leysan yağır

Avqustun 12-si saat 16:00-a olan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür. Bel

12.08.2026 261
.

Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ - VİDEO

Avqustun 11-də keçirilən "Sabah" - "Orhus" oyunundan sonra baş verən insidentlə bağlı yeni görüntülər yayılıb. xəbər verir ki, oyundan sonra davanı azərbaycanlı azarkeşlərin başladığı barədə iddialar səsləndirilib. Lakin yayılan görüntülərdə hücuma ilk keçən və vəziyyəti gərginləşdirə

12.08.2026 306
.

Rusiyalı qapıçı Fransada diqqət çəkdi - Safonova yüksək qiymət

Fransada PSJ-nin rusiyalı qapıçısı Matvey Safonovun UEFA Super Kubokundakı çıxışı yüksək qiymətləndirilib. xəbər verir ki, bu barədə "L'Equipe" qəzeti məlumat yayıb. Fransız nəşri Safonova 10 üzərindən 7 bal verib. PSJ-nin qollarını vuran Xviça Kvaratsxeliya və Desir Douai də eyni reytinq

11:09 109
.

Əməliyyat zamanı ürəyi dayandı: İsa Məsihi gördüyünü iddia etdi

ABŞ-da bir kişi İsa Məsihi 24 saat ərzində iki dəfə gördüyünü iddia edib. Onun sözlərinə görə, ilk görüntü əməliyyat zamanı, ikincisi isə pnevmoniya səbəbilə reanimasiyada olduğu zaman baş verib. xəbər verir ki, bu barədə "Dangerous Minds" nəşri məqalə yayıb. Tennessi ştatından olan 54 yaşl

11:29 122
.

Əraqçi: Fransa "açıq-aşkar və biabırçı ikiüzlülük" nümayiş etdirir

Fransa öz siyasəti ilə "açıq-aşkar və biabırçı ikiüzlülük" nümayiş etdirir. xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində paylaşımında bildirib. "Fransa kimi ölkələr dünyaya insan hüquqları və beynəlxalq hüquq haqqında mühazirə oxumağı dayandırmalıdırlar

11:02 110
.

TOP MP3