Naxçıvanda elektrik avtobusları "BakıKart"la işləyəcək

Naxçıvanda elektrik avtobusları "BakıKart"la işləyəcəkCənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu "Baku Bus" MMC-nin Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu siyasətin davamı olaraq ötən gün dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Naxçıvan şəhərində "Baku Bus" MMC-yə məxsus yeni elektrik avtobus parkının açılışı olub.

"Tikintisinə ötən ilin dekabr ayında başlanan ümumilikdə 2.72 hektar ərazini əhatə edən avtobus parkında inzibati bina, təmir mərkəzi, yuma məntəqəsi fəaliyyət göstərir. Avtobus parkının ərazisi 112 elektrik avtobusunun yerləşdirilməsi üçün nəzərdə tutulub. Burada 60 ədəd BYD markalı 53 nəfərlik sərnişin avtobusu xidmət göstərəcək, avtobusların fasiləsiz fəaliyyəti təmin ediləcək.

Eyni zamanda, avtobusların operativ yuyulması üçün yuma məntəqəsi fəaliyyət göstərir. Bir avtobusun yuyulması orta hesabla 3-6 dəqiqə ərzində həyata keçiriləcək. Su ehtiyatlarının qorunmasına da xüsusi ehtiyatla yanaşılan avtobus parkında istifadə edilən suyun 85 faizi filtrasiya olunduqdan sonra yenidən emal olunacaq. Avtobus parkının istifadəyə verilməsi ilə 222 nəfər işlə təmin edilib", - o deyib.

Əsmər Əliyeva bildirib ki, Naxçıvan şəhərində fəaliyyət göstərən "Baku Bus" MMC-yə məxsus bütün avtobuslarda ödəniş tamamilə nağdsız qaydada həyata keçiriləcək: "Ödəniş imkanlarının genişləndirilməsi məqsədilə "City kart" ödəniş sistemi ilə yanaşı, "BakıKart" ödəniş sistemi də tətbiq ediləcək. Sərnişinlər "Google pay" və "Apple pay"dən "BakıKart" mobil tətbiqini yükləyərək "QR kod" yaradaraq, eyni zamanda, istənilən bank kartları ilə ödənişlərini rahat şəkildə həyata keçirə bilərlər".

Əsmər Əliyeva onu da bildirib ki, "Baku Bus" MMC-nin Naxçıvan şəhərində fəaliyyətə başlaması ictimai nəqliyyat sektorunda xidmət keyfiyyətinin yüksəldilməsinə, sərnişin məmnuniyyətinin təmin olunamsına mühüm töhfə verəcək.

Qeyd edək ki, avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 825   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda süni intellektin inkişafı üçün nə çatışmır?

Bu gün Azərbaycanda süni intellekt sahəsində mühüm addımlar atılır və bu istiqamətdə müsbət irəliləyişlər müşahidə olunur. Lakin etiraf etməliyik ki, biz hələ daha çox süni intellektdən istifadə edən ölkələr sırasındayıq, onu inkişaf etdirən və qlobal bazara çıxaran ölkələr arasında isə hələ təmsil olunmuruq

13.11.2026 290
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

13:57 101
.

Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü

13.11.2026 391
.

Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı

Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd

11:30 195
.

Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU

Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi

13.11.2026 330
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 477
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 170
.

Naxçıvanda qəzaya düşən deputat kimdir?

Naxçıvanda baş verən yol qəzasında deputatın da içində olduğu maşın aşıb, bir nəfər ölüb. BİG.AZ -a istinadla xəbər verir ki, avtomobilin aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalovdur. Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisini

10:27 177
.

Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı

Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın

14:46 0
.