"İkiniz də öləsiniz elə, gün görməyəcəksiniz" - Məhkəmədə QARĞIŞ DAVASI
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Mircəlil Əzizlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, zərərçəkmişin hüquqi nümayəndəsi Nərgiz Şəfiyeva hadisədə iştirak edən ikinci şəxs - "Mercedes-Benz 230" markalı avtomobilin sürücüsü Bəxtiyar Rəhimlinin hansı səbəbdən istintaqdan kənarda qalmasından narazılığını məhkəməyə bildirib:
"Oğlumun ikinci qatili Bəxtiyardır. Eşitdiyimə görə gedib orada-burada deyirmiş ki "Biz artıq işlərimizi həll etmişik, hüquq bizim tərəfimizdədir". İkinizi (təqsirləndirilən M. Əzizlini də nəzərdə tutur) də öləsiniz elə. Gün görməyəcəksiniz".
Zərərçəkənin hüquqi varisi daha sonra bildirib ki, qəzadan sonra oğlunu o halda qoyub heç bir kömək göstərməyiblər:
"Sən ( təqsirləndirilən M. Əzizliyə müraciət edir) görmürsən ki, qarşıda qəzalı maşın var? Kömək etmək bir qırağa dursun, üstəlik özün də qəza törədib mənim evimi yıxmısan, ocağımı söndürmüsən. Mən ona görə uşağımı zülmlə, zillətlə böyütmüşdüm ki, sənin kimi biri ürəyimə dağ çəksin? Təbriz təzə ata olmuşdu, üzümüz təzəcə gülürdü. Onun balasını yetim qoydun. O vaxtdan bir dəfə də ailəmlə maraqlanmamısınız, halımızı soruşmamısız. Amma oğlumun ölümünə səbəb ola-ola utanmadan hələ onu günahlandırırsınız"-deyib.
Növbəti proses 2 sentyabr saat 12:00-a təyin olunub.
Xatırladaq ki, hadisə 2025-ci ilin 16 avqust tarixində Suraxanı rayonu, aeroport şosesində qeydə alınıb. Belə ki, Təbriz Şəfiyev idarə etdiyi avtomobildə texniki nasazlıq yarandığı üçün onu yolun kənarında saxlayıb və problemi aradan qaldırmağa çalışıb. Həmin zolaqla hərəkətdə olan Mircəlil Əzizlinin idarə etdiyi "Toyota" markalı avtomobil onun maşınının arxa hissəsinə çırpılıb. Zərbənin təsirindən maşının önündə olan Təbriz ikinci zolağa düşüb və Bəxtiyar Rəhimlinin idarə etdiyi "Mercedes"in alt hissəsində qalaraq hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb, Mircəlil Əzizli Cinayət Məcəlləsinin 263-1.3 maddəsi (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 903 Tarix: 12 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
00:31 90 Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək
"Bakı şəhəri 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək". BİG.AZ "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, bu, rəqabətədavaml
26.09.2026 144 MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
00:23 94 Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. BİG.AZ Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xəta
00:21 105 İranda dəhşətli avtobus qəzası: Xeyli ölən və yaralanan var
İranda Tehran şəhərinin cənub-qərbində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Bu barədə İran mətbuatına istinadən məlumat verir. Tehrana doğru hərəkət edən avtobus Saveh-Hamedan avtomobil yolunda aşıb. Hazırda hadisənin səbəbləri araşdırılır
26.09.2026 155 Gənclər imtina edir, köhnə nəsil vacib bilir - Toylarda MÜBAHİSƏLİ ƏNƏNƏ
Azərbaycanda toy mərasimlərində bu gün də qorunub saxlanılan maraqlı adətlərdən biri gəlinin belinə qırmızı lent bağlanmasıdır. Xüsusilə bəzi bölgələrdə geniş yayılan bu ənənə toy mərasiminin diqqətçəkən rituallarından biri hesab olunur. Bəs gəlinin belinə qırmızı lent bağlanmasının tarixi və simvoli
00:09 124 Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea
26.09.2026 188 Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki
26.09.2026 167 Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı
26.09.2026 265